Arxiv
18 Avqust 2021, 10:41 | MÜSAHİBƏ
Şəhid xanımı: “Xoşbəxt yaşayırdıq, sanki dünya bizim idi” - FOTOLAR 

Tələbəlikdən başlayan sevgi hekayəsi...

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin yarımçıq qalan xəyallarını onların ailə üzvləri  yaşadır. Nə qədər çətin olsa da, onların nakam həyatlarının ağrı-acısını ailələri bir ömür boyu hiss edir, arzularının çin olması üçün qətiyyətlə mübarizə aparırlar.

 

Bu gün Azərbaycan xanımı tək yaxşı həyat yoldaşı, yaxşı ana deyil. O, həm də ərinin başını dik saxlayan, ona arxa, dayaq olan böyük qüvvədir. Belə xanımlardan biri Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn mayor Rahib Babayevin həyat yodaşı Aygün Babayevadır

 

Modern.az-ın “Şəhid xanımı” rubrikasının növbəti buraxılışında Aygün Babayevanın  həyat hekayəsindən həbs olunur:

 

- Yarımçıq qalmış həyat hekayənizin ilk sətirləri necə yazılıb?

 

- Yarımçıq hekayəmiz yazılanda tələbə idim. Rahib bir il  olardı ki, zabit kimi xidmət göstərirdi. 2007-ci ilin aprel ayında Lənkəranda tanış olmuşduq. Xoşbəxtlik və sevgi ilə başlamışdıq, sanki dünya bizim idi. Heç nə fikirləşmədən bir-birimizə yaxınlaşırdıq. Kiçik tanışlıqdan böyük sevgi doğdu. Tərəddüd etmədən bir il sonra ailə qurduq.

 

- Həyat yoldaşınızla birgə yaşadığınız unudulmaz anlardan danışa bilərsizmi?

 

- Unudulmaz anımız çox olub. Nişan, toy günlərimiz, övladlarımızın dünyaya gəldiyi günlər, bunların hər biri unudulmaz anlardır. Sonuncu unudulmaz anımız sonbeşik övladımız Əlinin dünyaya gəldiyi gündür. Rahib üçün həmin gün ifadə edilməyəck qədər gözəl idi. Yaşa dolduğu üçün sanki daha duyğulu idi. Əlini həyatımızın  möcüzəsi adlandırırdı. Bizi  nə maddi çətinliklər, nə də bir-birimizi az görməyimiz qorxudurdu. İşlə əlaqədar evə çox az gələrdi. Gəlişi və gedişi yaddaqalan olurdu. Rahibin iç dünyası zəngin idi.    

 

- Ömür-gün yoldaşınız şəhadətindən öncəki günlərdə sizinlə əlaqə saxlayıbmı? O anı necə xatırlayırsız?

 

- Həmin günləri yadıma salmaq mənim üçün çox çətindir. Şəhid olmazdan bir ay əvvəl 10 günlük məzuniyyətə gəlmişdi. Uşaqlardan bir an belə ayrı qalmaq istəmirdi.  Heç ağlıma gəlməzdi ki, birlikdə keçirdiyimiz son günlərdir. Son aylar çox az telefonla danışırdı, vəziyyətin ciddiliyini başa düşürdüm. Evə gələndə həmişə xəbər edərdi. Ancaq sentyabrın 13-də qəfil qapı döyüldü, “iki saatlıq gəlmişəm uşaqları görüb gedəcəyəm” dedi. Uşaqları qucaqlayıb öpürdü, belində gəzdirirdi. O iki saatda sanki bir ömür boyu edəcəklərini etdi, “gəldim sizi görəm, bəlkə bir də görmək qismət olmadı” dedi...  

 

Sentyabrın 27-i gecə saat 3-də zəng etdi. İlk dəfə idi ki, mənlə fərqli tonda danışırdı, “başını dik tut, ağlama” dedi.  Səhəri gün öyrəndim ki, artıq müharibə başlayıb. Sonuncu dəfə ayın 28-də zəng vurdu . Murov yüksəkliklərinin alındığı söylədim, “biz almışıq da” dedi. Rahibin 19  illik qüsursuz xidməti var idi.

 

- Ona məxsus hansı əşya sizin üçün özəldir?

 

- Mənim üçün onun bütün əşyaları özəldir. Evdə guşə hazırlamışıq, əşyalarını ora yerləşdirmişəm. Çox sevdiyi bir saatı vardı, şəhid olanda həmin saat qolunda olub. Həyata gözlərini yumduğu vaxt, saatı da dayanıb. Hər dəfə onu görəndə Rahib gözümdə canlanır.

 

- Sizə təsəlli olan 3 övladınızı gələcəkdə necə görmək istəyirsiniz?

 

- Hər ana kimi uşaqlarımı yüksəkdə görmək istəyirəm. Yoldaşım da istəyirdi ki, uşaqlar ali təhsilli olsun.  Rahib qızımızın həkim olmağını istəyirdi, o arzunu gerçək etmək üçün əlimdən gələni edəcəyəm.

 

QEYD: Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Şahbuz rayonunda anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. İlk komandiri general Polad Həşimov olub. Mayor R.Babayev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərib. “Canavar” postunun alınmasında iştirak edib və sentyabrın 30-da şəhid olub.

 

Oktyabrın 2-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Vəfatından sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni təltif edilib.

 

Humay İsgəndərova

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı 4 Dekabr 2021, 18:20 İran parlamenti sədrinin 1-ci müavini Azərbaycan səfirini təbrik edib 4 Dekabr 2021, 18:18 Keçmiş prezident Putinin partiyasına sədr seçildi 4 Dekabr 2021, 18:11 “İçərişəhər”in direktor müvini koronavirusdan öldü 4 Dekabr 2021, 17:49 Ermənistanda polis polkovniki həbs edildi 4 Dekabr 2021, 17:46 Ərdoğan Türkyənin brendini niyə dəyişdirdi... - FOTO 4 Dekabr 2021, 17:22 Bakıda 550 küçə dezinfeksiya edildi 4 Dekabr 2021, 17:13 “Saakaşvili sizə lazım deyilsə, onu bizə qaytarın, Ukraynaya lazımdır” - Xanımından Gürcüstana ÇAĞIRIŞ 4 Dekabr 2021, 16:47 3-cü doza vaksin vurduranların sayı 4 Dekabr 2021, 16:47 Son sutkanın yoluxanları - 18 nəfər ÖLDÜ 4 Dekabr 2021, 16:40 Rusiya Xəzəryanı ölkələrin hərbi gücünün zəiflədilməsinə çalışır - ŞƏRH 4 Dekabr 2021, 16:27 Türkiyənin axtarışa verdiyi 5 nəfər Batumidə tutuldu 4 Dekabr 2021, 15:57 Şəhid ailələri üzvləri və qazilərə vergi güzəştləri 4 Dekabr 2021, 15:53 Fulya Öztürk xəstəxanaya yerləşdirildi 4 Dekabr 2021, 15:46 Londondakı Azərbaycan icması ilə görüş - FOTOLAR 4 Dekabr 2021, 15:35 Bölgələrdə uşaqlarla bağlı layihə 4 Dekabr 2021, 15:28 Abşeronda "Yaşıl Marafon" - 4000 ağac əkildi - FOTOLAR 4 Dekabr 2021, 15:26 Aziz Sancar səfirlə birgə Şuşada - FOTO 4 Dekabr 2021, 15:18 “Yevlax Pilot Aqropark”ı açıldı 4 Dekabr 2021, 15:10 Ramil Səfərov barəsindəki iddialar TƏKZİB OLUNDU 4 Dekabr 2021, 14:57 İlham Əliyev kralı təbrik etdi 4 Dekabr 2021, 14:48 Güləş Federasiyasının ofisindən oğurluq edənlər saxlanıldı 4 Dekabr 2021, 14:46 “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqləndi - SİYAHI 4 Dekabr 2021, 14:44 Ordumuzun komando hərbi hissəsinə “Həyəcan” siqnalı verildi - VİDEO 4 Dekabr 2021, 14:40 Rusiya sülhməramlıları görün Qarabağda nəylə məşğuldu... 4 Dekabr 2021, 14:20 Sosial şəbəkələrdə aktiv olan məmurlar - SİYAHI 4 Dekabr 2021, 13:58 Bayramov-Mirzoyan görüşünün keçirilməmə səbəbi açıqlandı - RƏSMİ 4 Dekabr 2021, 13:57 İran səfiri Putinin xüsusi nümayəndəsilə nələrdən danışdı 4 Dekabr 2021, 13:49 Dövlət Komitəsinin sədri Londonda Lordlar Palatasının üzvləri ilə görüşüb 4 Dekabr 2021, 13:46 Ali Radanın spikeri: Azərbaycan və Ukraynanı uğurlu gələcək birləşdirir 4 Dekabr 2021, 13:35 Rəsul Quliyev Bakıya gəlmək istəyir: “Hələ fikirləşirəm” 4 Dekabr 2021, 13:33 Bu fermerlərə subsidiya ödənilməyəcək 4 Dekabr 2021, 13:25 Qəbiristanlıq oğruları tutuldu 4 Dekabr 2021, 13:24 “Qaraheybət” qəzasındakı helikopterin “qara qutu”su Azərbaycanda da oxuna bilər - Hərbi ekspert 4 Dekabr 2021, 13:10 “Kaş Elnurun son halını görməyəydim” - Mərhum jurnalistin xanımı DANIŞDI - FOTOLAR 4 Dekabr 2021, 12:39
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?