Arxiv
10 Yanvar 2014, 11:42 | MÜSAHİBƏ
Alim Qasımov: “Uşaqlıqda atamla Sabunçu vağzalında ağartı satırdıq” - MÜSAHİBƏ

“Axırda gördüm ki, heç nə əmələ gəlmir, muğama üz tutdum”


Modern.az
saytında “Pəncərə” layihəsinin qonağı xalq artisti Alim Qasımovdur.

- Alim müəllim, bəziləri sizi dərvişlərə oxşadır. Bu oxşarlığı özünüz necə qəbul edirsiniz?

- Lap yaxşı. Oxşadırlar oxşadsınlar. Burda qəbahət görmürəm. Doğrusu, bu sualı mənə bir çox yerlərdə verirlər. Dərvişə bənzədilmənin elmi yolunu bilmirəm. Amma mənə elə gəlir ki, müəyyən vaxtlarda məsələn, məşq zamanı, yaxşı əhval-ruhiyynin bol olduğu zamanlarda biz o dərvişvari halı yaşayırıq. Tutalım, görürəm ki, artıq başqa aləmdəyəm. Bir çoxları içki ilə başqa vasitələrlə həmin aləmə düşə bilirlər. Mən isə içkisiz belə, onlardan daha yaxşı kefim saz, öz aləmimdə oluram. Bilirsiniz, incəsənətin incəliyi ondadır ki, gərək gecə-gündüz onun nazını çəkəsən, o deyənlə oturub-durasan.

- Əslində, sizi əhatə edən aləm sufilərə çox yaxındı. Özünüzə qapandığınız aləmin içində ətrafı necə görürsünüz? Yoxsa sizin üçün sadəcə ətraf aləm mövcud deyil, həmin anda?

- Əksinə, həmin aləmin sehrinə düşəndə insan bir az da mülayimləşir. İnsanları çox rahat qəbul etmək olur. Daxildə baş qaldıran əsəb yox olur. Təəssüflər olsun ki, biz bu halı hər gün mütaliə edib özümüzdə saxlaya bilmirik. Belə məclislər ayda bir dəfə ələ düşür. Mənə elə gəlir ki, bu hallar qrup şəklində də əmələ gəlir. Eyni zamanda, mənə qulaq asanların içində də bu halın ağuşuna düşənlər olur.

- Alim müəllim, sizin ifa tərziniz, səhnədə tamaşaçı qarşısına fərqli formada çıxmağınız, muğamı cazla sintez etməyiniz birmənalı qarşılanmadı. Sənət yoldaşlarınız arasında da sizin muğam sənətinə gətirdiyiniz yenilikləri iradla dilə gətirdilər. Hətta, ilk müəlliminiz Əlibaba Məmmədov da irad bildirənlər arasında vardı.

- Həyatda çox şeylər olur ki, tanrının qismətinə bağlıdır. Belə baxıram ki, mən əslində heç nə etməmişəm. Sel gəlib mən də bir kağız parçası olub onun üstündə daşa çırpıla-çırpıla axıb getmişəm. Kimsə həmin kağız parçasını atıb ocağa yandırıb. Özümü belə hesab edirəm. Ona görə də, plansız, düşünülməmiş Allahın qısməti olaraq, bir iş alındı. İnsanın başına bir iş gələndə istəyir ki, belə olsun, amma başqa cür olur. Bir müddət keçəndən sonra isə deyir yaxşı ki, elə olmadı, belə oldu. Düşünürəm ki, mənim də vəziyyətimdə eyni hallar yaşanıb. Belə deyək də, pisdən yaxşı nəticə əldə olundu. Biri var ki, bilirəm bu çox gözəldi. Mən buna irad da tuta bilərəm, tərif də edə bilərəm. Burda insanın şəxsi fikirləri də ola bilər. Burda şəxsi qərəzlik də ola bilər, insanın daxilindən gələn istək də. Ola bilər ki, kimsə məni doğurdan da səmimi olaraq qəbul edə bilmir. Başa düşmək olar. Şəxsi qərəzlik məsələsinə gəlincə həmin şəxs Allahla öz arasında cavab verəcək. Təbii ki, mənə qarşı kəskin iradların içində şəxsi-qərəzlik də olub. Böyük sənətkarlar arasında olub ki, şəxsiqərəzlik ediblər. Amma həmişə çalışmışam ki, əsl sənətkardan mənə qarşı iradları yaxşı mənada qəbul edim. Mənə qarşı paxıllıq hissini özümdən uzaq tuturam.Tamaşaçının içində də elələri vardı ki, deyirdi “əvvəlki kimi ifa etsən yaxşı olar” Mən də dedim ki, “böyümüşəm də neynəyim gedib girim bələyə”?!

