Arxiv
7 Oktyabr 2020, 13:50 | MÜSAHİBƏ
Rüstəm İbrahimbəyov: “Bir-iki həftədən sonra Qarabağ məsələsi xeyrimizə həll olunacaq” - MÜSAHİBƏ

Tanınmış kinorejissor Rüstəm İbrahimbəyov Modern.az-a müsahibəsində Qarabağ müharibəsi ilə bağlı yaranmış vəziyyəti dəyərləndirib.
 

- Rüstəm müəllim, 27 illik fasilədən sonra cəbhədə Qarabağ torpaqlarının  azadlığı uğrunda savaş  gedir. İşğal altında olan bir sıra ərazilərimiz azad edilib. Qarabağın azadlığı uğrunda gedən müharibədən gözləntiləriniz nədir?

- Mənə elə gəlir ki, qələbəmiz yaxındadır. Yavaş-yavaş dünyada da başa düşürlər ki, günah kimdədir. Azərbaycan informasiya müharibəsində də düşməni udur. Ermənistanın imkanları bizə bəllidir. Açıq-aşkar məlumdur ki, bir çox dövlətlər bizim tərəfimizdədir.Düşünürəm ki, bir-iki həftədən sonra Qarabağ məsələsi bizim xeyrimizə həll olunacaq.


- Yəqin müşahidə edirsiniz. Hazırda Xalq-Prezident-Ordu birliyi diqqət çəkir. Bəlkə də ilk dəfədir ki, bu dərəcədə birlik nümayiş etdiriririk. Siz bu barədə nə düşünürsüz?

- Sizə deyim ki, cənab Prezidentin çıxışlarını çox bəyəndim. Prezident Ordunu çox yüksək səviyyədə idarə edir. Fəxr edirəm ki, bizim xarici siyasətimizi aparan ağıllı, qabiliyyətli və müdrik bir şəxs, dövlət başçımız var. Bizim xalqımıza birlik yaraşır. Mən bu birlikdən qürur duyuram.


- Dünya miqysında tanınan kinorejissorsunuz. İşlərinizlə bağlı gah Rusiyada, gah da Fransada olursunuz.  Tanınmış azərbaycanlı və ziyalı olaraq Qarabağ məsələsində haqq səsimizi beynəlxalq ictimaiyyətə çatdıra bilirsinizmi?

- Qarabağ həqiqətlərini dünyaya çatdırmaq mənim birinci işimdir. Çalışıram ki, həqiqəti onlara başa salıb. Məsələni yaxından bilməyən auditoriyaya da bu barədə həqiqətləri aydın formada izah edirəm.


- Rusiya,  Fransa kimi ölkələr ermənilərin sıx məskunlaşdığı yerlərdir. Erməni təxribatları ilə rastlaşırsınızmı?

- Təxribat barədə bir söz deyə bilmərəm. Ancaq yalan fikirlər səsləndirməyə  davam edirlər. Təbii ki, hər zamankı kimi yenə də susdurulurlar.


- ATƏT-in Minsk qrupu ard-arda bəyanatlar səsləndirir.  Ancaq həmin bəyanatlar heç də Azərbaycanın xeyrinə nəsə vəd etmir. Sizcə, bu məsələdə hansı mövqeyi sərgiləməliyik?

- Mən o atəşkəsin tərəfdarıyam ki, torpaqlarımızı geri qaytarsınlar, ondan sonra oturub söhbət edək. Yəni atəşkəsə bir şərtlə razıyam ki, işğal olunmuş torpaqlarımız azad olunsun. Müharibədə itkilər olur. Şəhidlərimiz var. Biz də heç bir vətəndaşımızı itirmək istəmirik. Qarşı tərəf də itkilər verir. Ermənistan nə qədər tez torpaqlarımızı işğaldan azad edərsə, o qədər tez bu məsələ həll olunar.


- 30 ilə yaxındır ki, torpaqlarımız işğal altında idi. Belə ifadələr səslənirdi ki, insanlarda vətənpərlik ruhu yoxdu və kimsə Qarabağı gedib almayacaq. Ancaq 1992-ci ildə analarının qucağında məcburi köçkün düşən körpələr bu gün tankın üstündə öz torpaqlarında düşməni əzir. Qarabağı görməyən uşaqlar bu gün Qarabağın azadlığı uğrunda mübarizə aparır. Bir kinorejissor olaraq sizin də fikirlərinizi bilmək maraqlıdır.

- Hazırda böyük ruh yüksəkliyi içərisindəyəm. 30 il ərzində azərbaycanlılar haqqında çox sözlər deyirdilər. Deyirdilər ki, azərbaycanlıların müharibə aparmaq qabiliyyəti çatmır. Bütün dünyaya təsdiq etdik ki, biz müharibə etməyi bacarırıq. Eyni zamanda, sülhsevər xalqıq. 27  ərzində torpaqlarımızın sülh yolu ilə azad edilməsinə çalışdıq. Ermənistan bizi məcbur etdi ki, onlarla savaş dilində danışaq. Bütün dünya gördü ki, Azərbaycan ordusu çox güclüdür. Azərbaycanın qeyrətli oğulları var. Eləcə də xalq olaraq yumruq kimi birləşməyi bacardıq. Azərbaycanlılar haqqında yanlış fikirləri Qarabağ uğrunda gedən döyüşlər məhv etdi.


- Torpaqlarımız tam azad ediləndən sonra kinorejissor olaraq nə etməyi düşünürsüz?

- Kinematoqrafçılar İttifaqı müsabiqə elan edib. Müharibə məzmununda ssenarilər yazılır. Qələbə həm də yaradıcı adamların stimul yeridir. Biz dah böyük həvəslə çalışacağıq.


- Rüstəm müəllim, sizin 2013-cü ildən sonra  Azərbaycana  gəlişiniz  hardasa mübahisəli olub. Bilmək istərdik, növbəti dəfə Azərbaycana hansı obrazda gəlmək istəyirsiniz?

- Hazırda Moskvadayam. 15 gündən sonra Azərbaycana gəlməyi planlaşdırıram. O günü səbirsizliklə gözləyirəm ki, Şuşa azad olunsun və biz qələbəmizi orada bayram edək. Bundan gözəl obraz varmı?!

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video 25 Oktyabr 2020, 12:13 Rusiyada daha bir rekord göstərici 25 Oktyabr 2020, 12:07 Sabahın havası: duman, külək... 25 Oktyabr 2020, 11:58 Qətərdə marketlər şəbəkəsi Fransa məhsullarını satmaqdan imtina etdi   25 Oktyabr 2020, 11:54 Rusiyada koronavirusdan ölənlərin sayı 26 mini ötdü 25 Oktyabr 2020, 11:45 Gəncədə erməni terroru nəticəsində həlak olmuş 13 yaşlı Arturla vida mərasimi keçirilir   25 Oktyabr 2020, 11:41 “Əl-Qaidə”nin ikinci adamı məhv edildi 25 Oktyabr 2020, 11:22 Ermənistanda ötən gün rekord sayda insan COVID-19-dan öldü 25 Oktyabr 2020, 11:20 Baş Prokurorluq xəbərdarlıq etdi: "Paylaşılması qadağandır" 25 Oktyabr 2020, 11:09 Koronavirusa həsr edilmiş qeyri-adi poçt markası buraxıldı 25 Oktyabr 2020, 11:08 Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi 25 Oktyabr 2020, 11:07 “Prezident İlham Əliyevin böyük idarəçilik təcrübəsi var” 25 Oktyabr 2020, 10:46 Hikmət Hacıyev: Fransa parlament heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır” 25 Oktyabr 2020, 10:38 “Düşmənin canlı qüvvə və texnikalarını məhv edirik” - VİDEO 25 Oktyabr 2020, 10:30 Kaliforniyada Gəncə terroruna etiraz - FOTOLAR 25 Oktyabr 2020, 10:27 Ermənistanın mülki şəxslərə hücumundan sonra biz açıq şəkildə dedik ki, qisas alacağıq” - MÜSAHİBƏ   25 Oktyabr 2020, 10:20 Bu təyyarələr Türkiyə Ordusunun arsenalına daxil edildi 25 Oktyabr 2020, 09:58 Ukrayna ilə Azərbaycan arasında vaxt fərqi iki saat oldu   25 Oktyabr 2020, 09:51 Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlandı 25 Oktyabr 2020, 09:49 Paytaxtda COVID-19-a ən çox yoluxma bu rayondadır - STATİSTİKA 25 Oktyabr 2020, 09:46 “Hərbi sirri paylaşma, sakit dur!” - FOTO 25 Oktyabr 2020, 09:33 Qarabağda döyüşən erməni müğənni silahını atıb qaçdı 25 Oktyabr 2020, 09:27 Kiyevin meri koronavirusa yoluxdu 25 Oktyabr 2020, 09:23 Ceyhun Bayramov: “Azərbaycan mütləq şərt yoxdursa..." 25 Oktyabr 2020, 09:16 Ronaldu Həbibi təbrik etdi 25 Oktyabr 2020, 09:08 Şimali Kiprdə Qarabağa dəstək mitinqi  25 Oktyabr 2020, 09:00 "Böyük Dəbilqə"nin qalibi  mükafatını əsgərlərimizə göndərəcək 25 Oktyabr 2020, 08:58 “Samsung”un rəhbəri vəfat etdi 25 Oktyabr 2020, 08:44 Cəbhəyanı rayonlarda 9 partlamamış hərbi sursat aşkarlandı 25 Oktyabr 2020, 08:37 Dünyada koronavirusa yoluxma sayında rekord artım 25 Oktyabr 2020, 08:34 Rusiyada məşhur deputat güllələndi 25 Oktyabr 2020, 08:32 Müdafiə Nazirliyi: Düşmən qüvvələri Ağdərə və Xocavənddə məhv edildi 25 Oktyabr 2020, 08:29 Makqreqor Həbibi təbrik etdi 25 Oktyabr 2020, 08:18 Nüvə silahlarını qadağan edən  müqavilə bu tarixdə  qüvvəyə minəcək 25 Oktyabr 2020, 08:15 Ordumuz Laçında  xeyli  irəlilədi, düşmən Ağdərədə ağır itkilər verdi - RƏSMİ 25 Oktyabr 2020, 08:14