Arxiv
20 Aprel 2018, 09:15 | MÜSAHİBƏ
Ömürlük məhkumun ANASI: “Həbsxana işçiləri də deyirlər ki, hər dəfə Şakirlə danışanda məəttəl qalırlar…” - MÜSAHİBƏ  

Modern.az saytı ömürlük məhkumlar haqda silsilə yazılarına davam edir. Onlar kimdir, nəçidirlər, niyə ömürlük həbs cəzasına məhkum olunublar? Bu haqda onların ailə üzvlərindən məlumat alacaqsınız.

Bu mövzuya görə oxucu qınağına tuş gələ bilərik, kimsə “ömürlük məhkumu niyə təbliğ edirsiniz, o qatildir” deyə də bilər. Amma gəlin bəribaşdan hökm çıxarmayaq. Axı kim ömürlük dəmir barmaqlıqlar arxasına düşməyə razı olar…

Azadlıqdan məhrum edilmiş şəxslərin keçirdiyi hissləri başa düşmək digər insanlar üçün elə də asan deyil. Hələ bu ömürlük cəzadırsa, vəziyyət daha da ağırlaşır.

Layihəmizin budəfəki qonağı qətldə təqsirli bilinərək Qobustan həbsxanasında cəza çəkən Şakir Rzaxanovun anası Müslümət Rzaxanovadır.

Şakir Rzaxanov 1996-cı ildə  qəsdən adam öldürmədə təqsirləndirilərək, ölüm hökmü ilə cəzalandırılıb. Sonradan cəzası ömürlük azadlıqdan məhrum etməyə dəyişdirilib. 22 ildir məhkumluq həyatı yaşasa da, heç vaxt törətdiyi cinayəti etiraf etməyib və heç bir əsas olmadan həbs olunduğunu iddia edib.

Modern.az saytı Şakir Rzaxanovun anası Müslümət Rzaxanova ilə söhbəti təqdim edir:

- Oğlunuzun uşaqlıq vaxtlarını necə xatırlayırsınız?

-  Əvvəlcə onu deyim ki, iki övladım var. Bir oğlum, bir qızım. Mənim oğlum çox savadlı, ağıllı uşaq olub. Hamı onun xətrini çox istəyib. Biz çoxmərtəbəli binanın dördüncü mərtəbəsində yaşayırdıq. Şakir uşaqlıqdan bəri özünü evin kişisi kimi aparırdı. Oğlum bircə qarışqaya belə qıymayan bir oğlan olub. Təmiz ürəkli, hamının yaxşılığını istəyən…

- Bəs onun ölüm hökmü ilə cəzalandırılması nə cür reaksiyaya səbəb oldu?

- Bizi tanıyan hər kəs şoka düşmüşdü. Heç kim inanmırdı ki, Şakir belə qəddar bir cəzaya məruz qala bilər. Həm də etmədiyi bir cinayətə görə. İndiyə kimi də törətmədiyi əmələ görə həbsxanadadır.

- Oğlunuzu heç vaxt təqsirli bilməmisiniz?..

- Sizə hər şeyi əvvəldən danışım. Adlarını çəkmək istəmirəm, bir cavan qız yaşlı kişi ilə münasibətdəydi. Öz evlərində qumar oynamaq üçün məkan açmışdılar. Oğlum da onları tanıyırdı. Cinayət də elə həmin məkanda olub. Həm qızı, həm də kişini öldürmüşdülər. Həmin gün Şakir, bir də Namiq adlı oğlan təsadüfən orada olub. Şakir maşını üçün ehtiyat hissələri almaq istəyirmiş. Namiq də onları tanıyırdı, borc pul almaq üçün gəlibmiş. Günahı olmadan hər ikisini tutub apardılar. Sonra ikisinə də güllələnmə hökmü çıxarıldı. Mənim oğlumun təsadüfən hadisə yerində olmaqdan başqa heç bir günahı olmayıb.

