Arxiv
30 mart 2019, 10:18 | REPORTAJ
Prezidentin mükafatlandırdığı gənc: “Həkimlər xəstəliyimizin səbəbini tapa bilmirlər” - MÜSAHİBƏ  

Həyat bəzən insanlara qarşı çox amansız olur. Bəzi insanlara görünən, bəzilərinə isə görünməyən qüsurlar bəxş edir. Elə düşünürəm ki, bu gün cəmiyyətimizdə mənəvi qüsurlu insanlar fiziki məhdudiyyətli insanlardan daha çoxdur. Fiziki məhdudiyyətli insanları əlil adlandırırlar. Mənəvi qüsurlu insanlara isə bu baxımdan heç bir ad qoymaq mümkün deyil…


Qısa fasilədən sonra Modern.az saytının “Art Time” rublikasına davam edirik. Budəfəki qonağımız I qrup əlil, gənc kinorejissor, 2019-cu ilin Gənclər günündə Prezident mükafatına layiq görülən beş gəncdən biri -  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrı Masər Həsənovdur.


- Masər, necə oldu ki, Prezident mükafatına layiq görüldünüz?


-
Bu xəbəri gözləmirdim. Mənə bir gün öncə, nazirlikdən zəng vuraraq Prezident mükafatına layiq görüldüyümü bildirdilər. Sözün düzü şokda idim. Bu xəbər mənim üçün çox gözlənilməz oldu. Ailəlikcə çox sevindik. Bu barədə heç vaxt düşünməmişdim. Mən festivallarda iştirak edəndə əsas məqsədim qalib olmaq yox, öz filmlərimə geniş ekranlarda və kütlə arasında baxmaq idi. Məhz bu arzunu mən, illərdir ürəyimdə daşıyırdım. Arzularım, həyatla mübarizə əzmim gücsüz ayaqlarıma güc verirdi ki, çətinliklə olsa belə, hərəkət edim. Mükafat almaq isə ikinci məqsədim olub. Fiziki məhdudiyyətli bir gənc üçün belə bir uğur qazana bilmək böyük xoşbəxtlikdir. Dəstək olan, mükafata layiq bilən hər kəsə öz təşəkkürümü bildirirəm.

- Prezident İlham Əliyev sənə yaxınlaşaraq mükafatı təqdim etdi və yavaşca nə isə pıçıldadı. O anları bizimlə bölüşə bilərsən?


- Cənab prezident məni təbrik etdi və uğurlar arzuladı. Onunla görüşən zaman çox həyəcanlı  idim. Gözləmirdim ki, özü şəxsən mənə yaxınlaşaraq, diplomu təqdim edəcək. Diqqət üçün bir daha cənab prezidentimizə təşəkkür edirəm.

- Neçə yaşınızdan sizdə yerimə qüsuru yarandı?

- Uşaqlıqdan yeriməyə başlayandan sonra ayaqlarım əyilməyə başladı. Həkimlər sağlamlığım üçün heç bir təhlükə olmadığını və bu halın keçəcəyini söylədilər, lakin dedikləri kimi olmadı. İlk dəfə 9 yaşımda ayaqlarıma cərrahi müdaxilə olundu. O zaman ayaqlarım əyri olsa da, gəzə bilirdim. Vaxt keçdikcə isə ayaqlarımdakı gücü itirməyə başladım. Uzaq məsafələrə normal hərəkət edə bilmədim və nəticədə indiki vəziyyət alındı.

- Hal-hazırda yeriməni tamamən itirmisiniz? Müalicələr alırsız? Deyəsən bacınız da eyni qüsurdan əziyyət çəkir. Bəlkə xəstəliyinizə hər hansı bir irsi amillər səbəb olub?


- Tamamən deməzdim, amma xeyli itirmişəm. Uzaq məsafələrə hərəkət edə bilmirəm. Pilləkənləri qalxmaqda xeyli əziyyət çəkirəm. Dəmir tutqacsız gəzə bilmirəm. Bəli, ailədə iki övladıq və bacım da, mənim kimi yerimə qüsurludur. Bacım ali təhsillidir. Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Valideynlərimizin heç birində bu qüsur olmayıb. Həkimlər xəstəliyimizin səbəbini hələ də müəyyən edə bilməyiblər.


- Fiziki qüsurunuz sizə ailədə maddi çətinliklər yaradır?


- Ailədə 4 nəfərik. Anam, bacım, həyat yoldaşım və mən. Atam isə Rusiyada işləyir. Şükürlər olsun ki, ailəmizin maddi vəziyyəti normaldır. Ailəmizin bütün üzvləri işləyir.


Həyat yoldaşınızla tanışlığınız necə oldu? O da fiziki qüsurludur?


