Arxiv
19 Oktyabr 2011, 10:36 | MÜSAHİBƏ
Fuad Ələsgərov: "İndiyədək 96 min məhkum amnistiyaya düşüb, 5222 nəfər əfv olunub"

Prezidenti Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov mətbuata müsahibə verib. Modern.az həmin müsahibəni təqdim edir.

- Son zamanlar amnistiya aktının qəbul edilməsi ilə əlaqədar müxtəlif fikirlər səslənir. Bununla bağlı nə deyə bilərsiniz?

- Ölkəmiz hazırda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Bu əlamətdar tarixlə bağlı il ərzində dövlət səviyyəsində bir sıra humanist addımlar atılmışdır. Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası Prezidenti möhtərəm İlham Əliyev cənablarının təşəbbüsü ilə cinayət qanunvericiliyinin liberallaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.

Belə ki, azadlığın məhdudlaşdırılması cəza sistemindən çıxarılmışdır. Həmin cəza növünə məhkum edilmiş şəxslərin cəzalarının qalan hissəsi daha yüngül cəzalarla - cərimə və islah işləri ilə əvəz edilmişdir.

Bu dəyişiklikləri nəzərdə tutan qanunun tətbiqi prosesi müstəqilliyin bərpasının qeyd edilməsi ərəfəsində başa çatdırılmışdır. Aparılan hesablamalara əsasən 1787 şəxs azadlığın məhdudlaşdırılması cəzasından azad olunmuş, onlardan 1436 şəxsin cəzası cərimə ilə, digərlərinin cəzaları isə islah işləri ilə əvəz edilmişdir.

Azərbaycan Respublikasının öz müstəqilliyinin bərpasının ildönümünü qeyd edilməsi ərəfəsində həmin şəxslərin cəzadan azad edilməsinin vətəndaşlarımızın qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə, onların cəmiyyətə qayıdaraq vətəndaş cəmiyyətinin qurulmasına öz müsbət töhfələrini verəcəklərinə inanırıq.

Amnistiya ilə bağlı qeyd etmək istərdim ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev humanizm prinsiplərini rəhbər tutaraq 1995-ci ildə əfv və amnistiya təsisatlarını bərpa etmişdir. Ötən müddət ərzində qəbul edilən 9 amnistiya aktı 96 mindən çox şəxsə tətbiq edilmiş, habelə 5222 nəfər əfv olunmuşdur. Həmçinin son iki amnistiya aktı ümummilli liderimizin ədalət və insanpərvərlik ideallarını davam etdirən Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuşdur.

Əfv və amnistiya aktları ilə bağlı tədqiqat və ümumiləşdirilmələrin aparılması daimi xarakter daşıyır, əfvlə əlaqədar müraciət etmiş şəxslər barədə rəylərin və digər sənədlərin toplanması prosesi davam edir.

- Azadlığın məhdudlaşdırılması cəzasının qanunvericilikdən çıxarılması nə ilə bağlı idi?

- İlk növbədə vurğulamaq istərdim ki, bu dəyişikliklər bütövlükdə penitensiar sistemdə aparılan islahatların tərkib hissəsidir.

Vaxtilə 1999-cu ildə Cinayət Məcəlləsi qəbul olunarkən hüquq nəzəriyyəsinə əsasən Məcəlləyə bir sıra yeni institutlar daxil edilmişdi.

Lakin ötən illərin təcrübəsi göstərdi ki, bəzi hallarda nəzəriyyədə optimal hesab olunan təkliflər təcrübədə qeyri-effektiv olur. Azadlığın məhdudlaşdırılması növündə cəza belə institutlardan biri hesab edilə bilər.

Ölkəmizdə penitensiar sistemdə həyata keçirilən islahatlar problemin həllinə əsaslı yanaşmanı şərtləndirir. Üzvü olduğumuz Avropa hüquq məkanının digər ölkələrində (Fransa, Almaniya, Hollandiya, İspaniya və s.) cinayət qanunvericiliyinin təhlili göstərir ki, cinayət törədilməsi müqabilində nəzərdə tutulan sanksiyalarda daha çox azadlıqdan məhrum etmə və cərimə cəzaları müəyyən olunmuşdur. Yəni şəxs cinayət törətdiyi üçün azadlığından məhrum olunur və ya azadlıqdan məhrum edilməsi məqsədəmüvafiq hesab edilmirsə, maliyyə məhrumiyyətlərinə məruz qalır. Bu ölkələrin cəza sistemində azadlığın məhdudlaşdırılmasına bənzər ayrıca cəza növləri mövcud deyildir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO 1 Dekabr 2020, 10:04 28 koronavirus xəstəsi saxlanıldı - 19 nəfərə cinayət işi açıldı 1 Dekabr 2020, 09:58 Türkiyə səfirliyindən Laçın TƏBRİKİ 1 Dekabr 2020, 09:52 Koçaryan yenidən hakim qarşısına çıxarılır 1 Dekabr 2020, 09:46 Dəmir yolu körpüsünün tikintisi yekunlaşdı - FOTO 1 Dekabr 2020, 09:40 Hakimlər Paşinyanla görüşməkdən imtina etdi 1 Dekabr 2020, 09:34 Neft yenidən ucuzlaşdı 1 Dekabr 2020, 09:28 Rusiya sülhməramlıları Laçın dəhlizində - VİDEO 1 Dekabr 2020, 09:22 Dollar yeni aya bu məzənnə ilə BAŞLADI 1 Dekabr 2020, 09:17 “Ermənilər burada ölülərlə döyüşürdü” - “Dojd” telekanalı Füzulidə + VİDEO 1 Dekabr 2020, 09:12 Azərbaycanın 5 şahmatçısı reytinqində irəlilədi 1 Dekabr 2020, 09:06 Gücü və şücaəti ilə düşməni qorxuya salan qəhrəman şəhidlərimiz - VİDEO 1 Dekabr 2020, 09:00 Trampın müşaviri istefa verdi 1 Dekabr 2020, 08:24 Bakıda yük avtomobilləri toqquşub - ölən var 1 Dekabr 2020, 08:10 Türkiyə Müdafiə Nazirliyindən Laçın PAYLAŞIMI 1 Dekabr 2020, 01:40 Paytaxtda “Opel” yandı 1 Dekabr 2020, 01:00 “Barselona” yeni prezidentini bu tarixdə seçəcək 1 Dekabr 2020, 00:55 İraqda daha bir SEPAH komandiri öldürüldü 1 Dekabr 2020, 00:42 Setyen "Barselona"nı məhkəməyə verdi 1 Dekabr 2020, 00:29 Azərbaycan Ordusu Laçına daxil oldu - RƏSMİ - VİDEO 1 Dekabr 2020, 00:15 Laçın bu gün Azərbaycana qaytarılır 1 Dekabr 2020, 00:01 Britaniyada daha 12 min nəfərdə yoluxma aşkarlandı 30 Noyabr 2020, 23:54 Paşinyanın istefasını tələb edən onlarla etirazçı saxlanıldı 30 Noyabr 2020, 23:47 Baş nazir koronavirusa yoluxdu 30 Noyabr 2020, 23:35 Tələbələrin ölümü ilə nəticələnən qəzanın görüntüləri yayıldı - VİDEO 30 Noyabr 2020, 23:23 Azərbaycan Gürcüstana humanitar yardım göndərdi 30 Noyabr 2020, 23:10 İtaliyada koronavirusla bağlı son vəziyyət 30 Noyabr 2020, 22:59 Türkiyədə koronavirusdan rekord ölüm 30 Noyabr 2020, 22:44 Sonuncu erməni Laçını tərk etdi - VİDEO 30 Noyabr 2020, 22:30 Çempionlar Liqası matçını ilk dəfə qadın hakim idarə edəcək 30 Noyabr 2020, 22:18 Türkiyədə qadağalar sərtləşdirildi - Ərdoğan məhdudiyyətləri açıqladı 30 Noyabr 2020, 22:05 OPEK qərarını verdi 30 Noyabr 2020, 21:58 Teledərslərin sabaha olan CƏDVƏLİ 30 Noyabr 2020, 21:46 “Barselona” Messinin bu hərəkətinə görə cərimələnəcək 30 Noyabr 2020, 21:35 “AzerTelecom”un layihəsi beynəlxalq konfransda müzakirə edilib - FOTO 30 Noyabr 2020, 21:29
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?