- Dəfələrlə ona işgəncə verildiyi ilə bağlı şikayət etmisiniz…

- Bu barədə danəşmaq mənim üçün çox çətindir. Gözlərimlə gördüklərimi təsəvvür edə bilməzsiniz. O işgəncələrə ki, oğlum məruz qaldı, Allah heç kimə göstərməsin. Həm də çox yaxşı bilirdilər ki, oğlumun bu cinayətlə əlaqəsi yoxdur.  Bu haqda 1997-ci ildə “Qanun” jurnalında ətraflı dərc olunub. Əvvəl cinayəti boynuna alması üçün əllərindən gələni etdilər, amma alınmadı. 1996-cı ildə oğlum həbs olunub. Bu günə kimi də haqqını tələb edir ki, məni niyə həbs etmisiniz, sübut gətirin, mən də bilim. Ancaq bu günə kimi hələ də bir əsaslı sübut yoxdur.

- Deyirsiniz ki, oğlunuza heç bir əsas olmadan ölüm hökmü çıxarıldı?

- Oğluma əvvəl 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası veriləcəkdi. Namiq Vəliyevə ölüm hömü oxundu. Oğlum bunu eşidəndən sonra dedi ki, heç vaxt buna razı olmaz. “Nə o, nə də mən bu cinayətdə iştirak etmişik. Əgər ona güllələnmə verilirsə, mənə də eyni cəza verilməlidir”, dedi. Razı olmadı ki, Namiq tək güllələnməyə getsin. Hakim gəlib mənə dedi ki, “bilirəm ki, Namiqlə Şakirin günahı yoxdur. 40.000 dollar gətirin, sərbəst buraxacağıq”. O vaxt biz dolların heç üzünü də görməmişdik. Soruşdum ondan ki, “sən nə danışırsan? Özün deyirsən ki, bilirəm, övladlarınızın günahı yoxdur. Allah da bunu görür axı?”. Cavabı belə oldu ki, “Allaha ərizə yazmalıyam?”. Heç vaxt yadımdan çıxmaz. İndi yaşamır. Elə bunu eşidəndən sonra oğlum dedi ki, “ona güllələnmə verirsinizsə, mənə də verin”. Hakim də dedi ki, “baş üstə…”. Oğluma da eyni cəza verildi. İnanın ki, əgər oğlumun bir günahı olsaydı, ölənlərin ailəsini gözümün qarşısına gətirib bu işin arxasınca getməzdim. Cəzasını çəkməlidir. Məni yandıran odur ki, oğlum heç bir cinayət tötətmədən bu qədər işgəncəyə məruz qalıb.
 

- Bu barədə müxtəlif orqanlara müraciət etmisiniz, nəticəsi nə olub?

-  Hətta 2004-cü ildə Avropa Şurasına müraciət etdik. İddia qəbul da edildi. Amma o vaxt Avropa Şurasına üzv deyildik deyə, cəza götürülmədi. O vaxt oğluma dəhşətli işgəncələr verdilər. Ərizə yazdığı üçün barmaqlarını pis günə saldılar. Ta o vaxtdan bizi “qara siyahı”ya salıblar. Mənzilimdən də olmuşam. Heç kim də məsələyə baxmır.
 

- Mənzilinizdən məhrum edilmisiniz?