- Əlibaba Məmmədovun iradına nə ad vermək olar?

- Əlibaba Məmmədovun iradında heç bir şəxsi qərəzlik yox idi. Əlibaba müəllim əsl sənət baxımından danışırdı. İndi Əlibaba Məmmədov ifa tərzimi qəbul edir. Əslində, indi hamı qəbul edir.

- Deyəsən, qismətə çox inanırsınız?

- Doğulandan indiyə qədər qismətlə yaşayıram. Bəlkə də özüm heç nə etməmişəm.

- Siz sənətə gələnə qədər sürücü olmusunuz. Bəs necə oldu ki, sürücü muğam  ustası oldu?

- Ailədə ata, anama kömək etmişəm. Təsərrüfatımız, mal-qaramız çox olub. Yadımdadır ki, uşaq olanda ata-anamla Sabunçu vağzalında ağartı məhsulları satırdıq. Bir az böyüyəndən sonra fəhlə işlədim. Sonra isə sürücü işlədim. Əsgərlikdə də sürücülüklə məşğul olmuşam. Axırda gördüm ki, heç nə əmələ gəlmir, muğama üz tutdum. Qaynanamın rəhmətlik Səyavuş Aslana mənim ifam haqqında deməsi və onun da mərhum bəstəkarımız Vasif Adıgözəlova deməsi məni pulsuz Asəf Zeynallı məktəbinə gətirdi. Birbaşa Əlibaba Məmmədovun, Bəhram Mənsurovun qarşısında imtahan verdim. Münsiflər heyətinin hamısı mənə 5 verdi.


- Sizin ilk səhnə fəaliyyətiniz dövründə fərqli ifalarınız oldu. Məsələn müğənni Almaz Ələsgərli ilə bir duet oxudunuz. Muğam ifaçısı Alim Qasımov o ifadan sonra peşmançılıq hissi keçirdimi?

- Asta-asta muğam oxuyurdum. Bu təklif Vaqif Gərayzadədən gəldi. Mənə dedi ki, “bura gəl, belə bir mahnı var”. Dedim “vallah mən oxuya bilmərəm”.Amma elə oldu ki, mahnı alındı. Bu da bir qismət idi. Həmin ərəfədə bu böyük uğur oldu. Həm də cavanlara muğam yeni versiyada təqdim edildi. O mahnıya qulaq asanların çoxu bu gün muğam həvəskarıdır. Düzdü, elə məqamlar olub ki, bir ifaya görə çox əziyyət çəkmişəm. Amma sonu çox yaxşı olub. Bu qənaətdəyəm ki, sənətkarı gərək özbaşına qoymayasan. Gərək sənətkarı hirsləndirəsən, onu qıcıqlandırasan. Onda sənətkar başlayır yeni-yeni əsərlər yaratmağa. Peşmançılıq hissi isə indi də yoxdu. Hətta, mənim rep ifaçıları ilə də duetim olub. Görürüəm ki, sənətə pislik etmir, mənəviyyatı təmizdirsə onunla duet oxuyaram.

- Yenidən həmin duet üzərində yeni nəsə etmək olar?

- Əgər həvəsimiz olarsa, Fərqanə ilə oxuyarıq.

- Alim müəllim, yerdə oturub ifa etməyin xüsusi özəlliyi varmı?

- Sadəcə, stolda əyləşib muğam ifa etsəm, yerdə əyləşib ifa etdiyim halı tuta bilmərəm. Çox hərəkətli olduğumdan qorxuram yerə yıxılaram. Xüsusi özəlliyi budur.

- Siz həm də komplekslərdən uzaq insansınmız. Bu sizi narahat etmir?

- Mənə elə gəlir ki, sənətkar gərək özü-özündən zövq ala bilsin. Mədəni hissiyyatla yaşaya bilsə, mütləq kənardakı da həmin hissi tuta biləcək. Nə bilim əlimi belə qoysam, o nə deyər. Belə qoysam başqası nə deyər. Məncə, bu cür hərəkət edəndə sənət yarımçıq olur. Bu yaxınlarda  bilmişəm ki, əli buruna aparmağın başqa yozumu varmış. 

- Deyirlər yaş artdıqca insanın fikirləri dəyişir. Hiss edirsinizmi ki, sizin fikirləriniz dəyişib?

- Rəhmətlik maştağalı bir seyid vardı. Seyid Şuşinski ilə dostluq edirdi. Mənə dedi ki, sən 57 yaşından sonra oxuyacaqsan. Mənim də 40 yaşım olardı. Dəbdə olan vaxtım idi. Müştərilərin əlindən gizlənirdim. Çünki bütün dəstgahları oxumaq çətindir. Elə olurdu ki, bir toyda 8-10 dəstgah oxuyurduq. Hətta, elə kəndlərə toya getmişəm ki, deyiblər birinci dəfədir ki, burda tar-kaman çalınır, xanəndə oxuyur. Ona görə də səs yerində qalsa da əvvəlki oxumağın dadı da, həvəsi də fərqli olur. Mənə deyəndə “57 yaşında oxuyacaqsan” Deyirdim ki, “nə danışırsınız, mən həmin yaşda sənəti tərk etmək niyyətindəyəm”. Doğurdan da hiss edirəm ki, 40 yaşında ifa etdiyim ifalar bu günkündən fərqli olub.

- Şərqlə qərb musiqisini sintez etməyi sizin ifanızda eşitdik. Xristian-müsəlman alımində şərqlə qərb musiqisinin sintezi nə dərəcədə düzgündür?

- İncəsənətdə olmaz sözü yoxdu. Daxildən gələn yaradıcılıqlar varsa birləşib xalqa xidmət edir. Xalq da onu gözəl qəbul edir. Bu musiqidir. Burda ölüm-itim yoxdu. Uzağı alınmayacaq silinib çıxıb gedəcək. Əsas odur ki, avtomat düzəltməyək. Bu qədər insanlar yaranan silahların qurbanına çevrilir. Dünyanın hər yerində haqsızlıq olanda bizim səsimiz çıxmalıdır. Musiqinin sintezi düşünürəm ki, doğrudur.

- Son vaxtlar qastrollara dəvət alırsınız?

- Bir az azalıb. Dünyada baş verən iqtisadi böhran qastrol xərclərinə təsirsiz ötüşmədi. Amma sənətkarı Allah dolandırır. Əvvəl gəlirimiz qastrollardan gəlirdi. İndi də Allaha şükür ac deyilik.

- Bir az fərqli olmağa meyllisiniz. Məsələn qızınızın da oğlunuzun da toyunu Pirqulu meşəsində etdiniz. Bu ideya necə oldu reallaşdı?

- Restoranda 6 saat ərzində baş tutan toya o qədər pul vermək istəmədim. O qədər pulu asanlıqla qazanmırıq axı. Ona görə də toyu meşədə etmək qərarına gəldik. Əslində oğlum Hadi həmişə deyirdi ki, meşədə edək toyu. Deyirdim dəlisən, meşədə toy olar? Oğlumun meşədə toy istəyi məni orda etməyə vadar etdi. 3gün 3 gecə Pirqulu meşəsində toy etdik. Amma restoran toyundan da artıq xərc çıxdı. Toyun sonunda yemək qalmadı. Bir şeyi də deyim ki, mən toylara pul salmıram. Ona görə də övladlarımın toyunda pul yığmıram. Kimsə hörmət edirsə allah cibinə bərəkət versin.

