Arxiv
26 Aprel 2021, 17:27 | MÜSAHİBƏ
“Ermənilərin “Türkiyə ilə sərhəd açılacaq” xəyalı heç oldu” - Vitse-spikerlə MÜSAHİBƏ

Fəzail İbrahimli “Baydenin sözləri Amerikanın tarixində ləkə olacaq”

 

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:


- Fəzail müəllim, Amerika prezidenti Co Bayden “erməni soyqırımı” ifadəsini işlədərək, ermənilərə dəstək verdi. Sizcə, Amerikanın bu cür ermənipərəst mövqe sərgiləməsinin arxasında nə dayanır?

- ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlətməsi dünyanın gündəmini zəbt edən bir hadisə oldu. Baydenin ifadəsi ilə dünya belə silkələnirsə, deməli dünyanın gedişini bir prezidentin sözü müəyyən edir. Bəs onda nəyə lazımdır, dünyanın beynəlxalq təşkilatları? Bu deyilən sözün hansı hüquqi əsası var, hansı tarixi faktı var...


Ancaq bu olay Amerika siyasətinin bir daha iç üzünü, demokratiyasının rəngini ifadə etdi. Məlum oldu ki, Amerikada demokratiya haqqa və ədalətə deyil, siyasi istəklərə, mənafelərə söykənir. “Soyqırımı” ifadəsini işlətməyin iki tərəfi var: birincisi, Türkiyənin keçmişinə ləkə yaxmaq niyyətidir. Dünyanı bizim türk babalarımızın qəddar olduğuna inandırmağa çalışırlar və onların ünvanına təhqiramiz ifadələr işlədirlər. İkincisi isə guya ki, bunun maddi tərəfidir. Guya maddi təzminat tələb edilməlidir, guya ermənilərin bunu iddia etməyə haqqı var.
“Soyqırımı” ifadəsinin ortaya atılmasının üçüncü səbəbi ermənilərin bitmək bilməyən ərazi iddiasıdır.


Maraqlıdır, bu məqsədlərin hansı baş tuta bilər? Prosesin mahiyyətini hamı bilir, Baydendən əvvəlki prezidentlər Donald Tramp, Barak Obama, ata və oğul Corc Buşlar bu ifadəni işlətmədilər. Amma Bayden hamısından “qəhrəman” çıxdı və bu ifadəni işlətməyə cəsarət etdi.


Burda incə məqamlar var. Neçə illərdir, dünya səksəkədə yaşayır, erməni lobbiləri türk ictimaiyyəti, elə biz də narahat olurduq ki, birdən Amerika “soyqırımı” deyər. İndi bu səksəkələrin hamısına son qoyuldu.


- Ermənilər bununla nə əldə edəcəklər? Türkiyəyə olan torpaq iddialarını yenidən dilə gətirə bilərlər?

- Ermənilərin heç bir qazancı olmayacaq. Amma əsas məsələ, burada uduzan tərəf Amerikadır. Çünki Co Bayden belə bir addımla öz tarixinə və keçmişinə qarşı çıxmış oldu. Axı Baydenin babaları Amerika qitəsinə gələndə yerli əhalini qırıblar. Bəlkə də qırğın, soyqırımı və s. bu kimi qətliamların təməli məhz onların qəddarlığı ilə olub?! 


“Erməni soyqırımı” ilə bağlı hələ illər öncə komissiya yaradıldı, Anadoluya göndərildi. Sonda məlum oldu ki, soyqırımına məruz qalan ermənilər yoxdur. Bununla da Türkiyəni siyasi olaraq ittiham etməyə əllərində bir dəlil olmadı. Bu araşdırma arxivə atıldı. Sovet dönəmində Rusiya torpaq iddiaları ilə çıxış edərkən, Türkiyə NATO-ya qoşuldu və bununla məsələ həll olundu.


- Amerika erməniləri dəstəkləməklə regiona təsir edə bilərmi?

- Amerika demokratiyasının rənginin haqq-ədalət deyil, güc olduğu görsəndi. Dünyada tendensiya yaranıb, Amerika prezidenti nə deyirsə, dünya o rəngi almalıdır... Halbuki, Amerika dünyanın sahibi deyil və bunun qarşısı alınmalıdır. Amerika özünün iç üzünü Türkiyədə terrorçuları dəstəkləməklə göstərdi. Müttəfiq kimi heç bir zaman Türkiyənin yanında olmadı.


Ərdoğan Amerikanın Yaxın Şərq  siyasətini darmadağın etdi və indi Bayden öz ağlınca onun qisasını alır. 


