Arxiv
24 Sentyabr 2019, 13:34 | ANALİTİKA
Şeyxülislamın ölkəmizi üzv etdiyi təşkilat Ermənistana BAŞAĞRISI OLUB

Dünən Birləşmiş Millətlər Təşkilatının sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Təmas Qrupunun toplantısı keçirilib.


Böyük müsəlman dövlətlərinin birləşdiyi bu təşkilatın iclasında Ermənistanın  qeyri-qanuni  işğalı bir daha pislənib. Təmas Qrupunun Azərbaycanın ədalətli mübarizəsində dəstək göstərilməsinin vacibliyi vurğulanıb.


Bir neçə gün əvvəl isə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaym verdiyi açıqlamasında münaqişənin sülh yolu ilə həlli üzrə BMT və İƏT nizamnamələrinin müddəalarına, Helsinki Yekun Aktına, BMT TŞ-nin 1993-cü il tarixli qətnamələrinə, İƏT-in müxtəlif qətnamələrinə istinad edərək, Ermənistan Respublikasını münaqişənin sülh yolu ilə həlli üçün BMT TŞ-nin müvafiq qətnamələri əsasında Azərbaycan Respublikası ilə sülh danışıqlarına çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyi Təmas Qrupunun görüşündə İƏT Baş katibinin  bəyanatını yayıb.


Göründüyü kimi, bu mötəbər qurum növbəti dəfə Azərbaycanın haqq mübarizəsini dəstəkləyən mövqeyini açıq şəkildə ortaya qoyub.


Azərbaycan Qarabağ münaqişəsi başlayandan bəri islam dövlətlərindən daim dəstək görüb. Bu əməkdaşlığın ən məhsuldar platforması isə İslam Əməkdaşlıq Təşkilatı olub.


Azərbaycan hələ SSRİ-nin mövcud olduğu 1991-ci  ildə Sovet İttifaqının respublikaları arasında ilk olaraq bu quruma üzv olmaqla öz ərazi bütövlüyünün müdafiəsi üçün  müsəlman ölkələrinin böyük bir müstəvidə dəstəyini ala bildi. QMİ sədri Allahşükür Paşazadənin bilavasitə təkidi və təşəbbüsü ilə baş tutan bu üzvlük ölkənin siyasi prioritetlərinin təbliği və müsəlman həmrəyliyi üçün əla platforma oldu.

 
Onun  Azərbaycan prezidenti Ayaz Mütəllibovun əvəzinə üzvlüklə bağlı sənədi imzalaması çox riskli addım olsa da, QMİ sədri bununla İƏT-i ölkəmiz üçün vacib tərəfdaşa çevirdi.  QMİ sədri müsahibələrinin birində 1991-ci ilin dekabrında ölkəmizin bu mötəbər quruma üzvlüyündə oynadığı rolu həyatının ən yadda qalan hadisəsi adlandırmışdı.


90-cı illərin əvvələrində erməni təcavüzü ilə üz-üzə qalan Azərbaycan üçün o zaman İƏT-nın dəstəyi mühüm faktor idi. 


Bu, faktiki olaraq, 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi. Türkiyə, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir və 20-yə yaxın ölkənin dövlət rəhbərləri ilə şəxsi görüşləri sayəsində Şeyxülislam Azərbaycanı həm İslam Konfransı Təşkilatının, həm də İslam İnkişaf Bankının tamhüquqlu üzvü etməyə nail olmuşdu. 


90-cı illərdə erməni təcavüzünün genişləndiyi bir dönəmdə  informasiya təbliğat imkanları zəif olan ölkəmizin  öz haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında İƏT-in rolu əhəmiyyətli oldu.


O zamandan bəri İƏT daim dövlətimizə dəstək verir və ayrı-ayrı vaxtlarda Azərbyacanı müdaifə edən sənədləri qəbul edib, bəyanatlar səsləndirib.  Bu baxımdan İƏT üzv ölkələrinin 1993-cü ilin aprel ayında Kəraçidə keçirilmiş XXI konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə” adlı qətnaməsini, mərhum prezident Heydər Əliyevin iştirakı ilə 1994-cü ilin dekabrında Kasablankada keçirilmiş VII Zirvə konfransında “Ermənistan və Azərbaycan arasında münaqişə haqqında” siyasi qətnaməsini yada salmaq olar. Həmin ildən etibarən İƏT-nin  BMT ilə əməkdaşlığı üzrə müzakirə edilən problemlər siyahısına “Ermənistan və Azərbaycan arasında münaqişə” mövzusu mütəmadi salınmağa başladı.  1999 və 2000-ci ildə  Uaqaduquda və Dohada keçirilən İKT Zirvə konfranslarında “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edildi.


1997-ci ilin dekabrında Tehranda keçirilmiş İƏT dövlət və hökumət başçılarının VIII Zirvə görüşündə siyasi qətnamənin adı dəyişdirilərək, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” başlığı ilə qəbul edildi. Siyasi qətnamədə üzv dövlətlərin erməni təcavüzünü qətiyyətlə pisləməsi, işğalçı qüvvələrin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz çıxarılmasının tələb edilirdi.

 
1997-ci ilin debarında Tehranda prezident Heydər Əliyevin iştirak etdiyi  VIII İƏT sammitində Azərbaycan Respublikasına iqtisadi yardımın göstərilməsi ilə bağlı növbəti qətnamələr qəbul edilib. 2000-ci illərdə də Azərbaycanın İƏT ilə əlaqələri yüksək səviyyədə olub. Prezident İham Əliyevin 2005-ci ilin dekabrında İƏT-nin Məkkədə keçirilmiş III fövqəladə Zirvə görüşündə iştirakı, onun təşəbbüsü ilə 2006-cı ilin 19-21 iyun tarixlərində Bakıda İƏT xarici işlər nazirlərinin növbəti XXXIII konfransının keçirilməsi qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər.  


2008-ci ilin 10-11 iyun tarixlərində, “Mədəniyyətlərarası Dialoqda Qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda keçirilmiş beynəlxalq forumda iştirak edən İƏT Baş katibi E.İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya “İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” statusuna dair diplom təqdim edib. Əlamətdar haldır ki, İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın Azərbaycanın birinci xanımıdır. 


İslam Əməkdaşlıq Təşkilatı beynəlxalq təşkilatlar sırasında Xocalı faciəsini ilk dəfə olaraq soyqırımı aktı kimi tanıyıb.

 

Bütün bu prosesin davamlı və məqsədyönlü olmasında Azərbyacan Prezidenti İlham Əliyevin yürütdüyü tolerantlıq və multkulturalizm prinsiplərinin islam dünyasında qəbulu, münasibətlərə təsiri mühüm rol oynadı. Dövlət-din münasibətlərinin formalaşmasında məhək daşı rolunu oynayan Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin bu prioritetlərin təbliğində və əsas mesajını daşımasında səyləri böyük rol oynayıb.


Bu sırada QMİ sədrinin təkcə İƏT çərçivəsində deyil, ayrı-ayrı parıcı müsəlman dövlətləri ilə fərdi əməkdaşlığı öz effektli nəticələrini verir.

 

QMİ sədri Allahşükür Paşazadənin bu yaxınlarda Səudiyyəyə Ərəbistanına səfərini bu baxımdan əlaqələrin davamlı inkişafı üçün mühüm hesab etmək olar. Görüşdə Azərbaycanın ərazi bütövlüyünün Krallıq tərəfindən birmənalı olaraq tanınması, düşmən ölkədə səfrilik açmaqdan imtina etməsi, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsinə dəstək çağırışları ölkəmizə müsəlman dünyasının əsas dövlətlərindən sayılan Səudiyyənin açıq dəstəyi baxımından mühüm mesajdır. Krallıq Azərbaycanın bu siyasətini dəstəklədiyini bəyan etməklə həmçinin bu tezislərin yürüdülməsində vacib qurumlardan olan QMİ-yə etimadını nümayiş etdirdi. Bu baxımdan Pakistanla olan əlaqələr də bu prioritetlərə əsaslanır.

 

Bu ardıcıl siyasət müsəlman blokunda dövlətimizə etibarın möhkəm təməlini yaradıb və bu İƏT tribunasından Azərbaycanın haqq işinin dəstəklənməsi ilə nəticələnib. Belə mövqe Azərbaycanın qeyri-müsəlman təşkilatları ilə əməkdaşlığında öz bəhrəsini verir. QMİ sədrinin səmavi dinlərin nufuzlu təmsilçiləri ilə geniş əlaqələri Azərbaycanın tolerantlıq ənənələrinin zəngin irsinin təbliğinə imkanlar yaradır. Bu isə bütövlükdə Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun BMT və digər mötəbər beynəlxalq təşkilatlarda etibarlı dəstəyi üçün bir vəsilə sayılmalıdır. 

 

QMİ sədrinin İƏT-də və böyük müsəlman dövlətlərinin ictimai-siyasi-dini elitası arasındakı nüfuzu Azərbaycanın tolerantlıq siyasətinə etimadı möhkəmlədib. Bu fəaliyyət nəticəsində Azərbaycan ayrı-ayrı luzumsuz məzhəb mübahisələrində  tərəfi kimi deyil, islam aləminin vahid siyasi platformasının təşəbbüskarı kimi çıxış edərək bu ideyanın avanqardına çevirib.

Bütün bunlar ölkəmizin İƏT kimi nufuzlu bir qurumda mövqeyini möhkəmlədir, ona etimadı sarsılmaz edir. Elə BMT-dəki son toplantını da bu siyasətin bir nümayişi saymaq olar.


A.SƏFƏRLİ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha 10 rayonda güzəştli gübrə satılacaq 14 Oktyabr 2019, 15:09 “Saxta yollarla yardım alanları aşkarlayıb tapırıq” - Nazir 14 Oktyabr 2019, 15:08 Əməliyyat olunan Koçaryanın səhəti barədə xəbər var 14 Oktyabr 2019, 15:06 “Pensiya sisteminin inkişafına dair yol xəritələri hazırlanır” - Nazir 14 Oktyabr 2019, 15:04 Prezident və birinci xanım Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar 14 Oktyabr 2019, 15:02 Hadi Rəcəbli: “Fikirlərimi yenə təhrif ediblər” 14 Oktyabr 2019, 14:54 Türkiyə Suriyadakı əməliyyata görə təklənə bilər? – Politoloq ŞƏRHİ 14 Oktyabr 2019, 14:50 Qlobal yoxsulluqla mübarizə apranlar Nobel Mükafatı qazandı 14 Oktyabr 2019, 14:43 “Paşinyan nədir ki, onun dediyi fikirlər də əhəmiyyətli olsun” - Rüstəm Xəlilov 14 Oktyabr 2019, 14:41 İnsan alveri qurbanına çevrilməmək üçün: Öz çətirinizi yaradın 14 Oktyabr 2019, 14:36 Jurnalist Mülatif Adurov xəstəxanadan evə buraxıldı 14 Oktyabr 2019, 14:31 “Siz terrorçuların, yoxsa NATO üzvü olan Türkiyənin yanında olmalısınız?” - Ərdoğan 14 Oktyabr 2019, 14:21 Özbəkistan prezidenti Bakıya gəldi 14 Oktyabr 2019, 14:19 Türk qırıcıları terrorçuları havaya uçurdu - anbaan VİDEO 14 Oktyabr 2019, 14:12 Arif Hacılı: “Müsavatın rəhbərliyində yeni simalar olacaq” 14 Oktyabr 2019, 14:09 Nazir saxta əlillik alanlardan danışdı: “Onların kateqoriyası müxtəlifdir” 14 Oktyabr 2019, 14:08 Vasim Məmmədəliyevlə vida mərasimi keçirilir 14 Oktyabr 2019, 13:52 “Prezident mübarizəni həm bizə, həm dünyaya, həm də ermənilərə göstərdi” 14 Oktyabr 2019, 13:41 Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur” 14 Oktyabr 2019, 13:32 Çempionlar Liqasının finalına ev sahibliyi İstanbuldan geri alınır? 14 Oktyabr 2019, 13:28 Polşadakı Azərbaycan icması ilə görüşə Cəlil Məmmədquluzadənin nəticəsi də gəldi - FOTOLAR 14 Oktyabr 2019, 13:17 İlham Əliyev Ərdoğanla “Barış pınarı”nı müzakirə edəcək 14 Oktyabr 2019, 13:14 “İlham Əliyev Aşqabadda çıxışı ilə Ermənistanın iç üzünü bir daha ifşa etdi” 14 Oktyabr 2019, 13:10 Elmar Məmmədyarov Mevlüt Çavuşoğlu ilə müzakirə apardı 14 Oktyabr 2019, 13:07 Tural Gəncəliyev: “Bu,Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yoludur” 14 Oktyabr 2019, 13:05 Bakı məktəblisi şahmat üzrə dünya çempionu oldu 14 Oktyabr 2019, 12:55 Uşaqların övladlığa verilməsində YENİLİK - Nazir AYDINLIQ GƏTİRDİ 14 Oktyabr 2019, 12:51 Ərdoğan Suriya məsələsində Putinlə razılaşıb 14 Oktyabr 2019, 12:47 Sabah yağış yağacaq, külək əsəcək - PROQNOZ 14 Oktyabr 2019, 12:47 Ərdoğandan Azərbaycana səfəröncəsi açıqlama: "Bakıya çatan kimi..." 14 Oktyabr 2019, 12:45 Almaniyanın Azərbaycandakı səfiri ilə Ekologiya Nazirliyində olub 14 Oktyabr 2019, 12:41 Nazirdən müavinətlərlə bağlı yeni XƏBƏR: “Müraciətlərə ehtiyac olmayacaq” 14 Oktyabr 2019, 12:32 Kataloniya separatçılarına hökm oxundu   14 Oktyabr 2019, 12:32 Bakıda Məmmədyarov-Aydarbekov görüşü baş tutdu - FOTO 14 Oktyabr 2019, 12:18 Dövlət Əməyin Mühafizəsi Fondu işə başlayacaq 14 Oktyabr 2019, 12:13