Arxiv
13 İyun 2020, 11:10 | REPORTAJ
Jurnalist övladları da məzun oldular - FOTOLAR

Azərbaycan Respublikasında 2019-2020-ci tədris ili dünən yekunlaşdı. Bu il respublikanın ümumtəhsil məktəblərini bitirən 80 646 nəfər XI sinif şagirdi üçün “Son zəng” çalındı.

Amma  builki “Son zəng” nə məzunların, nə onların müəllimlərinin, nə də valideynlərin ürəyincə oldu. Mövcud pandemiya şəraiti ilə əlaqədar  ilk dəfə virtual şəkildə təşkil olunan “Son zəng”də - onbirincilərin həyatında əlamətdar bir hadisə kimi yadda qalacaq mərasimdə - heç kim şəxsən iştirak edə bilmədi.

Dünən orta məktəbə həmişəlik əlvida deyib, məzun olan yeniyetmələrə ünvanlanan təbrik və xoş arzu-istəklər də daha çox virtual şəkildə  çatdırılırdı.

XI sinfi bitirən builki məzunlar arasında xeyli jurnalist övladı da var.

Modern.az saytı ənənəsinə sadiq qalaraq, ötən illərdə olduğu kimi, bu dəfə də məzun valideyni olan həmkarlarımızı arayıb-axtarmağa çalışdı.


“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev qızı Leylanın qarşıdakı imtahanlarda uğur qazanacağına əmindir:

“Allahımın gül payı, ağıllı və gözəl qızım məzun oldu. “Son zəng”i çox ekstremal və çətin günə təsadüf etdi. Amma pozitivik və gələcəyə ümidlə baxarıq! Təbrik edirəm, ağıllı qızım!”.



APA TV-nin direktoru Cavid İsmayıl "Son zəng"in virtual deyil, real çalınmasını istəsə də, koronavirus pandemiyası onun bu arzusuna sədd çəkdi. Jurnalistin oğlu Ərtoğrul bu il XI sinfi bitirib, arzuları böyükdür:

“17 il nə arzuyla uşaq böyüt, iməkləməsindən, addımlamasından, dil açıb danışmasından, əlindən tutub bağçaya, məktəbə aparmağından qanadlan, göylərə uç, axırda da “Son zəng"i virtual olsun”.


Modern.az saytının baş redaktoru Əfqan Qafarlının qızı Nurcan da bu il XI sinfə virtual “Son zəng”lə vida edən məzunlar sırasındadır. “Son zəng”dən öncəki gün buraxılış imtahanı verən jurnalist övladı hazırda nəticələrin açıqlanacağını həyəcanla gözləyir. Həmkarımız  Əfqan Qafarlı bütün məzunlara uğurlar diləyib:

“Əziz məzunlar, qarşıda sizi həyatın enişli-yoxuşlu sınaqları gözləyir. Sizə bütün sınaqlardan uğurla çıxmağı arzulayıram, valideynlərinizə, vətənə, millətə layiqli övlad olasınız!”.



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mətbuat katibi, əməkdar jurnalist Füzuli İsmayılov oğlu Toğrulun timsalında bütün buliki məzunlara uğurlar diləyib:

“2009-cu il... Real məktəb... 2020-ci il... Virtual “Son zəng”.... Yolunuz açıq, həyatınız firəvan, canınız sağlam, uğurlarınız bol olsun!”.
 


APA-nın redaktoru Qalib İbrahimoğlu da qızının məzun olmağına sevinən həmkarlarımızdandır:

“Virtual "Son zəng" çalındı... Builki məzunların qismətində bu da varmış... Türkiyə burslarının ilk mərhələsinin nəticələri açıqlandı. Qızım Qənirə də bu mərhələni uğurla keçdi. Uğurların davamlı olsun qızım! Sən də daxil olmaqla bütün məzunlara bundan sonrakı həyatlarında ancaq və ancaq gözəl günlər arzulayıram. Yolunuz açıq olsun, məzunlar!”.


Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov və xanımı jurnalist Fatimə Hüseynova məzun valideyni olmağın sevincini yaşayan cütlükdür. Qızları Leyladan çox şey gözləyirlər.

“Leyla 11 illik orta təhsilini başa vurdu. Dünyanı təhdid edən xəstəlik bəlkə də, ən çox builki məzunların planlarını alt-üst elədi, onlara sarsıdıcı təsir etdi. Bəlkə də təsadüfdür, amma Leyla dünyaya göz açanda, yəni 2003-cü ilin martında bəşəriyyət koronavirus ailəsindən olan SARS virusu ilə tanış olmuşdu və nədənsə mən onda indiki kimi intuitiv panikaya düşmüşdüm. Budur, indi 11-cilər dünyanın o vaxt laqeyd qaldığı virus üzündən virtual “Son zəng”lə məktəblə vidalaşırlar. İndiyə qədər Leylanın aldığı təhsilə, ona çəkdikləri əziyyətə görə bütün müəllimlərinə dərin minnətdarlığımı bildirirəm. Doğru yol göstərən müəllimlərə rast gəlmək bir şansdır, bu baxımdan Leylanın bəxti gətirib. İnşallah təhsil həyatının sonuna qədər öz işini sevən, peşəkar müəllimlərlə yolunu cızar, uğur qazanar. Yolun açıq olsun, uğurlarınla fəxr edək, Leyla!”, - deyə Fatimə Hüseynova bildirib.


Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi - mətbuat katibi Elnur Kələntərov qızı Rübabənin məzun olmağına və artıq tələbə adını qazanmağına sevinir. O, qızına arzularını belə çatdırıb:

“Rübabə, axır ki, 2 arzuna birdən çatdın. 1- məktəbi bitirdin, 2 - universitetə də qəbul olundun. “Son zəng” sevinci ilə tələbə adını qazanmağını birgə yaşayırsan Təbrik edirəm. Qəbul olunduğun ali məktəbi (Türkiyənin Özyegin Universiteti) savadlı kompüter proqramları mühəndisi kimi bitirməyini, dövlətimizə, xalqımıza, millətimizə layiqli və xeyirli vətəndaş olaraq uca zirvələrə qalxmağını arzulayıram. Arzu edirəm ki, Azərbaycanımızı dünyada layiqincə təmsil edəcək mütəxəssilərdən olasan! Zirvələr səni gözləyir, qızım!”.



“Azəraqrartikinti” ASC-nin mətbuat katibi Teymur Mahmudov oğlunun ali məktəb tələbəsi olacağı günü gözləyir:

 “Rauf XI siniflər üçün buraxılış imtahanlarını verdi. Bütün valideynlərə - təbii ki, mən də onların sırasında - yaxın günlərdə xoş xəbərlər eşitməyi arzulayıram! Amin!”.


Jurnalist Sədi Məmmədov oğlu ilə yanaşı, qarşıdakı çətin imtahanların həyəcanını yaşayır. Həmkarımız həyəcanını belə ifadə edib:

“Ömərin imtahanları başlayıb... Belə ilıq həyəcan hamıya qismət olsun... bütün balalara uğurlar…”.


“Yeni Müsavat” qəzetinin əməkdaşı Sevinc Telmanqızı və müstəqil jurnalist Zamin Hacı cütlüyünün övladı Selcan ali məktəbə hazırlaşan XI sinif məzunudur:

“Dünən mənim biricik qızımın - Selcanın məzun günüydü. Virtual “Son zəng” yaşadılar, məktəblə belə vidalaşdılar.. Azərbaycan tarixində bir ilk... Mənimçünsə bir göz qırpımında keçən 11 il... Yolun açıq, şansın bol olsun, Selcan... Sənin bütün uğurlarında yanında olmaq, bu qüruru paylaşmaq diləyi ilə...”.



“Olaylar” qəzetinin əməkdaşı Süleyman İsmayılbəyli də oğlunun məzun olmağının sevincini yaşayır:

“Həm gərgin iş rejimi, həm də koronavirus bəlası dünənki gün ərzində başımızı elə qatdı ki, orta məktəb məzunu olan övladımı təbrik etməyə zaman tapmadım. Ürəkaçıcı və təmtəraqlı şəkildə qeyd etməsəniz də, bütün halda səni və sənin timsalında bütün məzunları təbrik edirəm. Müstəqil həyata qədəm qoyduğun günün mübarək, oğlum! Ümid edirəm ali məktəbə daxil olma sevincini bizə yaşadacaqsan. Tanrı yolunu açıq etsin!”.


Jurnalist, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə əməkdaşı Rəşad Hüseynovla xanımı BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologoya üzrə fəlsəfə doktoru Xatirə Hüseynova cütlüyü bu il qızları Aişəni məzun olması münasibətilə təbrik ediblər.

“Məzun günün mübarək, qızım! Belə çətin məqamda məktəblə məktəbdən uzaqda vidalaşırsınız. Sonuncu zəngi onlayn çalınan ilk, bəlkə də son (bir daha olmamasını arzulayıram) məktəblilərsiniz. Qoy bütün bunlar gələcəyinizə kölgə sala bilməsin. Yolunuz açıq, zehniniz iti, üfüqləriniz geniş olsun, mənim balam, Aişəm!”,-deyə Xatirə xanım sevincini belə ifadə edib.



AZƏRTAC-ın Ukrayna bürosunun rəhbəri Emil Hüseynlinin oğlu üçün də “Son zəng”  çalınıb:

“Məncə, pandemiya dövrünün məzunları dövlətə daha bağlı və yararlı olacaq! Məzun gününüz mübarək!!!”,-deyə jurnalist bütün onbirinciləri təbrik edib.


Jurnalist-tərcüməçi Fəridə Məhərrəmqızı oğlu Fəridin səsini ali məktəbdən eşitməyi arzulayan builki məzun analarındandır:

“Düz 11 il öncə 1-ci sinfə qədəm qoydun, indi isə artıq məzunsan. “Son zəng”lə bağlı arzularınız çox idi. Pandemiya bu arzuların həyata keçməsinə imkan vermədi. Amma yenə də xeyirlisi. Səni və sənin timsalinda bütün məzunları təbrik edirəm. Allah sizə tələbə adını qazanmağı qismət eləsin. Biz valideynlər də sizə baxıb sevinək…”.


Builki virtual “Son zəng” Lent.az saytının redaktoru Səbinə Əvəzqızının oğlu Cavidan Məmmədli üçün də çalınıb. Həmkarımız sevincini belə bölüşüb:

“Canım oğlum, "Son zəng"in həyacanını yaşaya bilmədik, yerinə ilk dərsində çoooxlu kövrəlmişdim. Həmin gün jurnalist dostlarım da yanımda idilər. Dostlar, sizləri, özümü, balalarımızı bu keçirilməyən "Son zəng" münasibəti ilə təbrik edirəm. Hesab edək ki, gələcək uğurları o qədər böyük olacaq ki, bu məsələ onun yanında kölgədə qalacaq”.


Telejurnalist Yeganə Tağıyevanın oğlu Arif Qəhrəmanlı da bu il orta məktəblə vidalaşıb. Arifin hədəfləri böyükdür. Anasını ali məktəb tələbəsi olmaqla sevindirmək bu hədəflərdən biridir...


A.Qorxmaz

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04