- Daxilinizdə sadəlik bir qədər artıqdır. Bunu sizə ailədə irad tutmurlar?

- Əvvəla, sadəlik rahat yoldu. Mən də sadəliyi çox sevirəm. O çoxbilmişlik, ki var, o tip insanlar başlayır hər yerdə bir evcik qurmağa, yəni başlayır yalan danışmağa. İnsan yalanların içində məhv olub gedir. Mənim ağlım o səviyyəyə çatmadığından, Allah o “zirəkliyi” mənə vermədiyindən mənim üçün yeganə yol düzgünlükdü. Sadəlik və doğruluqdan başqa yola gedə bilmərəm. O birilərə qarşı səbrim də yoxdu. Insanlar heç vaxt pis doğulmur. Sadəcə çapalay-çapalaya zəmanə ilə vuruşub dəyişirlər. Pisliyə doğru dəyişən insanlarda təqsir yoxdu.


- Gənclik metrosunun yaxınlığında sizin bir muğam mərkəziniz vardı. İndi həmin yer xarabalığa çevrilib. Mərkəzin aqibəti nə yerdədir?

- Həmin muğam mərkəzini İlham Əliyev prezident olmamışdan öncə mənə hədiyyə vermişdi. Sonra dostdan-tanışdan borc alıb həmin mərkəzi düzəltdik. Amma zaman keçdikcə gördüm mərkəzin öhdəsindən gələ bilmirəm. Ona görə də muğam mərkəzini satmalı oldum.

- Uzun illərdir ki, səhnədə qızınız Fərqanə ilə oxuyursunuz. Artıq onu daha yaxşı yetişdirmisiniz. Maraqlıdır, özünüzdən sonra qızınızı bu sənətdə necə görürsünüz?

- Fərqanə xanımla fərqimiz ondadır ki, o, həm məsuliyyətlidir, həm də Allah onu xanım yaradıb. Bunlardan savayı Fərqanəni dinləyicilər səhnədə başı bağlı qəbul etdilər. Eyni zamanda, mənim səhnədə etdiyim hərəkətləri etməyə o həsrət qalacaq. Onları edə bilməyəcək. Çünki mən kişiyəm, o isə qadındır. O istər-istəməz hərəkətlərinə sərhəd qoymalıdır. Həmin hərəkətləri edə bilməməyinin heyfini öz səsində, oxumağında çıxacaq. İnanıram ki, inşallah Fərqanə səhnəyə tək çıxandan sonra yeni bir aləm, fərqli əhval-ruhiyyə tamaşaçılara bəxş edəcək.

- Televiziyalarda silsilə muğam müsabiqələri keçirilir. Niyə münsif kimi qatılmırsınız.

- Heç kəslə üz-göz olmaq istəmirəm. Ola bilsin ifadan narazı qalım, o zaman söz söhbətlər də çox olacaq. Bu cür hallardan uzaq olduğum üçün münsif qismində özümü görmürəm. 

- Kitab oxumaqla aranız necədi? 

- Bu vaxta qədər bir kitab oxumamışam. İndi-indi istəyirəm ki, nəsə oxuyum. Amma qəzəlləri əzbərləyirəm.

- Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?

- Boş vaxtlarımda məndən avara adam yoxdu. Dostlarla çay içə-içə nərd oynayırıq. 

- Namaz qılmağa nə vaxtdan qərar verdiniz? 

- Hər dəfə deyirdim, amma namaza başlaya bilmirdim. Ailədə birinci kiçik qızım başladı namza qılmağa. Sonra Fərqanə başladı. Pirquludakı toydan sonra fikirləşdim ki, “mən kiməm?”Deməli, namaza başlamaq lazımdır və başladım. Maraqlıdır ki, mən namaza başlayanda gördüm ki, həyat yoldaşım arxamda dayanıb. İndi o məndən də yaxşı namaz qılır. Çünki o fatihə surəsini belə bilmirdi. Quranı 2, 3 dəfə oxuyub. İndi o namaz qılmaqda məni keçib, olub molla xanım.(gülür)

- Müasir estradadan dinlədiyiniz ifaçılar varmı?

