Arxiv
13 Sentyabr 2021, 11:50 | HADİSƏ
Yunis Səfərov apellyasiya şikayəti verdi

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov da daxil olmaqla 12 nəfər dəstə üzvü barəsində çıxarılan məhkəmə hökmündən apellyasiya şikayəti verilib.

 

Bu barədə Modern.az-a vəkil Bəxtiyar Hacıyev məlumat verib. Vəkil bildirib ki, şikayət məhkəməyə təqdim edilib və yaxın günlərdə şikayətə baxılacağı gözlənilir.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hökm elan olunub.

 

Hökmə əsasən, Yunis Səfərov ömürlük, digər təqsirləndirilən şəxslər təqsirləndirilən şəxslərHamlet Abbdullayev 19 il, Mahir Əzizov 20 il, Akif Əliyev 20 il, Rasim Mustafayev 20 il, Ceyhun Qurbanov 18 il, Firudin Zeynalov 19 il, Cəfər Zalov 18 il, Vüqar Məmmədov 19 il, Ceyhun Salahov isə 19 il azadlıqdan məhrum ediliblər.


Xatırladaq ki, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.

 

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33 230-dan çox xarici vətəndaş Kabili tərk etdi 19 Sentyabr 2021, 20:18 “Bursaspor” baş məşqçini istefaya göndərdi 19 Sentyabr 2021, 20:07 Gürcüstan yenidən silkələndi 19 Sentyabr 2021, 19:49 Hindistandan quş və quş əti idxalı dayandırıldı 19 Sentyabr 2021, 19:40 Fransa ABŞ ilə münasibətlərində böhran olduğunu açıqladı 19 Sentyabr 2021, 19:24 Liviyada iki helikopter toqquşdu, ölənlər var 19 Sentyabr 2021, 19:09 8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı 19 Sentyabr 2021, 18:15 İlk kosmos turistləri Yerə qayıtdı - VİDEO 19 Sentyabr 2021, 18:02 İran ayətullahı Azərbaycanı hədələyib 19 Sentyabr 2021, 17:53 Çempionlar liqası: "Araz Naxçıvan"ın oyunlarının vaxtı açıqlandı 19 Sentyabr 2021, 17:48
SORĞU Hansı vaksinə etibar edirsiniz?