Arxiv
22 İyun 2020, 13:43 | MÜSAHİBƏ
Torpağı yandırmaq vəhşilikdi” - MÜSAHİBƏ

Milli Məclisin üzvü Eldar Quliyev Azərbaycanda  aqrar sektorun son durumu və ərzaq təhlükəsizliyi ilə bağlı Modern.az-a müsahibə verib. Deputatla söhbəti təqdim edirik:

 

- Eldar müəllim, ərzaq təhlükəsizliyi dünya üçün hər zaman ən vacib məsələlərdən biri olub. Koronavirusdan öncə də belə fikirlər səsləndirilirdi ki, zaman gələcək, pul olsa belə, ərzaq qıtlığı yaşayacağıq. Koronavirus pandemiyası ərzaq təhlükəsizliyi ilə bağlı nə vəd edir?


- Doğru qeyd etdiniz, ərzaq təhlükəsizliyi hər zamankından daha çox bütün dövlətlərin diqqət mərkəzindədir. Koronavirusun bütün dünyanı əhatə etməsi ərzaq təchizatında da itkilərə səbəb oldu. Biz ehtiyatımızı tutmalıyıq. Koronavirus pandemiyasının nə qədər davam edəcəyini deyə bilmərik. Ona görə, bəribaşdan tədbirlər görməliyik. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı işlər görür. Digər ölkələrdə iş günlərinin azaldılması, işçilərin hərəkət məhdudiyyətinin olması məhsuldarlığın azalmasına səbəb olur. Bundan əlavə, yaxınlarda Asiya ölkələrindən həşərat sürüsü hücum etdi və bu, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə əkin sahələrində məhsuldarlığın aşağı düşməsinə gətirib çıxardı. Bu hadisələrin üst-üstə gəlməsi böyük problemlər yaradır. Payıza doğru göstəriciləri dəqiq biləcəyik. Ona qədər gərək bizim ehtiyatlarımız olsun. Amma Azərbaycan dövləti həmişə bunu nəzərə alır. Ərzaq ehtiyatlarımız var.  


Son zamanlar Azərbaycanda susuzluq problemi var. Əkinin ən böyük problemi su təminatının aşağı olmasıdır. Bəzi sahələr var ki, su israf olunur, arxı açıb buraxırlar, ehtiyatı saxlamırlar. Bu isə iqtisadi cəhətdən, həm də su ehtiyatının azalması baxımından zərərlidir. Azərbaycan az suyu olan ölkələrdən biridir. Ona görə, mütləq burada qənaətçilliyə diqqət etmək lazımdır. Suvarmanın özündə də qənaət etməyə ehtiyac var. Bunu təmin etmək üçün müəyyən texnologiyalar mövcuddur. Mən bir dəfə Ağcabədidə olanda taxılı Amerikan sistemi ilə suvardıqlarının şahidi oldum. Bu, çox sevindiricidir, çünki həm suyun normal istifadəsinə, həm də sahənin tam suvarılmasına, eyni zamanda məhsuldarlığa şərait yaradır.


Bu yaxınlarda bir neçə rayon ölkə başçısına müraciət edib ki, susuzluqla əlaqədar artezian quyularına çox böyük ehtiyac var. Fikir verin, son zamanlar cənab Prezident bir neçə sərəncam imzalayaraq, ayrı-ayrı rayonlarda artezian quyularının qazılması və əhalinin bu sudan normal istifadəsini təmin edə bilməsini tapşırıb. 


Ərzaq təhlükəsizliyi ilə bağlı çətinlik bütün dünyada gözləniləndir. Xüsusilə, pandemiya dövründə hər bir dövlət öz ehtiyatını saxlamalıdır. Biz taxılın təxmini üçdə birini xaricdən alırıq. Hesab edirəm ki, bu gün taxıl ehtiyatları ilə məşğul olan qurumlarla söhbət aparmaq lazımdır ki, vaxtında addım atsınlar, biz ehtiyatımızı saxlaya bilək. Nə qədər tez taxıl alsaq, qiyməti də o qədər ucuz olar. Bir müddət keçəndən sonra dünyada taxılın da, unun da qiyməti qalxacaq. Bu zaman bizim də itkilərimiz ola bilər.


