Arxiv
6 Oktyabr 2021, 09:12 | MÜSAHİBƏ
Rusiyada vitse-spiker seçilən azərbaycanlı Modern.az-a DANIŞDI

Azərbaycanlı iş adamı, bundan öncə 2 dəfə Rusiyanın Leninqrad vilayətinin Qanunverici Məclisinə mandat alan soydaşımız Səyyad Əliyev bu dəfə həm də vitse-spiker seçilib.

 

Onun  Modern.az-a müsahibəsini təqdim edirik.


- Səyyad bəy, öncə sizi təbrik edirik. Artıq 3-cü dəfədir ki, deputat seçilirsiniz. Necə oldu ki, vitse-spiker seçildiniz?

 

- Mən üçüncü dəfədir ki, seçkilərdə qalib oluram. Leninqrad vilayətinin Qanunverici Məclisində ancaq təkmandatlı seçkilərdə iştirak etmişəm. Məndən sonra gələn şəxsdən 9 min çox səs yığmışdım.

Digər tərəfdən, mənim soyadım Əliyevdir. Əliyev soyadı hər yerdə olduğu kimi, burada da çox tanınmışdır. Deyə bilərəm ki, soyadımın da seçkilərdə qalib olmağıma təsir olub.

 

- Maraqlıdır, oradakı həmyerlilərimiz seçkilərdə onları sizə verdiyi dəstək?

 

- Ətrafımda birgə işlədiyim həmyerlilərimiz çoxdur. Təbii ki, burada deputatlıqdan savayı da işlər görürəm. Ətrafımdakı azərbaycanlıların çoxu burda bizneslə məşğuldur. Onların hər birinə təşəkkür edirəm.  
Seçkilərdə onların dəstəyinə gəldikdə isə toplanın səslərdə azərbaycanlıların səsi 0,1%-dən azdır. Deyə bilərəm ki, onların səsi sayılmır. Bir az da konkretləşdirsəm, seçicilərim içərisində azərbaycanlılar yox səviyyəsindədir.

 

- Yaşadığınız bölgədə azərbaycanlıların cəmiyyətə uyğunlaşması necədir, iqtisadi, siyasi və sair sahələrdə bizi necə təmsil edirlər?

 

- Öncə onu deyim ki, 15-20 il bundan öncə bir streotip var idi ki, azərbaycanlılar ancaq bazarlarda ola bilərlər. Hazırda isə bu streotip dağılıb, artıq belə deyil.

Mənim böyük oğlumun  24 yaşı var, iki dəfə rayon deputatı seçilib. 18 yaşından deputat kimi fəaliyyət göstərir.

Bundan başqa burada dövlət işlərində, adminstrasiyalarda çalışan azərbaycanlılar çoxdur.

Qeyd edim ki, burada hətta azərbaycanlı generalımız, polkovnikimiz də var. Biz 37 il qabaq bura kənddən gəlmişik, amma indiki gənclər bizdən çox fərqlidirlər, cəmiyyətə tez uyğunlaşırlar. Onlar heç də yerli əhalidən geri qalmırlar.

 

- Hər kəs deputat seçilən zaman əhaliyə müxtəlif vədlər verir. Üçüncü dəfədir ki, seçkilərdə qalib olursunuz. Sizin fikrinizcə, əhalinin sizə olan inamı nədən qaynaqlanır?


- Düzdür, müəyyən vədlər verirsən. Bu, bir seçki kampaniyasıdır. Mən həmişə demişəm ki, seçki bitən kimi qalib olan şəxs işinə başlamalıdır. Yoxsa seçilib gözləməli deyilik ki, gələn seçkilərə iki ay qalmış yenə vədlər verəsən. Sözsüz ki, bizə işimizə görə qiymət verirlər. Çox işlər görülüb deyə, bunun qarşılığına səs verirlər.

 

- Seçkilərdə qalib olmağınız, vitse-spiker seçilməyiniz sizin üçün gözlənilən idi?


- Sözsüz ki, hər bir deputat spiker, vitse-spiker vəzifəsini tutmaq istəyər. Bilirik ki, ən yüksək vəzifə spiker və vitse-spikerdir. Gözlənilməzdi idi deyə bilməzdim. Çünki bu uğurun arxasında gördüyümüz işlər dayanır. Vitse-spiker seçilməyim  də gördüyüm işlərin bəhrəsi idi.

 

- Maraqldır, Səyyad bəy, vitse-spiker seçilməyiniz münasibəti ilə ilk  təbrik kimdən gəldi?


- Burada səsvermələr online keçirilirdi. Hər kəs səsverməni izləyə bilirdi. Artıq nəticələr açıqlananda burada hər kəs biri-birini tanıdığı üçün təbrik edir. Yəni ilk təbrik elə burdan gəldi. Qohumlar bilməzdən öncə mənimlə birgə çalışanlar bilir deyə ilk təbriklər onlardan gəlir.

 

- Bir az da partiya ilə bağlı danışaq. Təmsil olunduğunuz Partiya tərəfindən sizə yanaşma necədir?


- Mən 2003-cü ildən Vahid Rusiya Partiyasının üzvüyəm. Sözsüz ki, seçkilərdə də qalib olmağıma partiya üzvlərinin köməyi çox oldu. Çünki onlar inanırlar və dəstək olurlar.

 

-  Səyyad bəy, ötən ilin bu günləri Azərbaycan haqq savaşında mübarizə aparırdı. 44 günlük Zəfər müharibəsində bütün dünya ölkərində yaşayan arzərbaycanlılar bir yumruq altında birləşmişdilər. Siz hansı işlər görürdünüz?

 

- Qələbəmizdən öncə erməni görəndə istər-istəməz başımızı aşağı tuturduq, istəyirdik ki, özümüzü göstərməyək. Amma bu qələbəmizdən sonra harda erməni görürəmsə, gedib qarşısından keçirəm ki, görsünlər ki, biz də burdayıq. Biz onlara Qarabağın əzəli Azərbaycan torpağı olduğunu sübut etdik. İllər sonra bütün azərbaycanlılar bir yumruq altında birləşib doğma torpağımızı geri aldı.

Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə və cənab prezident İlham Əliyevə can sağlığı arzu edirəm. İlham Əliyev nəyinki Azərbaycanda yaşayan azərbaycanlıların, eyni zamanda bütün dünyada yaşayan azərbaycanlıların başını uca etdi. Biz xaricdə yaşayan azərbaycanlılar Ali Baş Komandanımızla fəxr edirik.

Açığını deyim, bəlkə ölkədən kənarda belə olur, bilmirəm, Paşinyan gəlib Cıdır Düzündə yallı gedəndə, adam heç yaşamaq istəmirdi. Amma indi hər şey tamam fərqlidir. Əvvəllər utandığımızdan başımızı qaldıra bilmirdik. Adamın torpağını əlindən almaq, hər şeyini almağa bərabərdir. İndi hamının qarşısında başı dik gəzirik. Arxaya qayıtmaq olmaz. Azərbaycan özünün necə mərd oğulları olduğunu sübut etdi. 

Azərbaycanlı kimi 44 günlük Vətən Müharibəsində üzərimizə düşən bütün işləri gördük. Onu geniş sadalamağa ehgtiyac duymuram. Onu deyə bilərəm ki, həmin müddətdə xaricdəki bütün azərbaycanlılar ayaqda oldu. Sağ olsun, Disporla İş üzrə Dövlət Komitəsini, koordinasiya işini yaxşı bacardı.

 

Heç yadımdan çıxmaz. Bir dəfə burada diasporların toplantısı idi. Ermənilərin başçısı da oturmuşdu. Müzakirələr zamanı qayıdıb dedi ki, Qarabağ bizimdir.

Mən də dedim ki, düz deyirsən. Ruslar da mənə qəribə-qəribə baxırdılar ki, bu, nə danışır. Onlara dedim ki, siz deyirsiz ki, Krım sizindir. Oranı abadlaşdırırsınız, işıq, qaz, su çəkirsiniz. Amma ermənilər “Qarabağ bizimdir” deyərək oranı darmadağın edir. O torpaqlar onların olmadığı üçün oranı xarabaxanalığa döndərdilər. Yoxsa niyə elə etsinlər ki... Ermənilər nəfəslərini çəkə bilmədilər.

Artıq hər şey bitib, biz bundan sonra daha sıx olmalı, daha çox işləməliyik.

 

- Xaricdə yaşayan imkanlı azərbaycanlılarla birgə işğaldan azad edilmiş bölgələrimizdə hansısa işlər görməyi düşünürsünüzmü?


-Çox böyük planlar var. Biz hərəkətlərimizlə hər şeyi başa salırıq. Əməlimizlə göstərməliyik.

Yaşadğımız yerlərdə güclü olmağımız hər şey deməkdir. Bu gün azərbaycanlının xarici ölkədə deputat və vitse-spiker seçilməsi gələcəkdəki gənc kadrlarımıza örnəkdir. Azərbaycan gəncləri əksəriyyəti artıq xaricdə dövlət işlərində çalışır.

 

- Son olaraq, fəal diaspor rəhbəri olaraq Səyyad bəy xaricdə yaşayan azərbaycanlılara nə demək istərdi?

 

- Vətəni azərbaycanlıların özləri necə təmsil etməyi gözəl başa düşürlər. Ulu öndər Heydər Əliyev 2002-ci ildə çıxışı zamanı deyirdi ki, gənclər gedin xarici ölkələrdə dövlət səviyyəsində işlərdə çalışın. Öndərin tövsiyəsi ən yaxşı məsləhət oldu. Bu gün də mərhum Prezidentimiz Heydər Əliyevin dediklərini dünyada yaşayan azərbaycanlılar özlərinə Yol xəritəsi hesab edirlər. Azərbaycanı xaricdə ən gözəl təmsil etməyin yolu dövlət işlərində çalışmaqdır.

 

Fidan İlqar

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Yunanıstan XİN başçıları arasında GÖRÜŞ 2 Dekabr 2021, 22:54 Ceyhun Bayramov avstriyalı həmkarı ilə GÖRÜŞDÜ 2 Dekabr 2021, 22:42 Cənubi Koreyada ABŞ hərbçilərinin sayı dəyişməyəcək 2 Dekabr 2021, 22:28 İctimai Şuradan Tofiq Yaqublu ilə bağlı Nazirliyə müraciət 2 Dekabr 2021, 22:12 Misir XİN-dən başsağlığı 2 Dekabr 2021, 21:56 Birliyimiz əbədi olmalıdır 2 Dekabr 2021, 21:51 Tofiq Yaqublu prokurorluğa çağırıldı 2 Dekabr 2021, 21:47 Yaşadığı evi tərk edən koronavirus xəstəsi aşkarlandı 2 Dekabr 2021, 21:40 Sabah bu ərazidə qaz kəsiləcək 2 Dekabr 2021, 21:25 45 milyon insan aclıqla üzləşə BİLƏR 2 Dekabr 2021, 21:11 Ceyhun Bayramov ATƏT-in iclasında iştirak etdi 2 Dekabr 2021, 20:55 Balakəndə karantini pozanlar cərimələndi 2 Dekabr 2021, 20:45 Sərhəd məsələsində Azərbaycanın gözləntisi AÇIQLANDI 2 Dekabr 2021, 20:30 Şirvan sakinlərində narkotik AŞKARLANDI 2 Dekabr 2021, 20:22 "Ermənistana əlavə təzyiqlərin göstərilməsinə ehtiyac var" 2 Dekabr 2021, 20:09 “Brent” nefti ucuzlaşdı 2 Dekabr 2021, 20:07 Suriyada terakt - 10 neftçi öldü 2 Dekabr 2021, 19:55 Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək 2 Dekabr 2021, 19:49 "Münaqişə başa çatıb" - Ceyhun Bayramov 2 Dekabr 2021, 19:45 Azərbaycanda sosial müdafiə xərcləri artırılıb 2 Dekabr 2021, 19:42 Britaniya səfiri nazir müavini ilə görüşdü 2 Dekabr 2021, 19:27 Azərbaycandan neft hasilatının artırılmasına RAZILIQ 2 Dekabr 2021, 19:21 Ermənistan 22 muzeyi dağıdıb - Hesabat 2 Dekabr 2021, 19:09 Prezident Mark Şnayeri QƏBUL ETDİ 2 Dekabr 2021, 19:04 Zaur Əliyev bu mərkəzin yeni tərkibini TƏSDİQLƏDİ 2 Dekabr 2021, 19:00 Ermənilərin Qarabağda dağıtdığı ABİDƏLƏR 2 Dekabr 2021, 18:54 Deputat Avronest PA-nın Büro iclasında 2 Dekabr 2021, 18:48 Çavuşoğlu ilə Lavrov GÖRÜŞÜB 2 Dekabr 2021, 18:42 Manatın məzənnəsi sabit qaldı 2 Dekabr 2021, 18:36 Orduda hərbi cinayətlərin sayı azalıb - Rəsmi 2 Dekabr 2021, 18:30 İlham Əliyev Nobel mükafatçısı Aziz Sancarı qəbul edib 2 Dekabr 2021, 18:24 Azay Quliyev Büroda Soçi Bəyanatının mahiyyətini açıqladı 2 Dekabr 2021, 18:18 GUAM-a üzv dövlətlər protokol İMZALADI 2 Dekabr 2021, 18:12 Bakıda 27 narkotacir saxlanıldı - VİDEO 2 Dekabr 2021, 18:06 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə sərhədi MÜZAKİRƏ ETDİ 2 Dekabr 2021, 17:55
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?