Modern.az

İdmançımız dünya reytinqində liderdir

İdmançımız dünya reytinqində liderdir

İdman

14 İyun 2024, 14:08

Hidayət Heydərov (73 kq) Beynəlxalq Cüdo Federasiyasının (İJF) dünya reytinqinin mütləq lideridir.

 

Modern.az xəbər verir ki, təmsilçimiz bütün çəki dərəcələrində çıxış edən cüdoçular arasında ən yüksək reytinqli idmançı ünvanını qoruyur.

 

Dünya çempionunun 8798 xalı var. Abu-Dabidəki qızıl medal Azərbaycan idmançısına cədvələ uzun müddətdir başçılıq edən belçikalı Matias Kasseni (81 kq) keçməyə imkan verib.

 

Hazırda Matias ikinci (7932), digər azərbaycanlı cüdoçu Zelim Kotsoyev (100 kq) isə üçüncü yerdədir. Dünya çempionumuzun hesabında 7022 xal var.

 

Qeyd edək ki, hər iki cüdoçu hazırda Azərbaycan millisinin Poreçdəki (Xorvatiya) təlim-məşq toplanışındadır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dünyaya səs salan Qarabağ və Zəngəzur mədəniyyəti