Arxiv
4 May 2021, 21:07 | ANALİTİKA
Bakı üç erməni diversantı niyə azad etdi? - TƏHLİL

Azərbaycan tərəfi 10 noyabr razılaşmasından sonra əsir götürülən terrorçulardan üçünü azad edib:

 

Robert Vardanyan, Samvel Şuxyan və Seyran Təhməzyan Rüstəm Muradovun təyyarəsində Ermənistana aparılır.

 

Bunu aprelin 8-də planlaşdırılan, lakin son anda baş tutmayan razılaşmanın indi yerinə yetirildiyi kimi qiymətləndirə bilərik.

 

Həmin tarixdə Muradovun əliboş qayıtmasına İrəvanın Bakının şərtlərini yerinə yetirməkdən son anda imtina etməsinin səbəb olduğu ehtimalı var idi. Mümkündür ki, indi Bakı istəyini alıb.

 

  • 1. Üç erməninin qarşılığında minalanmış ərazilərin xəritəsi, ən azından bir hissəsi verilir;

  • 2. Erməni qoşunlarının çıxarılması (10 noyabr razılaşmasının 4-cü bəndi) prosesinə qarşılıq bu addım atılır.
  • Ən mühüm məqam üç diversantın Lavrovun bölgəyə səfərə başlamasından bir gün öncə (5-6 mayda İrəvanda, 10-11 may tarixində Bakıda olacaq) azad edilməsidir. Bu detal Bakının əsas istəyinin (4-cü bəndin icrası) yerinə yetirilməsi prosesinə hazırlıq getdiyi versiyasını önə çıxarır.

     

    Lavrovun səfərinə Blinkenin Bakıya zəngi və ABŞ-ın bölgədə aktivləşməsi fonunda baxa bilərik:

     

  • 1. Moskva İrəvan və Bakı ilə “saatları yoxlayır”, razılaşmaya sadiqliyi yerində dəqiqləşdirir;

  • 2. Lavrov məhz erməni qoşunlarının çıxarılmasından, Ermənistanın Qarabağda hərbi varlığının başa çatmasından sonrakı dövrü müzakirə etmək üçün regiona gəlir: söhbət Xankəndinin taleyindən gedir.
  • Bakı yalnız 4-cü bəndin icrasına başlanandan sonra nələrisə müzakirə edə bilər və gözləniləndir ki, Lavrovun İrəvan və Bakı səfəri ilə bu prosesə start verilsin, yaxud konkret vaxt müəyyənləşdirilsin. Üç erməninin azad edilməsi də Bakının xoş niyyətini nümayiş etdirməsi, İrəvana “razılaşmalara əməl ediləcəksə, bu addımların davamı ola bilər” mesajının verilməsi, o cümlədən, Paşinyan hakimiyyətinə razılaşmalara əməl edə bilməsi üçün erməni ictimaiyyəti qarşısında əsas yaradılmasıdır.

     

    Burada əsas məqam prosesin Lavrovun səfərindən bir gün öncə baş verməsidirsə, əsas sual Lavrovun çantasında nə gətirdiyidir?

     

    Rusiya 4-cü bəndin icrasına paralel olaraq, separatçıların taleyini müəyyənləşdirən yeni “model” irəli sürə bilər: icmalar üzərindən idarəçilik və s.

     

    Bakı bunu anlayır və Qarabağın Azərbaycanlı İcmasının ləğvi ilə adekvat manevrlər edir: bu, Qarabağdakı ermənilərin taleyinin necə olacağının Rusiyaya nümayiş etdirilməsi və yeni “model” imkanlarının qarşısının alınması gedişidir.

     

    Azərbaycanın cari hədəfi Ermənistanın Qarabağdakı hərbi varlığının aradan qaldırılmasıdır, yalnız bundan sonra Xankəndinin idarəçiliyini müzakirə etmək mümkün olacaq. Lavrovun səfəri və nəticələri proseslərin inkişafını müəyyənləşdirəcək amildir.

