Arxiv
11 Aprel 2020, 22:47 | MÜSAHİBƏ
“Bu Sammit qlobal təhdidlərə qarşı birgə mübarizədə əməkdaşlığın nümunəvi örnəyidir” - Cavanşir Feyziyev  

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə video-konfrans vasitəsilə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Sammiti keçirildi. Əməkdaşımız  Milli Məclisin üzvü, Türk PA nümayəndə heyətinin üzvü Cavanşir Feyziyevlə görüşüb və yenicə başa çatmış Sammitlə bağlı müsahibə alıb.

 

- Cavanşir müəllim, dünən Prezident İlham Əliyev video-konfrans vasitəsilə Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının fövqəladə Sammitini keçirdi. Sizcə, pandemiyaya qarşı mübarizənin gərgin bir vaxtında belə  bir zərurət var idimi və vardısa bu zərurət nədən yaranmışdır?

- Əlbəttə, bu gün dünya ölkələrinin gündəliyində duran ən vacib məsələ “Covid-19” virusuna qarşı mübarizədir və təsadüfi deyil ki, Türkdilli ölkələrin Əməkdaşlıq Şurasının fövqəladə Sammiti də məhz bu məsələyə həsr olunmuşdu. Birinci zərurət məhz bununla bağlıdır. Digər bir zərurət bütün dünyada fövqəladə bir vəziyyət hökm sürdüyü bir şəraitdə Azərbaycan Prezidentinin Əməkdaşlıq Şurasının sədri qismində öz səlahiyyətlərini cəsarətlə icra etməsi ilə bağlıdır. Bilirsiniz ki, 2019-cu ilin oktyabrında keçirilmiş VII Sammitdə Əməkdaşlıq Şurasına sədrlik Azərbaycan Prezidentinə keçib və Şura Sədri fövqəladə vəziyyət şəraitində də öz vəzifəsini lazımınca yerinə yetirmək üçün video-konfrans vasitəsilə Əməkdaşlıq Şurasının Sammitini keçirir.

Sammitin çağırılmasını zəruri edən başqa bir amil türkdilli ölkələrdə virusa qarşı mübarizənin gedişini müzakirə etməklə üzv ölkələr arasında bu istiqamətdə zəruri əməkdaşlığı təmin etməkdir.

 

-Sammit öz məqsədinə nail ola bildimi və nəticələr nədən ibarətdir?

-Əminliklə deyə bilərik ki, bu Sammit qlobal miqyaslı təhdidlərə qarşı birgə mübarizədə qarşılıqlı əməkdaşlığın gözəl bir örnəyini yaratdı. Analoji beynəlxalq qurumlarda birləşmiş bir sıra ölkələrin fors-major şəraitində qarşılıqlı davranışlarına baxdıqda bir az fərqli vəziyyətin şahidi oluruq. Koronovirusun yaratdığı çaşqınlıq və qlobal pandemiya qarşısında sərgilənən vahimə bəzi dövlətləri bu günə qədər aralarında mövcud olmuş sıx əməkdaşlıqdan imtina etməyə, öz milli sərhədləri çərçivəsində təcridə qədər gətirib çıxardı. Belə bir şəraitdə Azərbaycan Prezidentinin Türkdilli ölkələr arasında əlaqələrin daha da canlandırılması təşəbbüsü  bütün dünya birliyi üçün etibarlı əməkdaşlıq nümunəsidir. Bu təşəbbüslə cənab İlham Əliyev dünya birliyinə qlobal təlükəsizlik şəraitində səyləri birləşdirməyin daha faydalı olduğunu göstərdi. Digər tərəfdən, dövlət başçılarının çıxışlarından aydın oldu ki, pandemiya elan olunan ilk günlərdən türk dövlətləri arasında qarşılıqlı yardım və birgə fəaliyyət var və bu da öz nəticəsini onda göstərir ki, türk dövlətlərində virusun yayılması vaxtında cilovlanıb, Amerikada və Avropa İttifaqı ölkələrində olduğu kimi, daha təhlükəli miqyas almayıb.

 

 

-Sammit koronavirusa qarşı mübarizənin sonrakı gedişinə necə təsir edəcək?

-Sammitdə bütün türk dövlətlərində fəaliyyət göstərən böhran qruplarının və eləcə də səhiyyə qurumlarının birgə fəaliyyət göstərməsi üçün yol xəritəsi hazırlanmış oldu. Ölkələrimiz arasında  “Covid-19” virusunun müalicəsi istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsi  və bir-birinə qarşılıqlı  lazımi dəstəyin verilməsi qərara alındı. Pandemiya və həm də post-pandemiya şəraitində iqtisadi əlaqələrin məhdudlaşdırılması deyil, əksinə daha da canlandırılmasının vacibliyi vurğulandı və bu yanaşma bütün türk dövlətlərinin rəhbərləri tərəfindən ən düzgün strategiya kimi qəbul olundu. Belə bir fors-major şəraiti türk dövlətlərinin birgə fəaliyyətinin həm özləri üçün, həm də region dövlətləri üçün kifayət qədər səmərəli olduğunu bir daha əyani şəkildə nümayiş etdirdi. Bu təşəbbüs gələcəkdə də birgə fəaliyyətin daha da canlandırılacağına inamı artırdı.

 

-Pandemiyadan sonra türkdilli dövlətlərin birgə fəaliyyətindən gözləntilərimiz nə ola bilər?

-Müasir dünyanın reallaıqlarını nəzərə alaraq deyə bilərik ki, türkdilli ölkələr arasında daha sıx inteqrasiyanın zəruriliyi göz qabağındadır. Belə ki, hazırda dünyanı hərəkətə gətirən motivasiya və onun inkişaf istiqamətini müəyyənləşdirən ən güclü cərəyan qloballaşmadır. O qaçılmazdır və labüddür. Hadisələrin belə sürətlə inkişaf etdiyi bir zamanda dövrün nəbzini tutmaq və gələcək yönümlü düzgün qərarların qəbul edilməsi türk xalqlarının gələcək taleyi baxımından və eləcə də dövlətlərimizin öz müstəqilliyini qoruya bilməsi baxımından həyati əhəmiyyət kəsb edir. Qloballaşma bütün pozitiv cəhətləri ilə yanaşı həm də destruktiv xassələrə malik olan mürəkkəb bir prosesdir. Bu prosesdə necə iştirak etmək və bundan necə faydalanmaq məsələsini gündəmə gətirdikdə biz türkdilli ölkələr arasında daha sıx inteqrasiyanının zəruriliyini dərk edə bilərik. Türkdilli xalqların da gözləntiləri ilk növbədə bununla bağlıdır. Eyni soy kökünə mənsub olan xalqların yaratdıqları dövlətlər ilk növbədə öz xalqlarının mədəni, coğrafi, sivilazasyon birliyi əsasında get-gedə yaxınlaşan ölklərimizin iqtisadi, sosial, mədəni inteqrasiyasını təmin etməlidir. Bu proseslərin sonucu olaraq siyasi inteqrasiya modelinə keçidin prioritet siyasi məsələ kimi gündəmə gətirilməsi və buna nail olunması bütün türk dövlətlərinin birlikdə sağlam şəkildə, heç bir deqradasiyaya uğramadan qloballaşan dünya birliyində uğurlu yerini təmin edə biləcək. Bu həm də bütün türk dövlətinin strateji təhlükəsizliyinə və davamlı inkişafına sarsılmaz zəmin yaradacaq bir prosesdir. Bu baxımdan,  bizim birgə fəaliyyətimizdən gözləntilərimiz çox böyükdür.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə də COVID-19 qurbanlarının sayı artdı 7 İyun 2020, 00:56 41 yaşlı kişi damarlarını doğradı 7 İyun 2020, 00:42 Qazaxıstan “OPEK +” sazişinin müddətinin uzadılmasını dəstəkləyib 7 İyun 2020, 00:28 Üzərinə şkaf aşan 2 yaşlı uşaq öldü 7 İyun 2020, 00:12 Karantini pozanlar polisi görüb evlərinə belə qaçdı - VİDEO 6 İyun 2020, 23:57 Bu ölkədə COVİD-19 qurbanlarının sutkalıq sayı 72 nəfərədək azaldı 6 İyun 2020, 23:45 Xırdalanda yaşayış binasında yanğın 6 İyun 2020, 23:33 Bundesliqada yeni rekord vuruldu 6 İyun 2020, 23:20 Bu gün Azərbaycanda 5811 nəfər koronavirus testindən keçdi 6 İyun 2020, 23:13 İmişlidə qadını elektrik cərəyanı vurraraq öldürdü 6 İyun 2020, 22:58 Neftçalanın kəndlərində içməli su problemi – Operativ Qərargah yaradıldı 6 İyun 2020, 22:47 Azərbaycan neft hasilatının ixtisar müddətinin uzadılmasına razılıq verdi 6 İyun 2020, 22:39 Sülhəddin Əkbərin vəzifə iddiası Elçibəyi narazı salmışdı - Arif Hacılıdan AÇIQLAMALAR - QALMAQAL 6 İyun 2020, 22:38 Türkiyədə koronavirusdan daha 21 nəfər öldü 6 İyun 2020, 22:26 Sumqayıtda kütləvi dava: 2 nəfər öldü 6 İyun 2020, 22:16 Meyiti öz evindən çıxdı 6 İyun 2020, 22:06 Sumqayıtda bıçaqlanan şəxs hadisə yerində öldü 6 İyun 2020, 21:58 Qazaxıstan Prezidentinin mətbuat katibi koronavirusa yoluxdu 6 İyun 2020, 21:46 Bakıda binada yanğın  6 İyun 2020, 21:39 UNEC İctimai Nəzarət Şurasının üzvləri ilə imtahan sessiyasına hazırlıq müzakirə edildi 6 İyun 2020, 21:30 Satınalmaların əhatə məbləği azalıb - Hesablama Palatası 6 İyun 2020, 21:17 2019-cu ildə dövlət borcu üzrə göstəricilər strategiya ilə müəyyən edilmiş hədlərdə olub 6 İyun 2020, 21:11 Ötən il qeyri-neft sektorundan büdcə gəlirləri artıqlaması ilə yerinə yetirilib 6 İyun 2020, 21:05 Göyçaya yağan dolu vətəndaşların təsərrüfatına ziyan vurdu 6 İyun 2020, 20:51 Çin Avstraliyaya səyahətdən çəkinməyi tövsiyə etdi 6 İyun 2020, 20:44 Ağdaşda avtomobil aşdı, sürücü öldü 6 İyun 2020, 20:34 “Aprel neft bazarı tarixində ən pis ay oldu” - Novak 6 İyun 2020, 20:25 Bakıda küçədə bıçaqlanma olub 6 İyun 2020, 20:20 İran Avropanı kəskin tənqid etdi   6 İyun 2020, 20:10 “Bayer Leverkuzen” - “Bavariya” oyununda altı qol vuruldu 6 İyun 2020, 20:04 Dünyada koronavirusa yoluxanların sayı 7 milyona çatır 6 İyun 2020, 19:55 ÜST maska istifadəsi ilə bağlı yeni təlimatları AÇIQLADI 6 İyun 2020, 19:51 Braziliyada koronavirusdan 1 sutkada 1005 nəfər öldü 6 İyun 2020, 19:44 Gəncə və Goranboy sakinlərində narkotik aşkarlandı 6 İyun 2020, 19:33 Azay Quliyev seçicilərlə videogörüş keçirib - Foto 6 İyun 2020, 19:30