- Dəhşətdir, insan danışa da bilmir. 1969-cu ildə mən Azərbaycan Dövlət Televiziyasında işləyirdim, makinada yaxşı çap etməyi bacarırdım. 15 il bu vəzifəmi layiqincə davam etdirmişəm. Heydər Əliyev məni xidmətlərimə görə 3 otaqlı mənzillə mükafatlandırıb. Nadir insanlardan biriyəm ki, şəxsən prezident tərəfindən bu mükafata layiq görülmüşəm. Ancaq oğlumun həyat yoldaşı ayrı yaşamaq istəyirdi.1995-ci ildə oğlumla həyat yoldaşı boşansa da, icazə vermirdim ki, nəvələrim atasız böyüsün.3 otaqlı evi onlara vermişdim, ancaq iş elə gətirdi ki, onlarla bir yerdə qalmağa başladım. Nəvələrimi oxutdum, böyütdüm, işləmələrinə kömək etdim. Hər şey qaydasında gedirdi son zamanlara qədər. Nə oldusa, gəlinim və nəvələrim belə qərara gəldilər ki, evdən məni çıxarsınlar. Mən güclü travma keçirdim, hətta yolda yıxılmışdm. Məcbur qalıb işi məhkəməyə verdim. Bir var, tanış olmayan birisiylə məhkəmədə qarşı-qarşıya gələsən, bir də var öz doğma nəvələrin ilə. Mənim üçün çox ağır idi. 2011-ci ildən bu proses gedir. Faktiki olaraq 2015-ci il 7 iyul tarixində Ali Məhkəmənin qərarı ilə mənim iddiam qəbul edilib, amma bu günə kimi icra olunmayıb.

- Oğlunuz həbsxanada necə tanınır?

- Azər Seyidov adında həbsxana işçisi var idi, o mənə demişdi ki, hər dəfə Şakir ilə danışanda məəttəl qalır ki, bu insan necə belə cinayət törədib… Savadlı, alicənab birisi kimi tanıyırlar.
 

- Yəqin ki, oğlunuzla tez-tez əlaqə qura bilirsiniz…

- Deməzdim. Yanına istədiyim vaxt gedə bilirəm. Amma yazışmalara qadağa qoyulub. Arada bir məktuba ya icazə verilə, ya verilməyə. Məhbuslar cəmiyyətdən təmamilə təcrid olunublar. Bəzi məsələlər var ki, onları deyə də bilmirəm. Məhbusların haqqı yeyilir.

- Yəqin ki, bilirsiniz, may ayında əfv olacaq. Nəyəsə ümidiniz qalıb?

- Açıq desəm, heç inamımız yoxdur, ancaq yenə də gözləyirik. Bəlkə bizim də üzümüz güldü. Hər seçkiqabağı bir ümidlə gözləyirik, amma nəticəsi olmur ki, olmur.

- Deyəsən oğlunuz həbs olunandan sonra müxtəlif xəstəliklər keçirmisiniz…

- Hələ də müalicə olunuram. Tez-tez nəfəsim kəsilir, ürəyimdə ağrılar var, güclü travmalar yaşamışam.

- Hazırda qohumlarınız, nəvələrinizlə münasibətiniz necədir? Bir köməyiniz var?

- Heç biri ilə əlaqəm yoxdur. İnanın ki, heç bir köməyim, dayağım da yoxdur. Həyatım boyu hamıya kömək etmişəm. Amma indi mənə kömək edən heç kimim yoxdur. Mənim bir köməyim var, o da Allahdır. Ondan başqasına ehtiyacım da yoxdur. Məni sadəcə yandıran bir şey var ki,  illərlə öz əllərimlə böyüdüb boya-başa çatdırdığım insanlar mənə nələr etdilər. Bunu qəbul etmək çox ağrılıdır. Nəvələrim xəstələnəndə başlarının üstündə durmuşam, nə çətinlikləri olub, həll etməyə çalışmışam… Ancaq bilirəm ki, oğlum çıxıb gəlsə, utandıqlarından Azərbaycanda qala bilməyəcəklər. Elədikləri əməlləri deyə bilməyəcəklər. Mən oğlumdan hər şeyi gizlətmişdim, yenicə xəbər tutub.

- Son olaraq nə demək istərdiniz?

- Allah bütün məhbusların, mənim kimi valideynlərin köməyi olsun. Səbirsizliklə oğlumun qayıdacağı günü gözləyirəm. Onu azadlıqda görüm, ondan sonra rahat ölə bilərəm.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü 4 İyul 2020, 19:51 AZAL İstanbula əlavə xüsusi reys yerinə yetirəcək 4 İyul 2020, 19:44 İranda elektrik stansiyada partlayış baş verib 4 İyul 2020, 19:38 Qusarda karantin qaydalarını pozan 10 sürücü cərimə olundu 4 İyul 2020, 19:22 KİVDF qəzetlərə maliyyə yardımı ayırdı - SİYAHI 4 İyul 2020, 18:47 Paytaxtın 544 küçəsi dezinfeksiya olundu 4 İyul 2020, 18:16 Türk əsgərinin qatilləri 30 il sonra YAXALANDILAR 4 İyul 2020, 18:10 Zelenskidən Putinə MESAJ: “Bizdən heç nə tələb edə bilməzsiniz” 4 İyul 2020, 18:02 Azərbaycanın 4 rayonunda yaranmış su qıtlığı ilə bağlı RƏSMİ AÇIQLAMA 4 İyul 2020, 17:48 Dünyanın ən yaşlı pişiyi öldü 4 İyul 2020, 17:24 Hövsanda dəfn mərasimində iştirak edənlər SAXLANILDI 4 İyul 2020, 17:13 Şəmkirçay su anbarında batan şəxs axtarılır 4 İyul 2020, 16:50 Gəncədə deputat və bələdiyyə sədrinin iştirakı ilə reyd keçirib 4 İyul 2020, 16:36 İcazəsiz istirahətə gəldilər, cərimə olundular - FOTO 4 İyul 2020, 16:24 İranda virusa yoluxanların sayı 250 minə yaxınlaşır 4 İyul 2020, 16:16 İsmayıllıda yığıncaq təşkil edən ata və 10 qonağı cərimələndi 4 İyul 2020, 15:59 Paytaxtda yük maşını piyadanı vurub öldürdü 4 İyul 2020, 15:49 AQTA maarifləndirir: Qablaşdırılma materialları qidaya necə təsir göstərir? 4 İyul 2020, 15:38 Taksidə sürücü və sərnişini maskasızdırsa, cərimələnəcək - XƏBƏRDARLIQ 4 İyul 2020, 15:15 Ermənilər Azərbaycanın daha min kvadrat kilometr ərazisinə iddia İRƏLİ SÜRÜB 4 İyul 2020, 15:02 AMEA-nın şöbə müdiri dünyasını dəyişdi 4 İyul 2020, 14:55 Rəsmi Bakı ABŞ-ı Müstəqillik günü münasibətilə təbrik edib 4 İyul 2020, 14:40 Karantin vaxtı işləyən sexin 56 işçisi cəzalandırıldı 4 İyul 2020, 14:23 Samuxda yas mərasimi keçirmək istəyən şəxslər cərimələnib 4 İyul 2020, 14:16 Almaniyada koronavirusdan ölüm faizi niyə aşağıdır? – Ekspertdən İZAH 4 İyul 2020, 14:00 Polis supermarketlərdə reydlər keçirir 4 İyul 2020, 13:42 Peşə təhsili üzrə teledərslərin 6 iyul cədvəli 4 İyul 2020, 13:25 Gizli işləyən kafe aşkarlandı: sahibi 1500, müştərilər 100 manat CƏRİMƏLƏNDİ 4 İyul 2020, 13:17 Paytaxtda qanunsuz  fəaliyyət göstərən obyekt bağlandı 4 İyul 2020, 13:03 Bakıda sabah hava necə olacaq? 4 İyul 2020, 12:54 Beynəlxalq ekspert: “Dünya bol su dövründən su azlığı dövrünə keçir” 4 İyul 2020, 12:45 Gəncədə “COVİD-19”la mübarizə çərçivəsində dezinfeksiya işləri aparılıb 4 İyul 2020, 12:33 Rusiyada koronavirusdan ölənlərin sayı 10 mini keçdi 4 İyul 2020, 12:24 Karantin günlərində Bakıdan Qəbələyə istirahətə gedənlər CƏZALANDIRILDI 4 İyul 2020, 12:13 Azərbaycan diasporu: Haradan haraya... 4 İyul 2020, 12:04