Arxiv
27 Aprel 2015, 09:58 | MÜSAHİBƏ
Rəsul Quliyevin oğlu: “Atamın Azərbaycana qayıtmasını istəmirəm” - MÜSAHİBƏ


Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev Modern.az saytına müsahibəsində iki oğlu, bir qızının olduğunu bildirmişdi. Modern.az Rəsul Quliyevin oğlu Pərvin Quliyevdən müsahibə götürüb. Onunla müsahibəni təqdim edirik:

- Pərvin bəy, Azərbaycan siyasətində müəyyən çəkiyə malik olan Rəsul Quliyevin övladısınız. Bilmək istərdik ki, eks-spikerin oğlu hazırda hansı şəhərdə yaşayır.

- Mən Nyu-York ştatının Rokland əyalətində yaşayıram. Əyalət Hudzon çayının sahillərindədir. Amerikanın bir çox yerləri kimi bura da təbiətin qoynunda yerləşir. Buranın müxtəlif sahələrdə çalışan sakinləri üçün Nyu-York şəhərində və onun ətrafında işləməsi üçün şərait yaradılıb.

- Bəs özünüz nə işlə məşğulsunuz?

- Hal-hazırda maliyyə institutunda – maliyyə sahəsində işləyirəm. ABŞ-da bir sahə və peşədə daimi işləmək əsas olmadığı üçün, əksəriyyət şans və imkan olan kimi özünün və ailəsinin həyatının rahatlığı üçün iş yerlərini dəyişir.Hətta deyərdim ki,  yeni ixtisas üzrə təkmilləşir.

- Bəs necə oldu ki, Amerikaya getdiniz? Atanızla eyni vaxtda getmişdiniz, yoxsa sonradan?

- Mən Amerikaya təhsilimi davam etdirmək məqsədi ilə 1992-ci ildə gəlmişdim  Təhsilimi bitirib Azərbaycana dönmək fikrində idim. Çünki o dövrdə tək mən yox, ABŞ və digər Qərb ölkələrində də təhsil alan tələbələrin bir çoxu şəxsi nailiyyətlərindən sonra yenicə müstəqillik almış vətənlərinə dönüb müxtəlif sahələrdə, həm quruculuq və həm də yaradıcılıqda iştirak etmək arzusunda idilər.  

Çox təəssüf, məndə bu, alınmadı və bəziləri kimi yeni vətəndaşlıq seçməli oldum. Atam bildiyiniz kimi, 1996-ci ildə Azərbaycanı tərk edib.

- Siz təhsilinizi başa vurduqdan sonra Azərbaycana qayıtmaq istəmisiniz və o zaman atanız Bakıda idi. Atanız Amerikaya getdikdən sonra necə, heç Azərbaycana gəlmək barədə düşünmüsünüz? Və daha bir sual: atanızın da vətənə dönməsini arzulayırsınız?

- Azərbaycana gəlmək haqqında əvvəllər daha çox düşünürdüm. 2005-ci il hadisələrindən sonra atamın növbəti dəfə həyatını riskə qoyub geri qayıtmasını istəməmişəm. Hər halda onun Azərbaycana qayıtmasında məqsədi ölkənin və xalqın taleyi və gələcəyi ilə əlaqədar olub. Bu gün xalqın əksəriyyətinin öz taleyinə biganəliyini nəzərə alaraq, atamın ora qayıtmasına bir lüzum görmürəm.

- Deyəsən, analitik yazılarla da çıxış edirsiniz. Hər halda mütaliəniz genişdir.

- Analitik yazılardan çox öz fikirlərimi bölüşdürməyi birinci növbədə özümə qarşı borc bilirəm. Uzun yazılardan çox əgər fikri bir neçə cümlədə çatdıra bilərəmsə, buna daha çox üstünlük verirəm. Hər hansı mövqe tutmadan öz dəyərlərim və müəyyən prinsiplərim əsasında obyektiv olmağa çalışıram.

- Analitik düşüncə qabiliyyətiniz varsa deməli, dünyada baş verən prosesləri izləyirsiniz. Dünyanın tərkib hissəsi olan Azərbaycanda gedən ictimai-siyasi proseslərdən də xəbərdarsınız, bu barədə sizin müəyyən açıqlamalarınız olub. Maraqlıdır, indi düşüncələrinizdə nəsə dəyişiklik baş verib?

- Bu gün Azərbaycanda baş verənləri qismən izləyirəm. Düzünü deyim dəyərlər olmayan ölkədə gedən prosesləri dəyərləndirmək sadəcə mənasını itirib, abstrakt və absurd amorfik təəssürat bağışlayır. 

- Atanızın Azərbaycan siyasətindəki statusu və mövqeyi bir övlad kimi sizi qane edirmi?

- Atam özünə qarşı daha çox tənqidi yanaşdığı üçün və daim nəticəsi olmayan hər hansı işləri sevmədiyi üçün bu, onun özünü qane etmir. Bu haqda o dəfələrlə həm yazılarında və videolarda qeyd edib. Nəzərə alsaq ki, bu gün hər yerindən duran özünü “siyasətçi” adlandırır və eyni zamanda sosial-iqtisadi böhranların təzyiqinə məruz qalanların əksəriyyəti “mən siyasətə qarışmıram” və yaxud “məşğul olmuram” deyib məişət tipli narazılqlarını bildirirlərsə, siyasət bu formada əslində hamını əhatə edir, buna görə də o, ciddi peşə və sənət sayıla bilməz. Bu cür mühitdə mənim özümün yanaşmam və hansısa mövqeyi qiymətləndirməm nisbi olacaq və hər hansı abstakt “siyasi” mühitlə əlaqəsi olmayacaq.

- Səhv etmirəmsə ailələsiniz. Əgər sirr deyilsə, ailəniz haqqında da məlumat verərdiniz?

- Mənim ailəm dörd nəfərdən ibarətdir. Həyat yoldaşım Zemfira ABŞ-da təhsilini bitirib və məktəbdə müəllimə işləyir. İki oğlum var - Rəsul və Elmir. Hər ikisi həm təhsil alır və həm də müxtəlif sahə üzrə öz bizneslərində çalışırlar. Oğlanlarımın  ikisi də 13 yaşından təhsil almaqla yanaşı, həm də öz əməklərinə qiymət vermək üçün həftədə ən azı 1-2 gündən başlayaraq çalışıblar.



Aqşin KƏRİMOV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident küçələrdən siqaret kötükləri topladı 20 Sentyabr 2020, 00:59 İsveçrə ATƏT-in sədrliyi postuna namizəd irəli sürməyib 20 Sentyabr 2020, 00:43 Trampa qarşı qəsdin qarşısı alındı 20 Sentyabr 2020, 00:26 “Əsrin müqaviləsi”nin 26 ili tamamlandı 20 Sentyabr 2020, 00:09 Qubada polis postu quruldu 19 Sentyabr 2020, 23:58 6 futbol hakimi koronavirusa yoluxdu 19 Sentyabr 2020, 23:42 Əfqanıstanda terror: 1 ölü, 5 yaralı 19 Sentyabr 2020, 23:31 Bakıda kürəkən qaynanasını avtomobillə vurdu 19 Sentyabr 2020, 23:17 Bombardmançı təyyarə dünya rekordu qırdı 19 Sentyabr 2020, 23:03 Bu ölkədə koronavirusa yoluxanların sayı 390 358 nəfərə çatıb 19 Sentyabr 2020, 22:47 FETÖ ilə əməkdaşlıqda şübhəli bilinənlər saxlanıldı 19 Sentyabr 2020, 22:33 “Sumqayıt” lider oldu 19 Sentyabr 2020, 22:17 Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO 19 Sentyabr 2020, 22:01 Gəncədə gənc oğlan bıçaqlanıb 19 Sentyabr 2020, 21:44 BDU professorun universitetə buraxılmamasının SƏBƏBİNİ AÇIQLADI 19 Sentyabr 2020, 21:30 Türkiyədə koronavirusdan sağalanların sayı 266 117-yə çatıb  19 Sentyabr 2020, 21:17 Mahir Abbaszadə seçicilərlə növbəti videoqəbul keçirib 19 Sentyabr 2020, 20:58 “Bu işğalçı dövlətin növbəti məkrli oyunlara hazırlaşdığının bariz nümunəsidir” - Tural Gəncəliyev 19 Sentyabr 2020, 20:45 Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb 19 Sentyabr 2020, 20:31 “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13