Hesab edirəm ki, bizim ərzaq təhlükəsizliyi sahəsində problemlərimizin biri də məhsuldarlığın aşağı olmasıdır. Bunu yüksəltmək üçün yeni texnologiyalar, yeni yanaşma olmalıdır. Münbit torpaqların qədrini bilmək lazımdır. Elə münbit torpaqlar var ki, hektarlarla çəpərlənib, istifadəsiz qalıb. Dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq, Nazirlər Kabinetindən xahiş etmişik. Torpaqlar kimindirsə, istifadə etmirlərsə, bunu alın, məşğul olanlar arasında bölün, camaat əkib-becərsin, məhsuldarlığımızı artıraq.


İnsanların təxmini 60-65 faizi kənd təsərrüfatı ilə məğul olur. Bunun hesabına xarici dövlətlərə kənd təsərrüfatı məhsulları ixrac edə bilirik. Qeyri-neft sektoruna nəzər salsaq, ən çox inkişaf edən aqrar sahədir. Turizmi inkişaf etdirirdik. Bu sahə koronavirus dönəmində elə vəziyyətə düşdü ki, mən inanmıram, yaxın 2-3 ildə hansısa gəlir gətirə. Bütün dünya ölkələrində vəziyyət belədir. Ona görə, biz var gücümüzü qoymalıyıq ki, kənd təsərrüfatı məhsullarını istehsal edək, bir hissəsini özümüzə, qalanını isə xarici ölkələrə sataq. Bu əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edəcək. Hazırda neftin qiyməti də aşağı düşdüyündən, burada da itkilərimiz var. Bu, konpensasiya olunmalıdır. Kənd təsərrüfatı məhsullarının əksər hissəsi xaricə satılır. Qoz-fındıq, meyvə-tərəvəz, xurma, nar və s. məhsullar həm xammal, həm də müəyyən müddət saxlanandan sonra satılır.


- Aqrar sektorun strateji sahələri var. Məsələn, taxıl, kartof, ət və süd məhsulları kimi sahələr inkişaf etdirilə bilər. Amma bu məhsullar xaricdən də gətirilir.


- Biz əsasən buğda məhsulunu kənardan alırıq. Bizdə əla növ buğda olmur. Ona görə, bu gün çörək məhsullarının normal alınması üçün mütləq kənardan gətirib, tərkibinə qatmaq lazımdır.


Toyuq və mal-qara yeminin əksər hissəsi kənardan gətirilir. Bunu da ölkəmizdə istehsal edə bilərik. Ət və ət məhsullarına gəldikdə, mal, qoyun əti ilə demək olar özümüzü təmin edə bilirik. Təxminən 95-98 faiz yerli istehsaldır.


Son zamanlarda maldarlıqda ən böyük problem otlaqlarla bağlıdır. Örüşləri satmaq, çəpərləmək olmaz. Təəssüf ki, bəzi bələdiyyələr, icra hakimiyyətləri torpaqları istədikləri şəkildə payladılar və bu torpaqlar əldən çıxıb. Sahibkar bu gün mal-qaranı otarmaq, yem bazası yaratmaq imkanından uzaqdı. Çünki hər yer çəpərlənib, hərənin öz torpağı var. Bu məsələni həll etmək lazımdır.


Torpağın bir hissəsi dövlətin, bir hissəsi bələdiyyənin hesabındadır. Ehtiyat fondundan insanlara bir qədər ayırmaq lazımdır. Torpağa nəzarət olunmalıdır. İnsanlar torpağın üstündə yaşayır. Bizi torpaq yaşadır. Əkinimiz, biçinimiz, mal-qaramız – hamısı torpaqdan gəlir. Kənd təərrüfatı deyəndə birinci torpağı fikirləşək və torpağın qədrini bilək. Torpağı əkirlər, biçəndən sonra kökləri çıxarmağı tənbəllikdən yandırırlar. Bu zaman torpağa ziyan dəyir. Torpağın əsas münbit hissəsi üstdə 15-20 santimetrdir. Onu yandırmaq olmaz, qorumaq lazımdır. Torpağı yandırmaq vəhşilikdir. Halbuki, kombayn gətirib, məhsulun köklərini yığıb qaz olmayan yerlərdə bundan istifadə etmək olar.


Mal-qara cinslərinə görə süd istehsalını qaldıra bilmirik. Süd məhsullarının təxmini 35-40 faizini xaricdən idxal edirik. Orta hesabla bir inəkdən illik 3-4 min litr süd alınır. Avropada bu rəqəm 12-13 min litr, Amerika 30 min litrdir.


Biz kənardan niyə toyuq almalıyıq? Dadına da baxsan, bizim toyuqların tamını xaricdən gələn heç bir toyuq verməz. Meyvə-tərəvəzlə bağlı da eyni vəziyyət var. Yerli məhsulun dadını xaricdən gətirilənlərin heç birindən ala bilməzsən. Yavaş-yavaş meyvə-tərəvəzin növlərini, sortlarını itirməyə başlayırıq. Çünki hamımız böyük pulun arxasınca qaçırıq. Halbuki, bu məhsulları qorumaq, yetişdirmək, tamını saxlamaq lazımdır.


Son zamanlar xaricə məhsul çıxartmaq üçün istixanalar çox kömək olur. Azərbaycan pomidoru bu gün keçmiş SSRİ məkanında ən dadlı pomidor sayılır. Hətta mənim xəbərim var ki, başqa dövlətlər, məsələn, Ermənistan pomidorunu Azərbaycan pomidoru adı ilə xaricdə satmağa çalışır.


Ölkəmizin istehsal etdiyi nar da xaricdə məşhurdur.


İstixanalar həm qışda, həm də yayda lazımdır ki, özümüzü təmin etməklə yanaşı, xaricə məhsul ixrac edəndə çətinlik çəkməyək.


Yenə qeyd edirəm, su ehtiyatları ilə bğlı yeni texnologiyaya keçməliyik. Hansısa zonalarda böyük su anbarları yaratmalıyıq. Həmçinin açıq su anbarları deyil, axan suların yığıla biləcəyi anbar olmaldır. Texniki sular artıq qaldısa, ora yığılıb, təzədən emal edilsin, təmizlənsin. Texniki su kimi torpaqların, ağacların, mal-qaranın sulanmasına versin. Biz bundan istifadə etməsək, əziyyət çəkə bilərik. Ümumiyyətlə, mən qeyd etməliyəm ki, bütün dünya şirin su çatışmazlığından əziyyət çəkir.


Bu problem getdikcə artır. Çayların səviyyəsinin aşağı düşməsini də müşahidə edirik. Ona görə, quyulardan istifadə etməkdə fayda var. Abşeron quyularının 70-75 faizi şirin sudur. Bu cür su mənbələrini qorumalıyıq. Bütün bu sahələr ölkə başçısının nəzarəti altındadır. Yerlərdə icra başçılarının da bununla yaxından məşğul olmağı vacibdir.


Təəssüf ki, son zamanlar icra başçıları çox işlə məşğul olurlar, amma bu kimi məsələlərə baxmırlar. Əsas məsələ, kənd təsərrüfatının inkişafı, insanların maddi rifahının yaxşılaşdırılması, torpaqların düzgün bölünməsi, boş saxlanmaması, istiqaməti üzrə istifadəsi, ayrılan pulun düzgün çatdırılması olmalıdır. İcra başçıı buna nəzarət etməlidir. Halbuki, son zamanlar neçə icra başçısı əməllərinə görə həbs olundu, cəzalandırıldı. Camaat elə bilir ki, bütün icra başçıları bu cürdür. Elə deyil, onların içərisində yaxşı, işini bilən, qeyrətli, namuslu, ləyaqətlə dövlətinə, Prezidentinə xidmət edənlər də var. Amma bu gün icra başçısı insanlara verilən 190 manatın 40 manatını cibinə qoyursa, onun hansı vicdanından, hansı kişiliyindən danışmaq olar?


