Arxiv
17 May 2021, 12:26 | REPORTAJ
Raquf Orucovun anasının məzarı tapıldı - ÖZƏL

2016-cı ilin aprelində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun anasının Ağdamdakı məzarı illər sonra tapılıb.

Bu barədə Modern.az-a Raquf Orucovun xanımı Sevinc Orucova məlumat verib. Şəhid xanımı Raquf Orucovun anasının məzarını ziyarət edəcəyini söyləyib.


SSRİ-nin son illərində ermənilərin Dağlıq Qarabağa qarşı iddialarının artdığı və onların sərhədyanı bölgələri atəşə tutduğu bir vaxtda Rusiya Ordusunda yenicə xidmətə başlayan Raquf Orucov hərbi hissəni tərk edərək, vətənə dönür və Ağdamda xidmətə davam edir.
Həmin illərdə ermənilərin hücumu daha da genişlənir. Növbəti həmlələrin birində düşmən tərəfin atdığı güllələrdən əvvəlcə Raquf Orucovun dayısı Azər Rəhimov, 1993-cü il iyunun 12-də isə anası Raya Rəhimova şəhid olurlar. Düşmən Ağdamın Cinli kəndini işğal etdiyindən Raquf Orucovun anası  öz kəndlərində dəfn olunmur. Ona görə də mərhum yaxınlıqdakı Çullu kəndində dəfn edilir.


Şəhid zabitin xanımı deyir ki, Raquf Orucov işğal illərində anasının məzarını ziyarət edib və onun itib-batmaması üçün ora nişanə qoyub:


“Raqufun şəhidliyindən təxminən iki il əvvəl olardı. O, Ağdamda hərbi hissə komandiri, kəşfiyyatçı idi, hər kolun yerini tanıyır, hər cığırın hara getdiyini bilirdi. Ağdamda tanımadığı yer yox idi. Anası şəhid olanda da onu Raquf dəfn etmişdi. Bir gün söhbət edəndə, təsadüfən dedim ki, sənin ananın məzarını ziyarət etmədiyinə inanmıram. Uzun danışmaq istəmədi, dedi, sən nə bilirsən ki, mən ora gedib-gəlməmişəm, işinlə məşğul ol!
Raquf həmişə Seyid Yusif ağa adlı yaxın dostu ilə dərdləşirdi. Şəhid olandan sonra bir dəfə Yusif ağa ilə görüşdük. Dedi mən sizə bir sirr açacam: Raquf anasının məzarını ziyarət etmişdi. Heç vaxt “Yasin” oxutdurmazdı, amma ziyarətdən sonra “Yasin” oxutdurdu.
Mən əslində bunu bilirdim. Anasını Ağdamın Cullu kəndində dəfn edib, çıxan kimi kənd işğal olunub, məzarın heç bir başdaşı, nişanəsi olmayıb. Raquf anasının məzarını ziyarətə gedəndə beton daşın qırıntılarını yığıb, məzara nişanə qoyub. Elə qoyduğu nişanələrə görə də indi həmin məzarı tapıblar. Kənd qəbirstanlığındakı sonuncu məzar olub. Biz artıq bu gün onun məzarını ziyarət etdik. Həmin ərazidə təhlükəsizlik təmin edilib”.



Qeyd edək ki, polkovnik-leytenant Raquf Orucov 1972-ci ildə Ağdamın Cinli kəndində anadan olub. Ağdam rayonu ermənilər tərəfindən işğal olunduqdan sonra Raquf Orucovun ailəsi Sumqayıt şəhərindəki yataqxanalardan birində məskunlaşıb. Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində 2 il ərzində lazımi hərbi biliklərə yiyələnib.

1995-ci ildə hərbi məktəbi uğurla başa vurandan sonra Bakıdakı hərbi hissələrdən birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə xidmətə üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üzbəüz mövqeyə Murovdağa alaraq, kəşfiyyat bölüyünün komandiri kimi xidmətə başlayıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6 ili tamam olanda mükafatlananlar sırasında Raquf Orucovun adı da olub.

1997-ci ildə kəşfiyyat bölüyünün komandiri olan gənc zabit Raquf Orucov dövlət tərəfindən verilən hərbi tapşırığı çox böyük peşəkarlıqla yerinə yetirib. Kəlbəcərə gedib oradan yüksək çinli iki erməni zabiti gətirməyə nail olub.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 24 iyun 1998-ci il tarixli fərmanı ilə Raquf Orucov “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

2000-ci ildən sonra Ağstafa, Tovuz, Beyləqan, Füzuli istiqamətlərində yerləşən hərbi hissələrdə xidmət edib. 2011-ci ildə arzusunda olduğu Ağdamdakı N saylı hərbi hissəyə qərargah rəisi təyin olunub.

Raquf Orucov 2016-cı il aprelin 4-də qoşunların təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olub və Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezidentin hərbi medallar verdiyi jurnalistlər, klub prezidenti, gənc şair... - ADLAR 24 İyun 2021, 16:14 Əmək pensiyasına əlavə ilə bağlı qaydalar dəyişir 24 İyun 2021, 16:01 “BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzəltmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?