Modern.az

İlham Əliyev Azərbaycanın yeni tarixini yazmağa davam edir! - MÜSAHİBƏ

İlham Əliyev Azərbaycanın yeni tarixini yazmağa davam edir! - MÜSAHİBƏ

Müsahibə

16 May 2024, 13:38

Milli Məclisin deputatı Azər Kərimlinin Modern.az saytına müsahibəsini oxuculara təqdim edirik:

 

- Azər müəllim, son günlər ölkənin və regionun siyasi gündəliyi kifayət qədər zəngin olub və bu səbəbdən diqqətinizi əsas məqamlara çəkəcəyəm. Diqqət mərkəzində olan hadisələrədn biri ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borqun Ermənsitana və Azərbaycana səfərindən başlayaq. ATƏT-in fəaliyyətdə olan sədri Ermənsitana səfəri zamanı bütün təxribat xarakterli sualları cavablandırmadan yan keçdi, ATƏT-in Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini ilə məşğul olmadığını bildirdi. Bu, Azərbaycanın bölgədə yaratdığı reallıqların və Ermənistanla münasibətlərin tənzimlənməsində vasitəçilərə ehtiyac duyulmadığı barədə rəsmi Bakının mövqeyinin ATƏT  tərəfindən qəbul olunması anlamına gələ bilərmi? 

 

- Əlbəttə! 2023-cü ilin sonlarından etibarən, Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar yolu ilə əldə olunan nəticələr, ili ölkənin sərhədlərin delimitasiya və demarkasiya prosesini uğurla həyata keçirməsi də sübuta yetirir ki, Bakı və İrəvan vasitəçilərin iştirakı olmadan daha yaxşı anlaşa bilirlər. Bu baxımdan, ATƏT-in fəaliyyətdə olan sədrinin fərqli bir fikir söyləməsi də mümkün deyildi. ATƏT, İkinci Qarabağ müharibəsindən öncə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ilə məşğul olurdu. 44 günlük müharibə və lokal antiterror tədbirləri münaqişəyə, daha doğrusu işğala, silahlı separatizmə və onun təzahürlərinə son qoydu. İndi nə “münaqişə” var, nə də “Dağlıq Qarabağ” deyilən, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsünə zidd olan bir anlayış. Deməli ATƏT-ə və onun uğursuz “Minsk Qrupu”na da ehtiyac yoxdur. 

 

- Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edərkən, Minsk Qrupu və onun təsisatlarının ləğv edilməsinin zəruriliyinə də diqqət çəkdi. Bununla bağlı nə deyə bilərsiniz?

 

- Cənab Prezidentin fikirləri dövlətimizin başçısının hələ 44 günlük müharibənin ilk günlərindən başlayaraq ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi barədə səsləndirdiyi əsaslı və ardıcıl mövqeyinin davamı kimi qiymətləndiriməlidir. Azərbaycan, təkbaşına BMT TŞ-nin qətnamələrinin icrasını təmin etməklə ATƏT-in Minsk Qrupunun öz mandatına uyğun yerinə yetirməli olduğu missiyanı da uğurla başa çatdırıb. Belə olduğu təqdirdə, ATƏT-in Minsk Qrupunun və ona bağlı təsisatların formal olsa da saxlanılması, əslində ATƏT-ə üzv olan ölkələrin bu təşkilata ayırdığı vəsaitlərin səmərəsiz yerə istifadə olunması deməkdir. 


- Məlum olduğu kimi, dünən Xocalı hava limanında Rusiya sülhməramlılarının Azərbaycandan çıxması ilə bağlı mərasim keçirildi. Mərasimdə diqqət çəkən məqamlardan biri də bu prosesin Azərbaycan-Rusiya münasibətlərinin, iki ölkə arasında qarşılıqlı etimadın güclənməsini ifadə edən mənzərəsi idi. Bəlli oluğu kimi, sülhməramlılar 10 noyabr 2020-ci il bəyannaməsinə uyğun olaraq, ölkəmizin ərazisinə yerləşəndə Qərbdən maliyyələşən bəzi resurslar, xarici təsir agentləri müxtəlif iddialarla çıxış edirdilər. Amma bu iddialar, hər zaman olduğu kimi iflasa uğradı....

 

- Prezident İlham Əliyev, özünün vurğuladığı kimi, nəyi necə və nə vaxt edəcəyini yaxşı bilir. 44 günlük müharibədən keçən hər gün cənab Prezidentin sözlərinin nə qədər dəqiq, mübaliğəsiz ifadə edildiyini sübuta yetirsə də, təəssüf ki, vətəndaşı olduqları dövlətə, mənsib olduqları xalqa radikal müxalif, bəzən isə düşmən mövqedə dayananlar bu gerçəkliyi görə bilmirlər. Yaxud maraqlar və siyasi uğursuzluqdan doğan qəzəb gözlərini qapayıb. Prezident İlham Əliyev 200 illik bir təfriqəyə birdəfəlik son qoyub və gələcək nəsillər, o cümlədən bu gün dövlətə və xalqa müxalif mövqedə dayananların övladları üçün cüzi bir problemin qalmasına da imkan verməyib. Ola bilsin ki, bəziləri insan zəkasının, xarakterinin qısa bir zaman ərzində uzun illər boyu mümkünsüz görünən nəhəng bir missiyanı nə qədər böyük bir uğurla həyata keçirdiyinə inana bilmirlər. Bu, onların idrakının çərçivəsinə sığmır. Göründüyü kimi, sülhməramlar Azərbaycan xalqına və dövlətinə ehtiramlarını ifadə edərək ölkəmizi tərk edirlər və bu proses, bəzilərinin gözləntilərinin əksinə, iki ölkə arasındakı münasibətlərin güclənməsi fonunda baş verir. Bu bütövlükdə, kimliyindən asılı olmayaraq, Azərbaycan xalqının, dövlətinin uğurudur! İlham Əliyev Azərbaycanın yeni tarixini və tarixin yeni Azərbaycanını yazmaqda davam edir!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı