19 Oktyabr 2021, Çərşənbə axşamı
Arxiv
17 İyul 2021, 12:30 | MÜSAHİBƏ
Cavanşir Quliyev illər sonra Bakıda: “Qarabağa da getmək istəyirəm” - MÜSAHİBƏ

Uzun illərdir Şimali Kipr Türk Cümhuriyyətində yaşayan, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Azərbaycana gəlib.
Qeyd edək ki, professor Cavanşir Quliyev uzun illərdi Şimali Kiprdəki Yaxın Doğu Universitetinin səhnə sənətləri fakültəsinin dekanı vəzifəsində çalışır.

Vətənə dünən gələn bəstəkar işinin çoxluğuna baxmayaraq, vaxt tapıb Modern.az saytının suallarını da cavablandırdı.


- Cavanşir müəllim, illər sonra Azərbaycandasınız. Dost ölkədə yaşayan, çalışan bəstəkarın ölkəmizlə, Bakımızla bağlı ilkin təəssüratları maraqlıdır.

 

- Təəssüratlarım yenidir. Çünki iki ildir Azərbaycana gəlmirdim. Çox xoşbəxtəm. Bakının küçələrində gəzməyi arzulayırdım, çox darıxmışdım. İndi sevinirəm, paytaxtın yeni, gözəl küçələrində gəzirəm. Müxtəlif idarələrdə xırda işlər var, onları həll etməyə çalışıram. Əhval-ruhiyyəm çox yaxşıdır, Bakıya baxdıqca, ürəyim açılır. Sonra nə olacaq onu görəcəyik.


- İllər sonra həm də Qarabağı işğaldan azad etmiş Azərbaycana gəlmisiniz…

- Təbii ki! Qarabağın azadlığına sevinirəm. Damarında azərbaycanlı qanı axan kim sevinməz buna? Amma hesab edirəm ki, Qarabağ sonuna qədər azad olunmalıdır. Xankəndi, Ağdərə, Xocalı, Xocavənd, Əsgəranın da azadlığını gözləyirik. Arzu edirik ki, ölkə Prezidenti o rayonlarımızdan da alovlu-alovlu, düşməni susduracaq şəkildə danışsın.


- Hazırkı səfəriniz çərçivəsində işğaldan azad olunmuş ərazilərə getmək planı varmı?


- Bildiyiniz kimi, Qarabağa hər istəyən adam gedə bilmir. Çünki minalanmış ərazilərdir, təhlükəlidir. O baxımdan çətindir. Təbii ki, getmək istəyərdim.


- Amma siz sıradan, hər istəyən adam deyilsiniz…

- O baxımdan hələ ki təklif gəlməyib. İcazə verilsə təbii ki, sevə-sevə gedərəm. Mən oralarda böyümüşəm. Şuşa mənim ikinci vətənim sayıla bilər. Çünki uşaqlıqda hər il ailəvi şəkildə Şuşaya gedərdik. Mən oraları əzbər bilirəm. Ona görə çox böyük məmnuniyyətlə Qarabağa gedərəm. Amma qismət…


- Hansı müddətdə Azərbaycanda olacaqsız?

 - Avqustun sonuna qədər burda olacam.


- Yəqin ki, Şəkidə də dincələcəksiz…

- Dincəlmək yox, qohum-əqrabaya baş çəkəcəm, görüşəcəm. Dincəlməyə sadəcə zamanım yoxdur. Ömrümdə dincəlməyə vaxtım olmayıb. Həmişə eyni  yerdə uzağı 1-2 gün qala bilmişəm. İşləməyin özü də dincəlməkdir mənim üçün.


- Cavanşir müəllim, Qarabağa özəl bəstəniz varmı, yaxud planlaşdırısınızmı?

- Hazırda əlimdə notlarla Mədəniyyət Nazirliyinə gedirəm. Bəstəm var, təklif verəcəm. Qəbul edərlərmi, etməzlərmi görəcəyik.


- Yəni deyirsiniz ki, Cavanşir Quliyevin bəstəsini qəbul etməzlər?


- Qızım, hər şey ola bilər. Dünyada “olmaz” deyilən elə şeylər oldu ki… Ona görə deyirəm ki, hər şey ola bilər.


- Sonda Şimali Kiprdəki işlərinizlə bağlı qısaca da olsa, məlumat vermənizi istərdik.

- Orada hər şey yolundadır. Dərsimə gedib evimə gəlirəm. Həyat sakit, öz axarında gedir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir 19 Oktyabr 2021, 16:04 “Narahatlıq hiss edən bütün uşaqlardan test götürülməlidir” 19 Oktyabr 2021, 15:59 Azərbaycanda yeni siyasi partiya yaradılır 19 Oktyabr 2021, 15:56 AccessBank tender elan edir 19 Oktyabr 2021, 15:53 Baş nazir QƏRAR imzaladı 19 Oktyabr 2021, 15:50 Formula-1 gələn il Bakıda bu tarixdə KEÇİRİLƏCƏK 19 Oktyabr 2021, 15:45 İlham Əliyev MEDİA işçilərinin sayını azaltdı 19 Oktyabr 2021, 15:43 Qrip və koronavirusa eyni anda yoluxma RİSKİ 19 Oktyabr 2021, 15:38 Prezident fərman İMZALADI 19 Oktyabr 2021, 15:34 II Qarabağ Müharibəsində ölən erməni məşhurlar - SİYAHI 19 Oktyabr 2021, 15:29 “Azərsu” yeni layihənin icrasına başladı - FOTO 19 Oktyabr 2021, 15:25 İlham Əliyevdən Məhərrəm Əliyevlə bağlı SƏRƏNCAM 19 Oktyabr 2021, 15:21 Bütün hədəflərimiz reallıqda öz əksini tapır 19 Oktyabr 2021, 15:16 Azad edilmiş rayonların baş planı Prezidentə təqdim ediləcək - RƏSMİ 19 Oktyabr 2021, 15:12 Prezident sabiq deputatla bağlı sərəncam VERDİ 19 Oktyabr 2021, 15:06 Nazir Kukla Teatrının direktorunu İŞDƏN ÇIXARDI 19 Oktyabr 2021, 15:00 “Ata Abdullayev məndən “iPhone 11” istədi” - MƏHKƏMƏ 19 Oktyabr 2021, 14:54 Sahibə Qafarova beynəlxlq konfransda iştirak edəcək 19 Oktyabr 2021, 14:48 11 il müəllim işləyən qadının “patı” istifadə etdiyi üzə çıxdı - VİDEO 19 Oktyabr 2021, 14:42 Narkotikə görə daha 12 nəfər saxlanıldı 19 Oktyabr 2021, 14:36 Ruslan Əliyev medianın suallarını cavablandıracaq 19 Oktyabr 2021, 14:30 Vəzifəli şəxslərdən pul tələb edən jurnalistlərin işi məhkəmədə 19 Oktyabr 2021, 14:25 Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ 19 Oktyabr 2021, 14:20 ABŞ-dakı körpüdə Azərbaycan bayrağı - FOTO 19 Oktyabr 2021, 14:14 Gədəbəy və Şamaxıya dolu yağıb - FAKTİKİ HAVA 19 Oktyabr 2021, 14:10 Meyxanaçı siyasi qafiyələrə görə həbs edilib? - DİN-dən iddialara REAKSİYA 19 Oktyabr 2021, 14:05 Zooparka gedənlərin sayı 5 min nəfər olub, məktəblər niyə bağlansın?! 19 Oktyabr 2021, 14:04 Botanika İnstitutuna direktor əvəzi təyin edildi 19 Oktyabr 2021, 14:00 Ceyhun Bayramovdan Ermənistana xəbərdarlıq -  “Adekvat cavab veriləcək” 19 Oktyabr 2021, 13:54 Məktəblər yenidən bağlanır? - Nazirlikdən rəsmi cavab 19 Oktyabr 2021, 13:50 Azərbaycanda yeni televiziya kanalı yaradılacaq 19 Oktyabr 2021, 13:45 Azərbaycan Ermənistana şərtini açıqladı 19 Oktyabr 2021, 13:39 “Əl Şərq” qəzeti Azərbaycan-Qətər əlaqələrindən yazıb 19 Oktyabr 2021, 13:35 Azərbaycan Slovakiyadan minatəmizləmə maşınları gətirəcək 19 Oktyabr 2021, 13:30 Türkiyə lirəsi ucuzlaşmaqda davam edir 19 Oktyabr 2021, 13:28