Ölkə başçısının son zamanlar apardığı islahatlardan danışmaq istəyirəm. Xüsusilə, kadr islahatları çox önəmlidir. Pandemiya dövründə görüşlər onlayn keçirildi. Ölkə başçısı təyin edilən şəxslərlə görüşür, məsləhətlərini, tapşırıqlarını verir, tələbini qarşısına qoyur ki, bu cür işləməlisən.
Bəzi icra başçıları o qədər harınlamışdılar ki, evlərindən kisələrlə pullar çıxırdı. Camaatın çətin günündə sənin evində bu qədər pul haradandır?


Bugünkü  kadr islahatları düzgün aparılır. İcra başçılarının dəyişiklikləri, Baş Prokurorluqda islahatlar  oldu və ölkə başçısı hər birini qəbul etdi, tapşırıqlarını verdi. Mən həm seçicilərim adından, həm də öz adımdan bu islahatları dəstəkləyirəm və yaxın zamanda effektini verəcəyini düşünürəm. Hər bir məmur bu məsələlərdən nəticə çıxarmalıdır.


Qarşımızda olan əsas məsələlərdən biri qeyd etdiyimiz kimi, ərzaq təhlükəsizliyinin təmin olunmasıdır. Kənd təsərrüfatının inkişafı üçün məhsuldarlığın yüksəldilməsi, ərazilərin su ilə təminatı, yaxşı cins mal-qara, hətta toyuqların gətirilməsi, onlar üçün yem bazası yaradılması, otlaqların buna cəlb edilməsi və torpaqlardan istifadə əsas məqsədimizdir.


Bu gün Azərbaycanda yararlı boş torpaq qalmamalıdır.  Mən bilirəm ki, xarici ölkələrdə boş torpaq yoxdur, əkib-becərirlər. Bizdə isə baxırsan ki, məmurdur, imkanı var, 100 hektar torpağı alıb saxlayır. Bunu əkib-becərməyəndən sonra niyə zəbt edirsən ki? Öləndə onsuz da hamıya 2 metr torpaq lazım olur. Həmin boş torpaqları əkib-becərsək, həm orada işləyən insanlar qazanar, həm də elə məmurun özünə də qazanc olar.


Ərzaq təhlükəsizliyi ilə bərabər qidaların təhlükəsizliyinə də toxunmaq istəyirəm. Bu, ərzaq təhlükəsizliyinin davamı olmalıdır. Nə qədər restoranlarda, kafelərdə, toyxanalarda zəhərlənmələr oldu. Ölkə başçısı tərəfindən bu kimi məsələlərin tənzimlənməsi üçün Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradıldı. Bu gün o qurum fəaliyyət göstərir və orada çalışan mütəxəssislər də kifayət qədər təcrübəlidirlər. Qoşqar Təhməzovu da şəxsən tanıyıram. Çoxlu laboratoriyalar gətiriblər, hər bir məhsulu nəzarətdən keçirirlər. Hesab edirəm ki, AQTA nəzarəti bir qədər də artırmalıdır. Xaricdən gətirilən məhsullar da ciddi yoxlanmalı, mənşəyi bilinməlidir. Məsələn, ət, süd məhsullarının mənşəyi məlum olmalıdır. Yeməklərə, xüsusilə uşaq qidalarına diqqət etmək, nəzarəti gücləndirmək lazımdır. Çünki gələcəyimiz uşaqlardır və bizdən sonrakı nəsilləri qorumalıyıq. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkə Tovuz istiqamətindəki döyüşlərə görə Ermənistanı DƏSTƏKLƏDİ 15 İyul 2020, 01:03 ATƏT sədri cəbhədə artan gərginliklə bağlı bəyanat verdi 15 İyul 2020, 00:56 Ermənistan Azərbaycan Ordusunun dinc sakinləri hədəfə almadığını ETİRAF ETDİ 15 İyul 2020, 00:45 "WhatsApp"da problem yarandı 15 İyul 2020, 00:43 Azərbaycan ordusunun məhv etdiyi erməni hərbçilər - FOTO 15 İyul 2020, 00:33 Şəhid General-mayorumuzla vida mərasimi keçirildi 15 İyul 2020, 00:30 Paşinyan ordu rəhbərliyini topladı 15 İyul 2020, 00:22 Düşmənin döyüş texnikası belə məhv edildi – VİDEO 15 İyul 2020, 00:06 Bakıda jurnalistin evindən oğurluq 14 İyul 2020, 23:51 DİN vətəndaşları toplaşmalardan çəkinməyə çağırdı 14 İyul 2020, 23:39 Orduya dəstək üçün gənclər Şəhidlər xiyabanına toplaşır - CANLI YAYIM 14 İyul 2020, 23:20 Düşmənin daha bir hərbi obyekti məhv edildi - VİDEO 14 İyul 2020, 23:06 Türkiyədə COVİD-19 qurbanlarının sayı 5 402-yə çatdı 14 İyul 2020, 22:52 Alman mediası cəbhədəki vəziyyətdən yazdı 14 İyul 2020, 22:36 İtaliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 14 İyul 2020, 22:23 Əsgərin könlündə taxt quran GENERAL - Polad Həşimovla bağlı XATİRƏLƏR 14 İyul 2020, 22:20 Azərbaycanlı hakerlər daha 30-ya yaxın erməni saytını dağıdıblar 14 İyul 2020, 22:11 “Mən atəşkəs yox, qisas istəyirəm...” - Şəhid polkovnikin xanımı şəhid generaldan yazdı 14 İyul 2020, 21:59 Şəhid mayor Namiq Əhmədov dəfn olunub 14 İyul 2020, 21:46 Türk Şurası Ermənistanın təxribatını sərt şəkildə pislədi - BƏYANAT 14 İyul 2020, 21:38 Ermənilərin Tovuzu atəşə tutduğu uzunmüddətli atəş nöqtəsi məhv edildi - VİDEO 14 İyul 2020, 21:22 Ərdoğandan Azərbaycana DƏSTƏK 14 İyul 2020, 21:14 Bakıda şəhid polkovnikin cənazəsinin qarşılayan yürüş... 14 İyul 2020, 20:58 NATO cəbhədəki durumla bağlı Minsk qrupuna çağırış etdi 14 İyul 2020, 20:47 Heç nəyə və heç kimə baxmadan Qarabağı azad etməliyik! 14 İyul 2020, 20:40 Azərbaycanda daha 543 yoluxma, 6 ölüm 14 İyul 2020, 20:31 Karantin qaydasını pozan müğənni Nura Suri cərimələndi 14 İyul 2020, 20:22 Cəbhədə vəziyyət yenidən gərginləşdi – Düşmən Tovuzu atəşə tutdu 14 İyul 2020, 20:13 Ermənistan FHN əhalinin təxliyəsinə hazırlaşır 14 İyul 2020, 20:04 Azərbaycan diasporu  Ermənistanın məkrli niyyətini pisləyir   14 İyul 2020, 19:54 “Azəriqaz”dan borclu olmadığını iddia edən abonentə CAVAB 14 İyul 2020, 19:45 Ermənistan artilleriyasının idarəetmə məntəqəsi məhv edildi - VİDEO 14 İyul 2020, 19:36 Şəhid generalımızın nəşi doğulduğu rayona gətirildi 14 İyul 2020, 19:27 Azərbaycandan Avropa Parlamentinə MÜRACİƏT 14 İyul 2020, 19:18 DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ 14 İyul 2020, 19:09