- Xeyr. Həyat yoladşımın heç bir fiziki qüsuru yoxdur. Ali təhsillidir. Bakı Dövlət Universitetinin məzunudur. Tanışlığımız işdə oldu. Mən valideynlərimizlə bir yerdə işləyirdim. Bir neçə dəfə anasının yanına gəlmişdi. Anam çox deyirdi ki, bu qıza diqqət et, amma mən heç vaxt o haqda fikirləşməmişdim. Bir gün, heç özüm də necə olduğunu bilmədən anama dedim ki, mən razıyam, gedin danışın. Həyat yoldaşımın təhsil aldığı vaxt valideynləri rayona qayıtmalı oldular. Qalmağa yeri olmadığı üçün təklif etdik ki, bizdə qalsın. Universiteti bitirən ərəfədə isə mən həyatımın qadınının məhz o, olacağına qərar verdim.  Anama bildirdim ki, onunla danışsın və nəhayət o, bu barədə razılığını bildirdi.


- Bəs həyat yoldaşınızın ailəsi sizin evlənməyinizə razı oldu?


- Xeyr .Mən fiziki qüsurlu olduğum üçün bu nikaha etirazlarını bildirdilər. Hətta toyumuza belə gəlmədilər. Hal-hazırda da münasibətlərimiz yoxdur.


- Universitetə 24 yaşınızda daxil olmusunuz. Bəs bu vaxta kimi nə işlə məşqul idiniz?


- Təhsil almazdan öncə, “Saloğlu” mebel dükanında operator kimi çalışırdım. 2014-cü ildən bu şirkətdə çalışıram. Hal-hazırda da bu şirkətdə çalışmaqdayam. 2017-ci ildən isə bu şirkətdə PR və Marketinq üzrə mütəxəsis vəzifəsinə keçmişəm.


- Universitetdə məhşur kinorejissor, Xalq artisti Eldar Quliyevdən dərs almısınız. Bu sizə kino rejissoru kimi nə özəllik qazandırdı?


- İndi də magistraturada Eldar müəllimdən dərs alıram. Mən kino sahəsində qazandığım bütün uğurlarıma görə məhz o insana minnətdaram. Eldar Quliyevin əsər seçimindən, ssenarinin yazılışınadək verdiyi məsləhətlər çox qiymətlidir. Mən çox şanslıyam ki, Eldar Quliyevin tələbəsiyəm.


- Kino sahəsi, film istehsalı çəkilişi çox çətin bir prosesdir. Bəzən olur ki, kifayət qədər sağlam insanlar bu sahədə uğursuz olurlar və tez həvəsdən düşürlər. Fiziki qüsurlu olmanız sizə çəklişlərdə problem yaradır?


- Bu ixtisası seçərkən, bir çox insanlar mənə bu kimi fikirlər söylədilər. Kino rejissoru olmaq mənim uşaqlıq arzum olub. Hələ uşaqkən yeriyə bilən zaman fotolar çəkirdim və bu haqda çoxlu arzularım var idi. Fiziki qüsurum məni bu arzumdan yayındıra bilmədi. Bütün çətinlikləri gözə alaraq, bu sahəyə gəldim. Çəkilişdən öncə biz xeyli məşq edirik və bunun üçün də çəkiliş prosesi mənə o qədər də çətin olmur. Özümü uğura doğru kökləyirəm və məhz bu amil çəkiliş zamanı mənə fiziki qüsurumu unutdurur. Çəkilişdə tək problemim texnikayla bağlıdır. Hər zaman universitetdən texnika götürmək mümkün olmadığı və bəzi avadanlıqların universitetdə olmaması səbəbindən onları icarəyə götürür, əlavə ödənişlər edirik. Bu da mənim üçün bir az çətin olur.


- Filmləriniz hansı festivallarda iştirak edib?

- “Dünya sandığımızdan da gözəldir” filmim “Bakı Oskar” film festivalında ən yaxşı ssenari nominatsiyası üzrə qalib olub. “Everest” filmim “Bakı Oskar 2” film festivalında ən yaxşı sənədli film üzrə qalib olub və Brazilyada keçirilən festivalda finalçılar sırasına düşüb. “Déjà vu” filmim “Start”  film festivalında “Münsiflər heyətinin rəğbəti” mükafatı qazanıb. Həmçinin, bu filmim Rumuniyada, Rusiyada, Mərakeşdə və Türkiyədə keçirilən festivallarda iştirakçılar sırasına düşüb.

- Sizi evdən universitetə, bakalavriatdan magistraturaya və nəhayət prezident mükafatına nə gətirdi?


- Gördüyüm işlər və ətrafımda olan ailəmin, dostlarımın və müəllimlərimin mənə olan inamı,  dəstəyi. Daşı daş üstə qoyaraq ev tikirlər və uğur birdən-birə qazanılmır. Qazandığım uğurlar təkcə mənim deyil, ətrafımda mənə dəstək olan hər bir insanın uğurudur. Yaşam sevgim, istəyim, arzularım, ətrafımda olan insanlar, məni sevən və köməklik göstərən bütün dostlar gücsüz olan ayaqlarıma güc verir, məni hərəkətə gətirirlər. Mən də nə isə yaratmağa çalışıram. Ən çox mənə dəstək olan isə anam, bacım və həyat yoldaşımdır.


- Sizin kimi bir çox fiziki qüsurlu gənclər var ki, həyatdan bütün ümidlərini üzüblər. Belə gənclərə nə demək istərdiniz?

- Təkcə fiziki qüsurlu olan yox, bütün gənclərə demək istərdim ki, heç zaman fikirləşməsinlər ki mən kimdənsə zəifəm, bacarmaram. Çünkü hər şey insanın öz əlindədir. Əgər sən bir işə başlayıb yarı yolda qoymayacaqsansa, davam gətirəcəksənsə, sonda səni nəaliyyət gözləyir. Gənclərimizə tövsiyə edərdim ki, doğru bildikləri işi sona çatdırmağı bacarsınlar. Bildiyimiz kimi, arzular tükənməzdir və hər şey insanın öz əlindədir…


Leyla Əsədullayeva

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Masallıda 100 ədəd çinar yandı 21 İyul 2019, 22:46 Türk şahinlərindən terrorçulara zərbə 21 İyul 2019, 22:29 Gürcüstanda erməni kilsəsi qarət olunub 21 İyul 2019, 22:11 Seçki ilə bağlı 33 cinayət işi başlanıldı 21 İyul 2019, 21:58 Azərbaycan  güləşçilərinin rəqibləri bəlli oldu 21 İyul 2019, 21:52 Bakıda yaşayış binasında təhlükə aradan qaldırıldı 21 İyul 2019, 21:33 Mafiozlarla əlaqəyə girən erməni konsul barədə qərar 21 İyul 2019, 21:16 Qusarda süni göldə batan şəxsin meyiti sudan çıxarıldı 21 İyul 2019, 20:57 Prezident XV Avropa Gənclər Yay Olimpiya Festivalının açılışında  - VİDEO 21 İyul 2019, 20:37 Ölüm xəbəri yayılan prezident tibb işçilərini təbrik etdi 21 İyul 2019, 20:19 ABŞ-da iki təyyarə toqquşdu 21 İyul 2019, 20:03 “Leyla Yunus AXC-də təfriqəçiliyin əsasını ilk qoyanlardan biri olub” - Qüdrət Həsənquliyev 21 İyul 2019, 19:00 Jurnalistlər “Şirməmməd Hüseynov mükafatı” təsis etdi 21 İyul 2019, 18:45 Qasırğa 13 kəndin yolunu bağladı 21 İyul 2019, 18:30 Ekspres xətt avtobusları daşımalara hazırdır - BNA    21 İyul 2019, 18:15 Güləşçilərimiz Festivalın birinci gününü 4 medalla başa vurdular 21 İyul 2019, 18:00 Dəmiryolu vağzalında yanğın   21 İyul 2019, 17:50 Türkmənistan Prezidentinin ölüm xəbəri yayıldı 21 İyul 2019, 17:40 Tanınmış jurnalistin oğlu Azərbaycanda ən çox bal topladı - FOTO 21 İyul 2019, 17:30 Azərbaycan ikinci qızıl medalı qazandı   21 İyul 2019, 17:00 Həsən bəy Zərdabinin universitetdən aldığı fərqlənmə attestatı - FOTO 21 İyul 2019, 16:45 Sahibkarların sığortası olub, olmaması araşdırılır - İcra başçısının müavini  21 İyul 2019, 16:32 Universitet tələbəsi dənizdə boğuldu - FOTO 21 İyul 2019, 16:16 Kürdəmirdə nar bağında yanğın oldu 21 İyul 2019, 16:15 Azərbaycan ilk qızıl medalını qazandı 21 İyul 2019, 16:00 Sumqayıtda mənzildən qadın meyiti tapıldı 21 İyul 2019, 15:48 Bu mətbuat orqanlarının hesabları bloklandı 21 İyul 2019, 15:36 QMİ-nin Gürcüstan nümayəndəliyi Keşikçidağla bağlı bəyanat yaydı 21 İyul 2019, 15:24 Yeni Baş nazir müstəqil və peşəkar iqtisadçı olmalıdır - Zelenski 21 İyul 2019, 15:10 Azərbaycanda bunu etmək mümkün deyilmi? - FOTO   21 İyul 2019, 15:00 Mingəçevirdə avtomobil aşıb, sürücü ağır xəsarət aldı - FOTO 21 İyul 2019, 14:37 Azərbaycan gimnastı Dünya Çempionatında 2 medal qazandı   21 İyul 2019, 14:25 Gürcüstan parlamentinin erməni deputatı cinsi təcavüzdə günahlandırılır 21 İyul 2019, 14:17 UEFA "Fənərbaxça"nı 2 milyon avro cərimə etdi 21 İyul 2019, 14:05 Bakı-Sumqayıt yolunda "Shacman" aşıb 21 İyul 2019, 13:53