Arxiv
19 Noyabr 2019, 10:50 | MÜSAHİBƏ
Bütün yollar Hindistana aparır… - Əfsanələr ölkəsindən qayıdan azərbaycanlı səyyahla MÜSAHİBƏ

Yolları, sərgüzəştləri, səyahəti, ən əsası foto çəkməyi sevən bir xanım... Azərbaycanı qarış-qarış gəzərək, yurdumuzun dörd bir tərəfindən əlidolu qayıdır hər səfərindən… Yükü fotoşəkillərdir. Kimlər və nələr yoxdur ki bu kadrlarda? Amma bu dəfə gətirdiyi kadrlarda azərbaycanlılar yox, hindlilərdir. Təzəliklə Hindistan səfərindən qayıdan tanınmış səyyah-fotoqraf İradə Qədirovadan bu rəngli ölkə barədə təəssüratlarını soruşduq… Modern.az onunla müsahibəni təqdim edir…
 
- İlk olaraq sizi tanıyaq. Kimdir İradə Qədirova?

- Yolları, sərgüzəştləri, yenilikləri sevən tarixçi, səyyah, fotoqraf.

- Fotoqrafiya ilə yollarınız necə kəsişdi?

- Tarix ixtisasını etnoqraf-arxeoloq olmaq üçün seçmişdim. Arzum ya böyük bir sivilizasiya qazıb çıxarmaq, ya da dünya ölkələrini gəzib, xalqların yaşamını çəkib insanlara tanıtmaq idi. Bu səbəbdən də içimdə fotoqrafiyaya bir ehtiras vardı. 2010-cu ildə ilk kameramı əlimə götürdüm. 4 il sonra isə 2 peşəkar fotoqraf dostum sayəsində fotoqrafiya aləminə daxil oldum – biri ilkin texniki tərəflərini öyrətdisə də, digəri fotoqrafın mənəvi tərəfləri ilə tanış etdi. Qapalı biri olduğum üçün sonuncu mənə obyektivimə tuş gələcək insanlara kameradan öncə ürəklə yaxınlaşmaq yolunda əlifba oldu.


- Ən son obyektivinizə tuş gələn isə hindlilər oldu.
Hindistan sevgisi nə zamandan başlayıb?

- Çox vaxt mənə elə gəlir ki, elə bu sevgi ilə də doğulmuşam. Nə zaman, necə yarandı bilmirəm, amma onu bilirəm ki, Hindistanı çox sevirəm. Bəlkə də 4 yaşımda ilk dəfə hind kinosuna getdiyim gündən başlandı bu sevgi...

- Bildiyim qədər bu, Hindistana ilk səfəriniz deyil...

- Aha, bu, sayca 3-cü səfərimdir. Birinci tarixi konfrans xətti ilə, ikinci AZAL-ın Hindistana birbaşa reysinin açılması ilə əlaqədar olmuşdu. Onlar müvafiq olaraq 6 gün və 3 gün çəkmişdi. Odur ki, bu sonuncu illər boyu planlayıb arzuladığım qədər və arzuladığım şəkildə oldu.

- Çoxları Hindistanın çirkli, həddən artıq kasıb bir ölkə olduğunu deyərək sırf o natəmizlikləri görməmək üçün Hindistanı səyahət etmək istədikləri ölkələr sırasından çıxarırlar. Doğrudanmı, çox çirkli ölkədir?

- Əslində onları da başa düşürəm, amma bu qədər qəti şəkildə yanaşmaq da doğru deyil. Çünki natəmizlik, hətta Parisdə də var. Bizdə də var, məsələn, qoruq dediyimiz yerlərdə belə insanlar özlərindən sonra “iz” buraxırlar.
Hindistan böyük ölkədir. Olduğum şəhərlərə əsasən fikir yürütsəm, hər şəhərin çirkli və təmiz tərəfləri var idi. Amma tək bir natəmizlikdən yapışmaq, məncə, bu, insanların öz seçimidir. Kim nəyi axtarıb, nəyi görmək istəyirsə, onu da görür.

- Hindistana nə üçün getməliyik? 3 səbəb deyə bilərsiniz?

- Tarix, mədəniyyət, mənəvi zənginlik...

- Hindistana səfər etmək istəyənlər üçün qiymətlərdən də danışaq...

- Otel qiymətləri 15 dollardan başlamış 120 və daha artıq ola bilir. İlk iki səfərdə 5 ulduzlu otellərdə qalmışdım. Amma bu səfər seçimim 3 və 4 ulduzludan yana idi. Otaq qiyməti 17-25 dollar arasında dəyişirdi. Yeməkləri bizim pulla 5 manatdan başlayırdı. Şəxsi təcrübəyə əsaslanaraq söyləsəm, hər yemək mərasiminə 10-15 manat xərcləyirdim. Təbii ki, küçədə hazırlanan yeməklər daha ucuz olur. Amma mən normal kafe və restoranlarda qidalanmağa üstünlük verirdim. Yol baxımından qatar və hava nəqliyyatı bahadır. Amma ölkənin ərazisi çox böyük olduğu üçün mütləq istifadə etməyə məcbur olursan. Bir daxili reysdən istifadə etdim. Jaisalmer-Amritsar reysi və bu, 110 manata başa gəldi. Qatar biletlərini də əvvəldən reserv etmək önəmlidir. Uber İndia xidməti isə ucuz və rahat idi.

- Ölkədaxili, şəhərdaxili nəqliyyatın vəziyyəti necədir?

- Şəhərdaxili adətən rikşa və Uber xidmətlərindən istifadə edilir. Ölkədaxili isə qatarlardan istifadə edilir. Onu da deyim ki, Hindistanda qatarlar dərəcələrinə görə fərqlənir. Daha rahat və təhlükəsiz səyahət etmək üçün AC3 dərəcəsini seçmək önəmlidir.


- Budəfəki səfərin Divaliyə düşdü, bayramı necə keçirdin?

- Divalini hind dostlarımızın evinə dəvət edilmişdik. Orada qeyd etdik. Mənim üçün bir ilk idi. Divali və Holi bayramlarını Bakıda Hind səfirliyi və assosiasiyanın təşkil etdikləri tədbirlərdə çox keçirmişəm. Amma Hindistandakı ab-hava tamam fərqli idi. Çünki burada ayinlərə və dualara uzun zaman ayırırlar, daha geniş qeyd edirlər. Daha sonra gecəyə kimi festival davam edir. Hindlilər bayramlarına və adətlərinə çox bağlı xalqdır və demək olar ki, hər gün yeni bir bayram, yeni bir mərasimdir.

- Ən çox hansı şəhərini, bölgəsini sevdin və nəyinə görə?

- Hindistan böyük ölkədir. Bu səfər üçün plana Delhi, Agra, Rajastan və Pəncab ştatlarını əlavə etdim. Ən çox Rajastanın şəhərlərini sevdim. Çünki burada təxəyyülümüzdə yaranan Hindistanı daha çox hiss edib duymaq olur – qadınların rəngarəng geyimlərində, tarixi abidələrdə, musiqilərdə...

- Bəlkə də hind filmlərinin təsiridir ki, çoxları, elə mən özüm də elə düşünürəm ki, sanki hindlilər bütün günü rəqs edirlər, oxuyub oynayırlar. Bəs əslində necədir?

- Yox, onlar da bizim kimi adi, gündəlik həyatını yaşayan insanlardır. Əksinə, oynayıb rəqs edən mən özüm idim. Amma çoxlu adətləri, bayramları var ki, demək olar ki, hər gün yeni bir mərasimdir. Digər tərəfdən onlar çox qəmgin olmağı sevmirlər. Hər bir çətinliyə rağmən, daha çox bu günlə yaşayıb anlarından zövq alan insanlardır. Biz isə hər şeyimiz var ikən durmadan problemlər haqqında düşünən təbiətə malik xalqıq.

- Yeməkləri necədir?

- Ən yaralı yerim... Həddən çox ədviyyatlıdır. Yeməyə baxırsan, o qədər ləziz görünüşü olur ki, damağa gedəndə aləm dəyir bir-birinə. Sona doğru artıq dolmamızı özləyirdim.

- Həvəsdir, bəsdir... Yoxsa yenə də Hindistana getməyi düşünürsünüz?

- Hindistan mənim üçün həvəs olmayıb heç vaxt. Ona görə də bütün yollar ona doğru gedir. Həm tarixçi ixtisasım, həm durmadan kəşf edib öyrənmək istəyim, həm Hindistana olan sevgim, həm də fotoqrafiya durmadan məni ora çəkir. Hindistanın da böyük olduğunu nəzərə alsaq, bu səhifə hələ bağlanmayıb deməkdir...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müdafiə Nazirliyi cəbhədəki gərginliklə bağlı MƏLUMAT YAYDI 13 İyul 2020, 09:28 Kubalı həkimlər koronavirusla mübarizə üçün Bakıya gəlir 13 İyul 2020, 09:22 Ordumuzun baş leytenantı ŞƏHİD OLDU 13 İyul 2020, 09:16 Bakıda sex yandı, yaralanan var 13 İyul 2020, 09:10 Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirdi - VİDEO 13 İyul 2020, 09:04 Ombudsmandan cəbhədəki təxribatla bağlı AÇIQLAMA 13 İyul 2020, 09:00 Qocaman jurnalist dünyasını dəyişib 13 İyul 2020, 08:50 Bu ölkədə koronavirusa görə alkaqol satışına qadağa qoyuldu 13 İyul 2020, 08:39 Azərbaycanın görkəmli memarı vəfat edib 13 İyul 2020, 08:37 Türkiyədən qardaş dəstəyi - “Azərbaycanın yanındayıq" 13 İyul 2020, 08:22 Müdafiə Nazirliyi Azərbaycana məxsus PUA-nın vurulduğunu TƏKZİB ETDİ 13 İyul 2020, 08:00 Tovuz təxribatının baiskarı olan erməni general - FOTO 13 İyul 2020, 05:08 “Düşmənin təxribatına qarşı daha sərt cavab tədbirləri görülür” - Müdafiə Nazirliyi 13 İyul 2020, 01:06 Şəhidlərimizin cənazəsi alqışlarla qarşılandı - VİDEO 13 İyul 2020, 00:47 Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib - RƏSMİ 13 İyul 2020, 00:26 Milli Məclisdə benefisiar sahibliklə bağlı müzakirələr aparılmır 13 İyul 2020, 00:24 Motosiklet yolu keçən qadını vurub öldürdü 13 İyul 2020, 00:13 Azərbaycanda reanimasiyada 356 COVİD-19 xəstəsi var - FOTO 12 İyul 2020, 23:53 Gədəbəy sakini əmisini qətlə yetirib - Təfərrüat, YENİLƏNİB 12 İyul 2020, 23:36 Tovuz sakinlərindən ordumuza dəstək - FOTO 12 İyul 2020, 23:07 DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb 12 İyul 2020, 22:41 Üç şəhidimizin ad-soyadı AÇIQLANDI 12 İyul 2020, 22:26 Rusiyadan 233 nəfər Vətənə gətirildi - FOTOLAR 12 İyul 2020, 22:23 “Ordumuz düşmənə layiqli cavabını verməli idi və verdi” - Jalə Əliyeva 12 İyul 2020, 22:16 Türkiyədə 5 363 nəfər COVİD-19-un qurbanı oldu 12 İyul 2020, 22:04 Düşmənə sarsıdıcı zərbə endirilib - Nazir müavini 12 İyul 2020, 21:48 Şəhidlərimizdən birinin ad-soyadı açıqlanıb - FOTO 12 İyul 2020, 21:31 Yaponiyada virusa yoluxanların sayı artır 12 İyul 2020, 21:23 “Hər birinizi əmin edirəm ki, düşmənə ağır zərbə vurulub” - Qənirə Paşayeva 12 İyul 2020, 21:09 Bakıda iki dost güllələndi 12 İyul 2020, 20:53 Türkiyədə zəlzələ oldu 12 İyul 2020, 20:41 “Qurban Abbasov” gəmisinin 19 heyət üzvü COVID-19-a yoluxdu 12 İyul 2020, 20:19 AzTV şəhidlərə görə konserti ləğv etdi 12 İyul 2020, 20:14 Sabiq nazirin anası və həyat yoldaşı dünyasını dəyişdi - YENİLƏNİB 12 İyul 2020, 20:03 XİN cəbhədəki vəziyyəti ŞƏRH ETDİ: Düşmən yeni mövqelər ələ keçirmək İSTƏYİB 12 İyul 2020, 19:27