     

    Hərçənd, erməni terrorçulardan masada əlimizi gücləndirmək üçün istifadə edildiyini nəzərə alsaq, Bakının 3 erməninin qarşılığında nəsə aldığı da şübhəsizdir.

     

    Asif Nərimanlı

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Avropa çempionatında 1/8 finalın cütlükləri bilindi 24 İyun 2021, 01:04 Daha iki komanda 1/8 finalda - AVRO-2020 24 İyun 2021, 01:00 İranda ABŞ-la danışıqları qadağan edən qanun qəbul edilə bilər 24 İyun 2021, 00:54 Ronaldo Azərbaycan əsilli futbolçunun rekordunu təkrarladı 24 İyun 2021, 00:47 İstanbulda azərbaycanlı güllələndi - VİDEO 24 İyun 2021, 00:40 Almaniyada "Delta" ştammına yoluxanların sayı iki dəfə artdı 24 İyun 2021, 00:29 Senat Yunanıstana hərbi yardım qanununu təsdiqlədi 24 İyun 2021, 00:16 Əbülfəz Elçibəyin anadan olmasından 83 il ötür 24 İyun 2021, 00:01 Ronaldo Buffonun rekordunu qırdı 23 İyun 2021, 23:54 AŞPA Krım tatarlarına qarşı işgəncələri pislədi 23 İyun 2021, 23:40 Lənkəran sakini qohumlarını güllələyib öldürdü 23 İyun 2021, 23:25 Azərbaycanda dəhşətli cinayət: Qadını 29 bıçaq zərbəsi ilə öldürdü 23 İyun 2021, 23:14 Bu ölkədə 16,7 milyon nəfər tam peyvəndləndi 23 İyun 2021, 23:07 Türkiyədə daha 65 nəfər virusdan öldü 23 İyun 2021, 22:58 Emil Avropa çempionatları tarixində ikinci ən erkən qolu vurdu 23 İyun 2021, 22:44 Bakıya gələ biləcək komandalar dəqiqləşdi - AVRO-2020 23 İyun 2021, 22:28 Cəlilabadda yanğın oldu 23 İyun 2021, 22:16 Hulusi Akardan Qara dənizdəki gərginliklə bağlı açıqlama 23 İyun 2021, 22:10 Daha 3 komanda 1/8 finalda - AVRO-2020 23 İyun 2021, 21:57 Azərbaycanda TURKOVAC peyvəndinin sınağı keçiriləcək 23 İyun 2021, 21:48 Bakıda fəhlə betonlanmış çuxura yıxılıb öldü 23 İyun 2021, 21:34 Dünyada peyvəndlənmə ilə bağlı son vəziyyət 23 İyun 2021, 21:23 “Anadolu Qartalı” təlimindən VİDEO 23 İyun 2021, 21:10 Viktor Balaşov vəfat etdi 23 İyun 2021, 20:56 AŞPA qadınlarla bağlı qətnamə qəbul etdi 23 İyun 2021, 20:47 İranda jurnalistləri daşıyan avtobus qəzaya düşdü 23 İyun 2021, 20:34 Gəncədə çətənə kolları məhv edildi - FOTO 23 İyun 2021, 20:22 Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - VİDEO 23 İyun 2021, 20:09 Zaqatalada ağır qəza - 1 ölü, 9 yaralı 23 İyun 2021, 20:00 Lavrovla Qrandinin Moskvada görüşü olacaq 23 İyun 2021, 19:52 Sabirabad sakinləri marixuanaya görə saxlanıldı 23 İyun 2021, 19:45 Prokurorluq Xəzərdə qanunsuz nərə ovu ilə bağlı məlumat YAYDI 23 İyun 2021, 19:38  “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib   23 İyun 2021, 19:30 Orduda briqada komanda-qərargah təlimi keçirilir - FOTO 23 İyun 2021, 19:22 İlyas Rzayev də general oldu 23 İyun 2021, 19:15
    SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?