Ermənistanın məğlubiyyəti də regionla bağlı durumun dəyişməsinə təsir edir. Türkiyənin Azərbaycana dəstəyi Qərb ölkələrinin xoşuna gəlməmişdi. Bu ifadənin işlədilməsinin Türkiyəyə heç bir ziyanı yoxdur. Bədbəxt olan Ermənistandır. Yenə də qonşularla yeni bir düşmənçiliyin mərhələsini yaratdı. Türkiyə sərhədləri açıb, qonşuluq münasibətlərinə rəvan vermək niyyətində olmaq istəyən bir dövlətdir. Bununla da həmin xəyal puç oldu.


Ermənistanın başı Qərbin qolunun altında, əli isə Rusiyanın cibindədir. Amma indi Ermənistan Rusiyanın cibindəki əlini kəsdi. Belə çıxır ki, Ermənistanı Amerika idarə eləmək istəyir.


Azərbaycana gəldikdə isə biz hər zaman qalib dövlətik. Azərbaycan öz qardaşına hər zaman sadiqdir. Türkiyənin bütün ağrıları və sevinci Azərbaycanındır. Böyük Türkiyənin bir qardaşı var, Azərbaycan!


Bu gün Amerika regionun iki böyük güclü dövləti ilə düşmənçilik siyasətindədir. Rusiyaya qarşı sanksiyalar tətbiq edir, Türkiyəyə qarşı da belə laqeyd mövqelər sərgiləyir. Bütün bunlar hamısı iki dövlətin bir-birə daha ciddi yaxınlaşmasına səbəb ola bilər. Güman edirəm k, Rusiya tərəfi də Azərbaycana qarşı münasibətini düzəldəcək.


- İddia edilir ki, Amerikanın addımı həm də Azərbaycanın hazırlığına başladığı “Zəngəzur dəhlizi”nə qarşı atılmış addımdır. Yəni Amerika “Zəngəzur dəhlizi”nin açılmasını istəmir?

- Bu ağılsızlıq olardı. “Zəngəzur dəhlizi”nin açılması əslində çox dövlətin mənafeyinə uyğun gəlir. Ən çox isə Ermənistanın... Ermənistan boğulur, hazırda “Zəngəzur dəhlizi” bu dövlət üçün oksigen balonu rolunu oynayır. Sadəcə olaraq, bu, bir Amerikanın hikkəsidir, regionda hegemonluq etmək arzusudur.


Dünyanın hegemonluğu bu gün silahda və hərbdə deyil. Vladimir Putin bir il bundan əvvəl belə ifadə işlətmişdi: “Rusiyasız dünya bizim nəyimizə lazımdır?”.


Rusiya-Amerika münasibətlərinin gərginləşməsi, digər tərəfdən Amerikanın Türkiyəyə qarşı belə mövqeyi göstərir ki, burada artıq gözə görünməyən və kifayət qədər məntiqə söykənməyən  proseslər gedir.


- Amerika 100 il əvvəl baş verdiyi iddia edilən, heç bir əsası olmayan “məsələni” dəstəkləyir. Bəs şahidləri həyatda olan, bütün dəlilləri göz önündəki, fotoları, sənədləri sübut olunmuş Xocalı soyqırımı niyə etiraf edilmir?

- Ermənilər 1915-ci ildəki hadisələrin qəbul olunmasını istəyirlər. Amma Azərbaycanda, Amerika səfirinin gözü qarşısında törədilən Xocalı soyqırımı necə olur ki, unudulur? Soyqırımı törədən dövlət soyqırımına məruz qalan dövlət kimi tanıdılır. Bax, budur Amerika! Üzü bəzək, içi çürük demokratiya!


- Rusiyanın münasibətindən danışdıq. Sizcə, Amerikanın ermənipərəst siyasəti, Ermənistanın Qərbə meylliliyi Rusiyanın ermənilərlə bağlı siyasətində nəyi dəyişdirəcək? Regionda yeni münaqişə ocağı Ermənistan üzərində yarana bilərmi?

- Bu hadisə yeni münaqişə ocağı yox, yeni siyasi gərginlik yaradacaq. 


- Bəs Azərbaycan və Türkiyə bundan sonra birlikdə hansı addımları atmalıdır?

- Avropada “soyqırımı” ilə bağlı ayrı-ayrı dövlətlər qərar qəbul edib. Hətta Fransada elə bir qanun qəbul olunub ki, “soyqırımı olmayıb” deyənlər cərimələnəcək. Bu nəyi dəyişə bildi?


Dünya güc dünyasıdır, beynəlxalq hüquq ölüb. Azərbaycan öz torpaqlarını güc yolu ilə geri qaytardı. Biz artıq “Böyük Ermənistan” xəyallarına son qoymuşuq. Dünya erməniçiliyini Azərbaycan Ordusu darmadağın etdi. Türkiyənin müharibə zamanı Azərbaycana verdiyi siyasi dəstəyi onlar hələ də həzm edə bilmirlər. İnanıram ki, Baydenin sözləri elə kağız üzərində qalacaq və Amerikanın tarixində ləkə olacaq.


Aysel Aslan  

Aysel Məhərrəmova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Putin Paşinyanı belə təbrik etdi 2 Avqust 2021, 23:24 Tokio-2020: Daha 4 idmançımız mübarizəyə başlayır 2 Avqust 2021, 23:09 Məmmədyarov Aronyanla heç-heçə etdi 2 Avqust 2021, 23:02 ABŞ Rusiyanın 24 diplomatını ölkədən qovur    2 Avqust 2021, 22:57 Əməkdar artist koronavirusdan öldü 2 Avqust 2021, 22:44 Yaylaqda köməksiz qalan şəxs xilas edildi   2 Avqust 2021, 22:35 Ruslar Türkiyədə qəzaya uğradı: Ölən və yaralılar var   2 Avqust 2021, 22:30 Azərbaycanda zəlzələ oldu 2 Avqust 2021, 22:14 Marmaris bölgəsində yanğınlar şiddətlənib 2 Avqust 2021, 21:54 Türkiyədə daha 91 nəfər virusdan ölüb 2 Avqust 2021, 21:30 “YAŞAT”a yığılan vəsait 62 milyon manata çatır 2 Avqust 2021, 21:19 FHN Türkiyədə yanğınla mübarizəni davam etdirir - VİDEO+FOTO 2 Avqust 2021, 20:31 İyulda yol qəzalarında 74 nəfər ölüb 2 Avqust 2021, 20:15 MN: İtkilərin olması barədə məlumat yalandır 2 Avqust 2021, 19:49 Ermənistan parlamentinin yeni spikeri məlum oldu 2 Avqust 2021, 19:39 Aliment işləri üzrə 37 milyon manata yaxın ödəmə olub   2 Avqust 2021, 19:25 Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutuldu 2 Avqust 2021, 19:20 Azərbaycanda 244 borcluya cinayət işi açılıb 2 Avqust 2021, 19:12 40 kiloqramdan artıq narkotik dövriyyədən çıxarıldı - FOTO 2 Avqust 2021, 18:51 Naxçıvan Qarnizonunda yeni tədris dövrü başladı - VİDEO 2 Avqust 2021, 18:48 Amaliya Pənahovanın barelyefi qoyuldu 2 Avqust 2021, 18:43 Amerikalı məşhur bloger Qarabağdan paylaşım etdi - VİDEO   2 Avqust 2021, 18:38 Namizədlər üçün vakansiya seçimi başlayır 2 Avqust 2021, 18:30 Etibar Mirzəyev Türkiyədə yanğın bölgəsində - FOTO 2 Avqust 2021, 18:21 Düşmənin başına od yağdıran igid - Şəhid gizirin döyüş yolu   2 Avqust 2021, 18:12 İş adamları üçün yeni imkanlar 2 Avqust 2021, 18:08 Satıcı müştərinin pullarını oğurladı   2 Avqust 2021, 18:02 Qorbaçov yenə Qarabağ münaqişəsini XATIRLADI: “Seçdiyim yol düzgün idi” 2 Avqust 2021, 17:56 Dolların məzənnəsi sabit qaldı 2 Avqust 2021, 17:50 Qazi döyülüb? - DİN məsələyə aydınlıq gətirdi 2 Avqust 2021, 17:44 “Döyüş əmrini gözləyirdik, tər tökərək o günə hazırlaşırdıq...” 2 Avqust 2021, 17:38 Ceyhun Bayramov BMT nümayəndəsilə görüşdü 2 Avqust 2021, 17:33 Eldəniz Səlimov YAP-dan ÇIXARILDI 2 Avqust 2021, 17:27 Erməni hərbçinin ölüm səbəbi hər kəsi təəccübləndirdi 2 Avqust 2021, 17:22 “Atəşin uşaqları”: Türkiyədəki yanğınlarda erməni izi - FAKTLAR (VİDEO) 2 Avqust 2021, 17:16