Arxiv
22 Oktyabr 2021, 11:06 | ANALİTİKA
Separatçıların QƏNİMİ: “Bayraktar” Donbasda da vuracaq

Azərbaycanın II Qarabağ Müharibəsində Ermənistan üzərində qazandığı effektiv qələbə separatizmdən əziyyət çəkən ölkələr üçün böyük ruh yüksəkliyi yaradıb. Həmin ölkələr arasında Ukrayna xüsusən diqqət çəkir.

 

Belə ki, Qarabağ müharibəsinin gedişatını çox böyük diqqətlə izləyən rəsmi Kiyev Azərbaycan Ordusunun arsenalındakı “Bayraktar” pilotsuz uçuş aparatlarının effektiv tətbiqindən çox razı qalıblar. Təsadüfi deyil ki, rəsmi Kiyev bu PUA-ların istehsalçısı Türkiyə ilə 24 “Bayraktar”ın alınması barədə razılıq əldə edib.

 

“Bu aparatlar Rusiya-Ukrayna cəbhəsində oyunun qaydalarını tam dəyişə bilər. Qarabağda qələbənin qazanılmasını təmin edən “Bayraktar”lar artıq Ukraynada, Birləşmiş Qüvvələr Əməliyyatı zonasında xidmət aparır. Praktik tapşırıqlar yerinə yetirilir”-, deyə hərbi ekspert Andrey Tsaplienko söyləmişdi.

 

Modern.az xəbər verir ki, ekspertin sözləri Rusiya ekspert dairəsində tənqidlə qarşılansa da, doğurdanda, separatçı “Donetsk və Luqansk xalq respublika”ları “Bayraktar”a qarşı effektiv Hava Hücumundan Müdafiə Sisteminə malik deyil.

 

Separatçı qurumların malik olduğu “Strela-10MZ” və OsaAKM” zenit-raket kompleksləri Sovet hərbi sənayesinin məhsullarıdır. Onlar 3500-5000 metr hündürlükdə hədəfi məhv etmək qabiliyyətinə malikdir. Halbuki, “Bayraktar TB2” kəşfiyyat-zərbə dronları 6500-7500 metr hündürlükdə uçurlar.

Beləliklə, Ukrayna Donbasdakı separatçılara qarşı asanlıqla bu pilotsuz uçuş aparatını tətbiq edə bilər. Qarabağ Müharibəsində analoji zenit-raket komplekslərinə malik işğalçı erməni ordusu da “Bayraktar”lara qarşı heç bir müqavimət göstərə bilməmişdi.

 

Paralel olaraq, “Bayraktar TB2” pilotsuz uçuş aparatlarının radioelektron mübarizə sistemlərinə qarşı müdafiəsi yüksək səviyyədədir.

Türk dronlarını ölümcül edən daha bir önəmli detal onların 70 və 160 mm-lik MAM-C, MAM-L  idarəolunan mərmilər və 10 kiloqramlıq qəlpə-fuqas tipli bombalarla təchiz olunmasındadır. 6 kilometr hündürlükdən dron həmin mərmiləri 1,5 metrə qədər dəqiqliklə vura bilir.

Bunun sayəsində, ötən il Qarabağ döyüşlərində olduğu kimi Donbasdakı separatçıların da zirehli texnikası, artilleriyası və raket sistemləri Ukrayna Ordusu qarşısında aciz duruma düşəcək.

 

Təsadüfi deyil ki, bu səbəblərdən Moskva dəstək verdiyi separatçı qüvvələri “Tor-M2U”, “Buk-M3”, “Pantsir-S1” zenit raket kompleksləri ilə təchiz etməyə hazırlaşır. Rəsmi Moskva öz torpaqlarını işğaldan azad etməyə qərar verərsə, “Bayraktar”lara qarşı bu sistemləri işə salmağı düşünür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərləndi 5 Dekabr 2021, 18:20 Papanı təhqir edən keşiş həbs edildi 5 Dekabr 2021, 18:15 Nazirlərin tualetindən kokain tapıldı 5 Dekabr 2021, 17:58 Səudiyyə Ərəbistanı və Fransa arasında müqavilə 5 Dekabr 2021, 17:45 Tanınmış jurnalist dünyasını dəyişdi 5 Dekabr 2021, 17:30 Minskdən Kiyevə nota 5 Dekabr 2021, 17:17 2 azyaşlı bacı dəm qazından zəhərləndi 5 Dekabr 2021, 17:05 Eltac Səfərli liderlər qrupunda 5 Dekabr 2021, 17:00 III doza vaksin vurduranlar 1 milyonu ÖTDÜ 5 Dekabr 2021, 16:44 Bu gün yoluxanlar: 1791 nəfər sağaldı 5 Dekabr 2021, 16:34 Oğuzda ev yandı  5 Dekabr 2021, 16:33 İlon Mask evsiz qaldı 5 Dekabr 2021, 16:29 Avropa Parlamentindən Kremlə ULTİMATUM 5 Dekabr 2021, 16:25 Türk ordusu 3 terrorçunu məhv etdi 5 Dekabr 2021, 16:18 Fati "Bavariya" ilə oyunu buraxacaq 5 Dekabr 2021, 16:04 İranda virus statistikası 5 Dekabr 2021, 15:55 ABŞ kəşfiyyat təyyarəsi Azərbaycan sərhədi boyunca uçdu 5 Dekabr 2021, 15:47 Brüssel masasında nələr var: Bakı İrəvana nələri DİQTƏ EDƏCƏK? 5 Dekabr 2021, 15:31 Gəncədə ağır qəza: ölənlər var 5 Dekabr 2021, 15:16 Gürcüstandan Ermənistana keçid qaydaları dəyişdi 5 Dekabr 2021, 15:12 Şabranda qardaş bacısını öldürdü 5 Dekabr 2021, 15:02 Federasiyadan seyf OĞURLADILAR 5 Dekabr 2021, 14:58 Göyçayda polis viruslu xəstələri saxladı 5 Dekabr 2021, 14:52 Marş "Leyptsiq"dən ayrıldı 5 Dekabr 2021, 14:44 Tanınmış şair dünyasını dəyişdi 5 Dekabr 2021, 14:35 Rusiyada koronavirus statistikası 5 Dekabr 2021, 14:23 Suriyadakı ABŞ bazasına hücum 5 Dekabr 2021, 14:15 Gəncədə "avtoş"lar saxlanıldı 5 Dekabr 2021, 14:12 Virus xəstəsi məsuliyyətə cəlb edildi 5 Dekabr 2021, 14:08 Nazir ekspertlərlə görüşdü 5 Dekabr 2021, 13:58 Türkiyədə evləri su basdı 5 Dekabr 2021, 13:51 Hindistanda atışma: ölənlər var 5 Dekabr 2021, 13:44 Avstraliya parlamenti bağlandı 5 Dekabr 2021, 13:40 Nur-sultanda xeyriyyə festivalı 5 Dekabr 2021, 13:31 Ramiz Abutalıbovun vəziyyəti AĞIRDI   5 Dekabr 2021, 13:19
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?