Arxiv
7 Avqust 2019, 09:17 | MÜSAHİBƏ
“Vostok” Media Holdinqinin vitse-prezidenti: “Azərbaycanla bağlı proyektlərimiz olacaq” - MÜSAHİBƏ

 Xəbər verdiyimiz kimi, Rusiyada jurnalist kimi fəaliyyət göstərən həmyerlimiz Şəhriyar İmanbəyli media sahəsində yüksək vəzifəyə təyin edilib. Belə ki,  gənc jurnalist Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçilib. O, həmçinin, həmin media holdinqin tərkibindəki "Vostok" telekanalının icraçı direktoru vəzifəsini yerinə yetirəcək.

Modern.az saytı Şəhriyar İmanbəyli ilə əlaqə saxlayaraq, müsahibə alıb.

- Şəhriyar bəy, öncə sizi daha yaxından tanıyaq. Harada doğulmusunuz? Orta və ali təhsli harada almısınız?

 - 1991-ci ildə Hacıqabulda müəllim ailəsində dünyaya gəlmişəm. Orta məktəbi də rayonda bitirmişəm. Daha sonra Azərbaycan Ictimai-Siyasi Universitetinin jurnalistika fakultəsini bakalavr olaraq başa vurmuşam. Ali təhsilimi başa vurandan sonra Sərhəd Qoşunlarında hərbi xidmət keçmişəm. Hərbi xidmətimi bitirəndən sonra Türkiyəyə getmişəm. Türkiyənin Marmara Universitetində jurnalistika təhsili ilə bağlı bir neçə kursa qatılmışam. Qısamüddətli olaraq vətənə geri dönəndən sonra Amerikaya yollanmışam. Amerikanın Georgetown Universitetində jurnalistika təhsili almışam. Həmin müddət ərzində Amerikanın “Vaşinqton Post” qəzetində  və CNN kanalında təcrübə keçərək, ştatdankənar işçi kimi fəaliyyət göstərmişəm. Oradakı təhsilimi başa vurandan sonra fikirləşdim ki, Rusiyaya yollanım və oradakı media sahəsi ilə maraqlanım. Media sahəsində Rusiyanın əsas ürəyi olan  “Ostankino”ya getdim və orada da təhsil aldım.

- Bir çox yerlərdə jurnalistika təhsilini davam etdirsəniz də, gənc olaraq Rusiyanın “Vostok” Media Holdinqinin vitse-prezidenti seçildiniz. Bu etimad necə baş verdi?

- Birdən-birə olmadı. Rusiyada olanda “Xəzər” TV-nin Rusiya müxbiri kimi iş təklifi aldım. Ona görə də  Rusiyada qalıb işləməyə başladım. Əslində iş təklifləri çox idi. Ancaq Rusiyada qalmağı nədənsə daha üstün tutdum. 2 il bundan öncə Rusiya Xarici İşlər Nazirliyi Diplomatiya Akademiyasının Beynəlxalq əlaqələr fakultəsinə magistr olaraq qəbul olunmuşam. Hazırda dövlət xətti ilə təhsilimi davam etdirirəm. Eyni zamanda, mənə bu etimadı göstərdiyi üçün başda "Vostok” Media Holdinqin sahibi və prezidenti Valeri İlişayevə dərin təşəkkürümü bildirirəm. Rəhbərlik daha öncədən məni tanıyırdı. Görəcəyim işlər və nəyə qadir olduğunu bilirdi. Yəqin ki, buna görə etimadnamə göstərib və belə bir vəzifəyə təyin etdilər.

 - Hazırda Rusiyada qeyri-millətlərdən olanlara qarşı münasibət necədir?

- Rusiyada qeyri-millətdən olanlara qarşı 1990-cı illərlə müqayisədə böyük fərq var. Həmin illərdə ruslar daha çox millətpərəst idilərsə, bu gün elə ab-hava yoxdur. Anlayırlar ki, Rusiya böyük dövlətdir və orada bir çox xalqların nümayəndələri yaşayır. Həmçinin, Rusiyada miqrantlar da çoxdur. Bir çox insanlar işləmək üçün Rusiyaya üz tutur. Nisbətən fərqlilik olsa da, şovinist elementləri yoxdur.

