Arxiv
17 İyul 2021, 21:13 | ANALİTİKA
Mişelin İrəvanda “status” açıqlaması: Bakıda nə deyəcək?
Mişelin İrəvanda “status” açıqlaması: Bakıda nə deyəcək?

İrəvanda olan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bölgədə sabitlik və firavanlığa nail olmaq üçün cari, orta və uzunmüddətli müzakirələrin 4 istiqamətini açıqlayıb.

 

  1. 1. Təmkinli ritorika, aqressiyadan çəkinmək;

  2. 2. Sərhədlərin delimitasiyası;

  3. 3. Əməkdaşlığın müzakirə edilməsi, xüsusilə nəqliyyatın bərpası məsələsində;

  4. 4. Qarabağın “statusu” və sülhə nail olmaq;

Avropa İttifaqı prezidentinin təklif etdiyi istiqamətlərin ilk üçünü Azərbaycan da dəstəkləyir. Dördüncü istiqaməti necə oxumalıyıq?

 

“Status” məsələsi Qərb tərəfindən gündəmə gətirilir və Mişelin İrəvanda buna toxunması təəccüblü deyil. Lakin diqqətçəkən detallar var:

 

Birincisi, Mişel “cari, orta və uzunmüddətli” adlandırdığı istiqamətlərdə “status” məsələsini “uzunmüddətli” perspektivə daxil edir;
İkincisi, sərhədlərin delimitasiyasını “status” məsələsindən öncəki istiqamət olaraq qeyd edir;

 

Sərhədlərin delimitasiyasının başa çatdırılması, ardınca sərhəd müqaviləsinin imzalanması Azərbaycan və Ermənistanın qarşılıqlı dövlət sərhədlərini tanıması, beləliklə, İrəvanın Qarabağı da Azərbaycan ərazisi kimi tanıması deməkdir. Bunu Avropada da bilirlər. Bu baxımdan, Mişelin uzunmüddətli müzakirələrə daxil etdiyi “status” İrəvanda ermənilər üçün verilmiş vəd hesab oluna bilər.

 

Mişelin açıqlamasında diqqətçəkən digər məqam Qarabağın “statusu”ndan bəhs edərkən, “Dağlıq Qarabağ” ifadəsini işlətməməsidir. Görünür, Bakının Qarabağla bağlı son qərarlarını Avropada qəbul etməyə başlayıblar.

 

Aİ Şurası prezidentinin növbəti ünvanı Bakıdır və mümkündür ki, Mişel Bakıda iki bəyanat versin:

 

  • - Dörd müzakirə istiqamətindən üçünü - təmkinli ritorika, aqressiyadan çəkinmək, sərhədlərin delimitasiyası, əməkdaşlığın müzakirə edilməsi, xüsusilə nəqliyyatın bərpası məsələsində - səsləndirəcək;

  • - “Status” məsələsinə toxunmayacaq, əvəzində Minsk qrupu çərçivəsində fəaliyyətdən bəhs edəcək;

Hərçənd, Bakıda Mişeldən İrəvanda dediyi “status” açıqlamasına görə cavab istənilməlidir.

 

İrəvandan sonra Bakıya gələcək Şarl Mişel Aİ-nin vasitəçiliyi ilə erməni diversantlarla mina xəritələrinin “barter” edilməsi təklifini də gündəmə gətirə bilər.

 

Asif Nərimanlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
modern.az modern.az modern.az
Vağzalda sərnişinlərlə stansiya rəisi arasında insident
44 ölkənin liderləri bir arada - YENİLƏNİB 15:08, Bu gün Praqada Əliyevdən nə istəyə bilərlər? - TƏHLİL 15:04, Bu gün “Hindistanın verdiyi silahlar erməniləri məhvə aparır” – Pakistanlı ekspert 15:00, Bu gün Ədəbiyyat üzrə Nobelin qalibi açıqlandı 14:56, Bu gün KTMT regionda sülhün qorunmasına çalışır - Zaxarova  14:52, Bu gün Türkiyə İsrailə səfir təyin etdi 14:48, Bu gün Azərbaycanın FIFA referiləri təyinat alıb 14:40, Bu gün Putin sabah MDB liderlərilə görüşəcək 14:36, Bu gün ABŞ-da Azərbaycan multikulturalizmi fənni tədris ediləcək 14:32, Bu gün Ərdoğan Praqada səfərdədir - Paşinyanla görüşəcək 14:28, Bu gün Azərbaycanda tutulan şəxs Özbəkistana ekstradisiya edildi 14:24, Bu gün Gömrük Akademiyasında estoniyalı nümayəndələrlə görüş keçirilib 14:20, Bu gün Bakıda şirniyyat evi YANDI 14:16, Bu gün Uğrunda can verdiyimiz, gülüstana çevrilən Qarabağ 14:12, Bu gün Zakir Həsənovu ittiham edən polkovnik həbs olundu 14:08, Bu gün "Ağılll şəhər"in Skandinaviya modeli araşdırılır 14:04, Bu gün Bakı qəribə adlardan təmizlənir – Artıq xeyli küçəyə şəhidlərin adı verilib 14:00, Bu gün Dünya mətbuatı Edillidəki kütləvi məzarlıqdan YAZIR 13:56, Bu gün Əli Əsədov Moskvada Zəngəzur dəhlizindən DANIŞDI 13:52, Bu gün Gələn ay Mişel-Əliyev-Paşinyan görüşü keçiriləcək 13:48, Bu gün Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi bərpa edilir 13:44, Bu gün Eks-nazir və sabiq müavinə yeni vəzifə verilir 13:40, Bu gün Özlərini təhlükəyə atan oğrular ələ keçdi - VİDEO 13:36, Bu gün Motosikletlə narkotik daşıyan qardaşlar TUTULDU 13:32, Bu gün Sabiq müstəntiqin cəzası azaldıldı 13:28, Bu gün Türkiyə Rusiyadan qaz alışını AZALDIR 13:24, Bu gün AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi 13:20, Bu gün İlham Əliyev: “Azərbaycan Brüssel formatını dəstəkləyir” - YENİLƏNİB 13:18, Bu gün Sahibə Qafarova Mustafa Şentopla GÖRÜŞDÜ 13:16, Bu gün Rusiyaya qarşı 8-ci sanksiya paketi TƏSDİQLƏNDİ 13:12, Bu gün İki qadını şantaj edən şəxs saxlanıldı 13:08, Bu gün Ermənistan Haaqa Məhkəməsinin qərarını yerinə yetirmir 13:04, Bu gün Xocalı qatilləri cəzalandırılsaydı, Gəncə terroru olmazdı - DEPUTAT 13:00, Bu gün Azərbaycan multikulturalizmi və erməni icması 12:56, Bu gün 734 QHT Edilli məzarlığı ilə bağlı bəyanat yayıb 12:52, Bu gün Uşaq bağçasında dəhşətli hadisə: 36 ölü 12:48, Bu gün Ermənilər Vətən müharibəsində 6 hərbçimizi işgəncə ilə öldürüb 12:45, Bu gün Ermənistan Müdafiə Nazirliyinə daha 4,4 milyon dollar ayrıldı 12:43, Bu gün ADY bugünkü etirazlarla bağlı açıqlama yaydı 12:40, Bu gün