- Ancaq xalq mahnılarına qulaq asıram. Folklordan aldığım zövqü estradadan ala bilmirəm.


Namidə BİNGÖL

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İstirahət günləri Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq 19 Oktyabr 2019, 09:12 Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb 19 Oktyabr 2019, 09:07 Rusiyada damba uçub: 11 ölü, 13 itkin düşən var 19 Oktyabr 2019, 08:59 Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi 19 Oktyabr 2019, 00:49 Roza Zərgərlinin qazandığı avtomobil qazilərə verildi 19 Oktyabr 2019, 00:32 “Maşın”ın qalibi Suna Kasımoğlu oldu 19 Oktyabr 2019, 00:14 Türkiyə və İran Suriya problemini müzakirə etdi 18 Oktyabr 2019, 23:45 Azərbaycan nefti ucuzlaşdı 18 Oktyabr 2019, 23:32 Şəmkirdə 2 uşaq anası itkin düşüb - FOTO 18 Oktyabr 2019, 23:16 Daha bir ərəb ölkəsi çalxalanır 18 Oktyabr 2019, 22:58 Azərbaycanlı  Ukraynada Baş prokurorun müavini oldu - FOTO 18 Oktyabr 2019, 22:42 UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq 18 Oktyabr 2019, 22:17 Ərdoğan Trampı buna da məcbur etdi 18 Oktyabr 2019, 21:44 Şahin Mustafayev Çinə bu məqsədlə gedir 18 Oktyabr 2019, 21:27 “Ermənistan qeyri-konstruktiv mövqeyinə görə düşdüyü dalandan çıxması üçün addım atmalıdır” - XİN 18 Oktyabr 2019, 21:15 “YPG 750 İŞİD-çini həbsdən azad edib” - Ərdoğan 18 Oktyabr 2019, 20:59 Məşhur idmançı Azərbaycanı belə təbrik etdi - FOTO 18 Oktyabr 2019, 20:58 Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub 18 Oktyabr 2019, 20:45 Azərbaycan Ordusunda “NATO günləri” başa çatdı 18 Oktyabr 2019, 20:05 Nazir onlara mükafatlar təqdim etdi - FOTOLAR   18 Oktyabr 2019, 19:57 XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq   18 Oktyabr 2019, 19:47 Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandı - FOTO 18 Oktyabr 2019, 19:38 "Azərsu" sədri Lənkəranda sakinləri qəbul edib - FOTO 18 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov Qətərin Azərbaycandakı yeni səfirini qəbul edib 18 Oktyabr 2019, 19:18 Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir - FOTO 18 Oktyabr 2019, 19:10 Əcnəbi mütəxəssislər Gömrük Akademiyasında olublar - FOTO 18 Oktyabr 2019, 19:01 Bakı polisindən mitinq iştirakçılarına son XƏBƏRDARLIQ - VİDEO 18 Oktyabr 2019, 18:55 Əbülfəs Qarayav vətəndaşları qəbul edəcək 18 Oktyabr 2019, 18:46 "Azercell" yeni "iPhone" alanlara limitsiz internet hədiyyə edəcək   18 Oktyabr 2019, 18:37 “Prezidentin Rövşən Rzayevi qəbul etməsi köçkünlərə qayğının daha bir nümunəsidir” - DEPUTATLAR 18 Oktyabr 2019, 18:28 Mənzillərin tikintisi və ipoteka layihələri üçün 142 milyon manat AYRILACAQ 18 Oktyabr 2019, 18:19 ARDNF Milandakı ofis binasını satdı 18 Oktyabr 2019, 18:10 Dövlət büdcəsindən 40 şəhər və rayona dotasiya ayrılmayacaq - SİYAHI 18 Oktyabr 2019, 18:01 Proqnoza baxmadan istirahətə getməyin - İstirahət günlərinin HAVASI 18 Oktyabr 2019, 17:56 Avropa Birliyinin  rəhbəri ağladı 18 Oktyabr 2019, 17:53