- Dediyiniz kimi, Rusiyada qeyri-millətlərin nümayəndələri daha çox yaşayır. Həmçinin soydaşlarımızın da sayı çoxdur. Rusiyada yaşayan azərbaycanlılarla münasibətləriniz hansı səviyyədədir?

- Rusiyada yaşayan azərbaycanlılarla münasibətlərim var. Təbii ki, onlarla ünsiyyətdə olmaq xoşdur. Yad məmləkətdə öz həmvətənini görmək, onunla ünsiyyət qurmaq, darıxmaq hissini aradan qaldırır. Hər bir soydaşımızla normal əlaqələr qurmuşam və hesab edirəm ki, bu sonuna qədər bu formada davam edəcək.

- Rusiya televiziya kanallarına ekspert kimi çıxan Fuad Abbasov vardı ki, bu yaxınlarda Azərbaycana ekstradisiya olundu. Yeganə azərbaycanlı idi ki, Rusiya efirlərinə çıxıb siyasi polemikalarda iştirak edirdi. Gələcəkdə sizin də Rusiya kanallarına çıxmaq fikriniz varmı? Ümumiyyətlə, hər hansı təklif almısızmı?


- Hazırda beynimdə efirlərə çıxmaq və ekspert kimi çıxış etmək fikrim yoxdur. Fuad Abbasovu da tanıyıram və çox yaxşı münasibətlərimiz olub. Hazırda Rusiya kanallarına çıxmaqla bağlı nə təklif almışam, nə də belə planım var. Çünki bizim “Vostok” televiziya kanalımızın işləri o qədər çoxdur ki, orada görəcəyimiz işlər Azərbaycan və  xalqımız üçün çox önəmli rol oynayacaq. Hesab edirəm ki, həmin televiziyaya biz kimlərisə ekspert olaraq dəvət edəcəyik. Ancaq nə zamansa Rusiya telekanallarından efirə çıxmaq üçün təkliflər olarsa, dəyərləndirə bilərəm.

- Rusiyada ermənilər də çoxluq təşkil edir. Azərbaycanlının belə bir vəzifəyə təyinat almasına necə reaksiya verdilər?

- Açığı belə bir sualı gözləyirdim. Ermənilər tərəfindən bizə qarşı hər zaman paxıllıq olub. Düşünürəm ki, bu həmişə olacaq. Bəlkə də kollektiv arasında da belə hallar var, ancaq bunu hiss etmirəm. Valeri İlişayevin  bizə qarşı etimadı var  və çalışacağıq ki, o etimadı doğruldaq.

- “Vostok” Media Holdinqə azərbaycanlıları da dəvət etməyi düşünürsünüzmü?

- İşini bilən insanlara hər zaman hər yerdə qapı açıqdır. Təbii ki, azərbaycanlıları da dəyərləndirməyə çalışacağıq. Peşəkarlıqdan söhbət gedirsə, bu çox vacib məsələdir. Jurnalistika elə sahədir ki, “filankəs bacımoğlu, xalamoğludur” prinsipi ilə idarə oluna bilməz. Burada mütləq peşəkarlıq və istedad zəruri rol oynayır. Təbii, Azərbaycanla bağlı planlarımız var və “Vostok” televiziyasında həmin planları həyata keçirəcəyik. Azərbaycanla bağlı həyata keçirəcəyimiz proyektlər, planlar barədə ətraflı öncədən məlumat vermək istəmirəm. Zamanla bunların şahidi olacaqsınız.

- Şəhriyar bəy, ailəlisiniz. Təhsilinizi davam etdirmək üçün fasiləsiz olaraq Amerikada, Türkiyədə, Rusiyada yaşamalı olmusunuz. Ailə qurmaq  məsələsində seçiminiz və qərarınız sizə məxsusdurmu?  Xanımızla harada tanış olmusunuz?

- Maraqlı sualdır. Həyat yoldaşımla Moskvada tanış olmuşuq. Deməli seçim və qərar da mənə məxsusdur. O vaxtlar  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  rəhbərlik etdiyi AMOR gənclər təşkilatının Plexanov Universiteti üzrə sədr idi.  Həyat yoldaşım Plexanov Universitetinin hüquq fakultəsinin məzunudur. 2016-cı ildə ailə həyatı qurduq. Ömrə adlı oğlumuz var. Hazırda həyat yoldaşım Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.

- Sizin işiniz bundan sonra Rusiya ilə əlaqəli olacaq. Çünki işinizi orada davam etdirirsiz. Ailə olaraq  tam köçməyi düşünürsüzmü?

- Təbii, gələcəkdə bu işə baxacağıq. Hər halda, ortaq nöqtə tapacağıq.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Sabah 39 dərəcəyə qədər isti olacaq - PROQNOZ 18 Avqust 2019, 12:31 Tanınmış jurnalist nazirə müraciət etdi: “Torqovı” biabırçılıqdı... 18 Avqust 2019, 12:16 İslam təslimiyyət kimi - Ağalar Qutun YAZISI 18 Avqust 2019, 11:57 Bakıda 66 yaşlı qadın ölümdən xilas edildi 18 Avqust 2019, 11:30 Azərbaycan Sərhəd Mühafizəsinin 100 yaşı tamam olub 18 Avqust 2019, 11:20 Bir şəklin tarixçəsi: Milli Ordumuz Xankəndinə girməyə hazırlaşırdı - FOTO 18 Avqust 2019, 11:01 Bakıda ağırçəkili sakini 8-ci mərtəbədən kranla düşürdülər 18 Avqust 2019, 10:58 Şəmkirdə dəhşətli YANĞIN: körpə öldü, ana və nənə xəsarət aldı - YENİLƏNİB 18 Avqust 2019, 10:55 Toyda partlayış – ölü sayı 60-ı ötdü 18 Avqust 2019, 10:02 Neftaçalada 24 yaşlı oğlan özünü asdı 18 Avqust 2019, 09:58 Ermənistan atəşkəsi 21 dəfə pozdu 18 Avqust 2019, 09:41 Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilir 18 Avqust 2019, 09:39 “Ögey ana”da başlayıb “Fəryad”la bitən tale - Ceyhun Mirzəyevə sui-qəsd… 18 Avqust 2019, 09:17 Ağsuda 4 yaşlı uşağı maşın vurdu 18 Avqust 2019, 00:29 “6 adam öldürən cinayətkarın ilk dəfə Baş prokurora danışdığı qətl...”- VƏKİL SİRLƏRİ AÇIR 18 Avqust 2019, 00:11 “Qarabağ”ın ilk oyununu isveçrəli hakimlər idarə edəcək 17 Avqust 2019, 23:42 “Azərbaycan tankçıları güclü və uğurlu çıxış etdi” - Belarus müdafiə naziri 17 Avqust 2019, 23:26 Dənizdə batan 3 nəfər xilas edildi 17 Avqust 2019, 23:09 İsrailə raket hücumu 17 Avqust 2019, 22:49 Azərbaycan tankçıları dördüncü oldu - FOTO 17 Avqust 2019, 22:32 10 569 abituriyent ərizəsini təsdiqlədi 17 Avqust 2019, 22:11 Nazirlik Xətaidə ağacları qorumaq üçün məcburi göstəriş verdi 17 Avqust 2019, 21:47 Nazir Azərbaycan tankçılarının uğurlarını şərh etdi 17 Avqust 2019, 21:28 Avropa Komissiyasının sədri təcili xəstəxanaya yerləşdirildi 17 Avqust 2019, 21:11 Oteldəki yanğında ölənlərin sayı 9-a çatdı 17 Avqust 2019, 20:56 Göyçayda toy karvanında qəzaya düşən 6 nəfər yaralandı   17 Avqust 2019, 20:38 Leyla Əliyeva Müslüm Maqomayevin anım tədbirinə qatılıb - FOTO 17 Avqust 2019, 20:17 İstanbul su altında: sel suları can aldı - VİDEO 17 Avqust 2019, 20:01 Yəmən qüvvələri Səudiyyə Ərəbistanında neft yatağına dronlarla zərbə endiriblər 17 Avqust 2019, 17:55 Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var 17 Avqust 2019, 17:34 Ucarın Çiyni kəndində "sirli varlığın" axtarışları səngimir 17 Avqust 2019, 17:18 ABŞ Konqresində İsrail səfirinə etimadsızlıq göstərilə bilər 17 Avqust 2019, 16:59 Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü 17 Avqust 2019, 16:42 Bakı Metropoliteni mülki işçi axtarır 17 Avqust 2019, 16:40 Fazil Mustafa Sərdar Cəlaloğluna: “Gülümsərovluq edən cahil...” 17 Avqust 2019, 16:30