Modern.az

Bakı sakinləri Ərdoğanla Kılıçdaroğlu arasında seçim etdilər - SORĞU

Bakı sakinləri Ərdoğanla Kılıçdaroğlu arasında seçim etdilər - SORĞU

Reportaj

9 Mart 2023, 13:35

Türkiyədə mayın 14-də keçirilməsi planlaşdırılan prezident seçkiləri Azərbaycanda da diqqətlə izlənilir. Müxalif partiyaların təmsil olunduğu "Millət İttifaqı"nın CHP lideri Kamal Kılıçdaroğlunu vahid namizəd elan etməsindən sonra seçki müzakirələri yenidən aktuallaşıb. İndi müzakirələrin əsas mövzusu kimin tarixi seçkidən qalib ayrılması ilə bağlıdır.

 

Bəs Azərbaycanda necə düşünürlər: seçkini Ərdoğan, yoxsa Kılıçdaroğlu qazanacaq?

 

Modern.az mövzunun aktuallığını nəzərə alaraq, bu sualla paytaxt sakinlərinə müraciət edib.

 

Sorğumuzda iştirak edən sakinlərin bir çoxu Ərdoğanın yeniden prezident seçilməsini istədiyini bildirib. Onlar Azərbaycanla Türkiyə arasında əlaqələrin möhkəmlənməsində Ərdoğanın mühüm rol oynadığını deyiblər. Bununla belə, respondentlər sırasında Kılıçdaroğlunu və digər şəxslərin adını çəkənlər də olub.

 

Daha ətraflı videosorğuda:

 

 

Operator: Əjdər İbrahimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı