Modern.az

Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu”

Ali Baş Komandan: “Düşmən beli qırılanda təslim olmağa məcbur oldu”

27 Sentyabr 2021, 10:27

“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu”.

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

 

Prezident Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadığımızı xatırladıb:

 

“Müharibə başlayanda mənfur düşmənin əlində kifayət qədər ərazi vardı. Biz güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik”.

 

Prezident deyib ki, bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, Azərbaycan dövləti qalib dövlət kimi yaşayır:

“44 gündən sonra Ermənistanın beli qırılandan, alınmaz qala Şuşa azad olunandan sonra düşmən rəhbərliyi təslim olmağa məcbur oldu”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır