Modern.az

İlham Əliyev 10 noyabr bəyanatını niyə Zəngəzura köçürür?

İlham Əliyev 10 noyabr bəyanatını niyə Zəngəzura köçürür?

15 İyul 2021, 10:40

Azərbaycan Prezidenti İlham Əliyev 10 noyabr bəyanatının müddəalarını Zəngəzur məsələsinə proyeksiya etməsi diqqət çəkir.


İlham Əliyev deyib: “Üçtərəfli 10 noyabr bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz qayıdacağıq, əlbəttə”.


İlham Əliyev bu ifadə ilə nəyə işarə edir və Ermənistana nəyi xatırladır?


Burada üç versiya önə çıxır:

  1. 1. Zəif fikir kimi səslənsə də, nəzəri olaraq demək olar ki, İlham Əliyev 10 noyabr bəyanatının bəzi müddəalarının işləməməsini aydın görür və güclü tərəf kimi Zəngəzur kartından istifadə edir.

  2. 2. 10 noyabr bəyanatının imzalanması ərəfəsində Azərbaycan Ermənistan qarşısında Zəngəzur məsələsini də qoyub, İrəvan şifahi şəkildə boyun əysə də, sonradan vaxt qazanıb əvvəlki mövqeyinə qayıdıb.

  3. 3. 10 noyabr bəyanatının bazasında, ona istinad edilərək, üçüncü bir sənəd hazırlanıb və Ermənistan burada yeni güzəştlərə getmək məcburiyyətində qaldığını sənəd üzərinə köçürüb.

İkinci və üçüncü daha məntiqli və böyük həqiqət yükünə malik versiyalar kimi görünür.


Xatırlayırsınızsa, bundan əvvəl Ermənistan mətbuatı Nikol Paşinyanın 10 noyabr və 11 yanvar bəyanatlarından əlavə, üçüncü bir güzəşt sənədinə razılıq verdiyini yazırdı.


İlham Əliyev hələ işğal müddətində səsləndirdiyi bəyanatlarda İrəvan, Göyçə, Zəngəzurun adlarını çəkib, bu, prinsipcə yeni bir bəyanat sayılmır.

Yeni olan 10 noyabr bəyanatına isinadən həmin açıqlamaların bir daha təkrarlanmasıdır. Bu isə onu göstərir ki:

  1. 1. Azərbaycan qarşısına tarixi torpaqların qaytarılmasını məqsəd qoyub və Türkiyə ilə keçirilən birgə təlimlər daha böyük hədəflərə hesablanıb (bu barədə əvvələr də yazmışıq).

  2. 2. Naxçıvan bu məsələdə açar coğrafiyadır, ötən gün Naxçıvan istiqamətində iki dəfə erməni təxribatının olması da Naxçıvanda hansısa hərəkətliliyin göstəricisidir.

İlham Əliyev bir neçə dəfə Ermənistanla imzalanması planlaşdırılan sülh müqaviləsindən danışıb və yəqin ki, Prezident ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması deyərkən 100 il öncə Ermənistana verilən torpaqları da bu bütövlüyün tərkibində görür.


Ona görə də, diplomatik masada hər dediyini etdirmək üçün iqtisadi rayonların yeni bölgüsündə Şərqi Zəngəzur adından da istifadə edilən fərman imzaladı.


Lakin Zəngəzur dəhlizi Rusiya, ABŞ-ın marağında olsa da, bunu daha çox iqtisadi divident kimi nəzərdən keçirir və Azərbaycanın Türkiyə ilə birgə yeni coğrafiyada yeni ərazilərlə dominant mövqelərə yiyələnməsini istəmir.


Nəticə: Ermənistan Azərbaycanın diktələrini qəbul etməsə, üçüncü müharibə ehtimalı önə çıxır, bunu İlham Əliyev də bəyan etdi.

Aqşin Kərimov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər