Arxiv
25 Oktyabr 2021, 10:56 | MÜSAHİBƏ
Bizimkilər - “Hakim partiyanın qəzetində çalışmağın böyük məsuliyyəti var” - MÜSAHİBƏ

Modern.az saytında “Bizimkilər” rubrikasına davam edirik. Qeyd edək ki, bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik.

 

“Bizimkilər” rubrikasında budəfəki təqdimat “Yeni Azərbaycan” qəzetinin əməkdaşı İlhamə Rəsulovadır.

 

Onunla söhbəti təqdim edirik:

 

- İlhamə xanım, öncə özünüzü təqdim edin.

 

- Mən İlhamə Loğman qızı Rəsulova Ucar rayonunun Şahlıq kəndində anadan olmuşam. Kənd uşağı kimi böyüməyin üstünlüklərindən istifadə etmək şansım olub. Bu nədir?-deyə soruşsanız, deyərəm ki, təbiətlə iç-içə yaşamaq, onun dilini bilmək kimi böyük xoşbəxtlikdir. Göz açıb Aranın özü kimi isti insanlarını, geniş düzənliklərini görən, bu şərtlər altında böyüyən biri olaraq hiss edirəm ki, ruhum dar məkanlara sığmır. Uşaqlıqdan özümü inkişaf etdirməyə meylim olub.

 

Darvazamızın düz önündə böyük bir kitabxana var idi və mən hərisliklə o kitabxanadakı bütün kitabları oxumağa can atırdım. Sanki kitaba ac idim. Bu gün əlim az-çox qələm tutursa, kitablara borcluyam. Atamın alıb gətirdiyi müxtəlif ensiklopediyalar, gəzdiyi şəhərlər barədə məlumat kitabları, jurnalları mənə bugünkü gənclərin internetdən topladığı informasiyanı hələ 30 il öncə əldə etməyə kömək etmişdi. Orta məktəbi də, universiteti də fərqlənmə diplomu ilə bitirmişəm.

 

- Mətbuata gəlişiniz necə olub? Bu sahəni seçməkdə məqsədiniz nə idi?

 

- Jurnalistika uşaqlıq arzum idi. Lakin atamın istəyi ilə müəllim oldum. 3 il müəllim işləmişəm və əminliklə deyə bilərəm ki, çox yaxşı pedaqoq idim. İndi boyları boyumu ötmüş şagirdlərim hələ də məni axtarır, görəndə sevgiylə, ehtiramla yanaşırlarsa, sanıram ki, bunu deməyə bir az haqqım çatır. Gördüyüm hər işə sevgiylə yanaşmışam. Müəllimliyə də, jurnalistikaya da. Müəllimlikdən sonra ürəyim məni dartdı gətirdi sevdiyim peşəyə. Yəqin ki, yazmadan qala bilməzdim.

 

- Mətbuata ilk gəlişiniz zamanı haralarda çalışmısınız?

 

- Əslində ilk yazılarım orta məktəbdə oxuyarkən rayonumuzda çıxan “Yeni söz” qəzetində dərc edilib. Sonralar - 2000-ci ildə populyarlığının  zirvəsini yaşayan “Oxu məni” və “Serial” qəzetlərinə yazılar göndərdim. Onlar sosial mövzularda məqalə və bədii yazılar idi. Daha sonra “Politika” qəzetində mədəniyyət xəbərləri yazaraq təcrübə qazandım. Bir müddət sonra “İdeal” adlı (indi dərc edilmir) mədəniyyət jurnalının redaktoru oldum. Daha sonra “İnterfaks” agentliyində, “Bizim yol” qəzetində yazmağa davam etdim.  



- Belə görünür ki, mətbuata gəlişinizdə sevdiyiniz sahədə irəliləməyə çalışmısınız.
Bəs çalışdığınız mətbuat orqanlarından sizin üçün ən yadda qalanı hansıdır?

 

- “İnterfaks” agentliyinin kollektivi mənim üçün daha əziz olub. Çox mədəni, mehriban kollektiv idi. Bu gün də əlaqələrimiz davam edir. Jurnalist kimi sözümü demək, imzamı tanıtmaqda isə “Bizim yol”un rolu böyük olub.

 

Ümumiyyətlə, hesab edirəm ki, həyatımızda qarşımıza çıxan hər insan yaxşı və ya pis olmasından asılı olmayaraq, bizim üçün müəllim rolunu oynayır. Mütləq nələrisə öyrədir, ən pis halda təcrübə qazandırır. Buna görə mən hər kəsə minnətdaram. Hər komanda yenilik deməkdir, yeni  mərhələ  isə yeni bir dərs deməkdir.

 

- İş yerlərinizi dəyişmək səbəbiniz nə olub?

 

- İş yerlərimin hamısından mehribanlıqla ayrılmışam. Xüsusi səbəblər olmayıb. Ya iş yeri bağlanıb, ya da daha yaxşı təklif  almışam. Amma yenə deyirəm ki, hər kollektiv, hər redaksiya ən peşəkar jurnalistə belə mütləq nələrsə öyrədir, nələrsə qazandırır. Yenilənirsən.

 

- Bir az da şəxsi həyatdan danışaq. Bu qədər ağır iş rejimində iş və ailə qayğılarını necə balanslayırsınız? Bəzi qadınlar bunu bacarmadıqları üçün iş həyatından vaz keçir.

 

- Mən jurnalist olmazdan öncə anayam. İki oğlum var. Sanıram ki, insanlara haqsızlıq etmişəm. Dünyada iki ən yaraşıqlı gənc oğlan mənim evimdədir. Böyük oğlum polis, kiçik oğlum isə tələbədir. Bu gün onlar haqqında tanıyanlar, bilənlər, qonşular sevgiylə, hörmətlə danışırlarsa, bu mənim üçün qürurdur. Bəzən həqiqətən  xoş mənada təəccüblənirəm, tanımadığım  insanlar küçədə “Eminin anasıdır” deyərək,  mənə hörmət edirlər və ya nə isə olursa, “Murada görə düzəlməyəcək işi də düzəldərik” deyəndə ürəyim sevincdən dağ boyda olur. Bu mənə ən böyük iftixardır.

 

İşləyən qadınlar yəqin daha enerjili olurlar. Evim daim hansısa bir evdar qadının evi qədər səliqəli, düzənli olur. Mətbəxə uşaqları buraxmıram. Çünki adi qayğanaq bişirəsi olsalar, gərək 10 dənə qazan bulaşa. İşlərimi çatdıra bilim deyə praktik həll yolları tapıram, yeməkləri yarımfabrikat halda bişirirəm ki, çox zamanımı almasın. Gündəlik süfrəyə  yeni yemək qoya bilim. Xüsusi problem yaranmır. Oğlanlarım həmişə səliqəlidirlər. Söhbətə də zamanımız olur.

 



- Müəllimlikdən sevdiyiniz jurnalistika sahəsinə keçdiyiniz zaman ailənizdə sizə qarşı çıxan oldumu?

 

- Jurnalistikanı seçərkən bir qədər atam narahat oldu. Müəllimlikdən ayrılmağımı istəmirdi. Müəllimlik onun  üçün dünyanın ən müqəddəs peşəsi idi. Özü uzaq səfərlərə çıxan sürücü idi. Övladlarının hamısının ali təhsil almasına çalışmışdı və bununla qürur duyurdu. Nəslimizdə bu sahəni seçən olmamışdı. Məndən sonra gənclərin bunu arzulaması sevindiricidir. 


-
İndi “Yeni Azərbaycan” qəzetində çalışırsınız. Bir müddət əvvəl qəzetin baş redaktoru dəyişdi. Hansı baş redaktorla işləmək sizə görə asandır?

 

- Mən “Yeni Azərbaycan” komandasına təzəcə gəlmişəm. Bir ayım yeni tamam olub. Əvvəlki baş redaktor Hikmət Babaoğlu ilə işləməmişəm, onu deputat kimi tanımışam.

 

“Yeni  Azərbaycanın” yeni və köhnə baş redaktoru Alqış Həsənoğlu çox maraqlı insandır. Cəsarətli yazıları sevir. Maraqlı, aydın, əsaslanmış fikirlərə önəm verir, istedadlı insanlar onun yanında məncə özlərini rahat hiss edəcəklər. Nəcib insandır. Onunla “Yeni Azərbaycan” yeni nəfəs qazanıb və çox sürətlə əvvəlki şöhrətini bərpa edəcək deyə düşünürəm. Bu mənim üçün də önəmlidir. Çünki məncə, hər kəs içərisində olduğu gəminin sağlam irəliləməsində  maraqlı olmalıdır. 


- Hazırda silsilə müsahibələriniz yayımlanır. Maraqlıdır, müsahiblərinizi özünüz seçirsiniz, yoxsa baş redaktor?
 


- Müsahiblərimi seçərkən sərbəstlik verilir. Lakin Alqış müəllimin də tövsiyələri olur. Onun tövsiyə etdiyi şəxslərlə müsahibələr çox maraqla qarşılanır. Təbii ki illərin təcrübəsi öz sözünü deyir. 


-
Hakim partiyanın qəzetində çalışmağın hansı üstünlükləri var? 


- Hakim partiyanın qəzetində çalışmağın böyük məsuliyyəti var. 


- Uzun müddətdir mətbuatda çalışırsınız. Çalışdığınız müddətdə iş prosesi zamanı hansı ekstremal stiuasiya ilə qarşılaşmısınız?
 


- Ekstremal hadisələr olmayıb. Daha çox məzəli hadisələrlə qarşılaşmışam. Elə hallar olub ki, o barədə yazsaydım, bəlkə də reytinqləri alt-üst edən bir günlük “partlayan” xəbər olardı. Amma etməmişəm. İlk növbədə insan olaraq düşünmüşəm ki, belə bir yazını yazmaqla kiminsə həyatını alt-üst etmək olmaz. Hətta redaksiyaya bu şəkildə məlumatla gələn bir nəfəri çox sərt şəkildə geri göndərmişəm. Yüksək vəzifəli bir məmurun qızından boşanmış, sonra da həmin məmur və keçmiş xanımı haqqında qərəzli məlumatlar gətirmişdi. Belə şeylər mənim üçün qəbuledilməzdir. 


- Əgər mətbuatda çalışmasaydınız, müəllimlikdən başqa hansı sahəni seçərdiniz?

 

 - Mətbuatda çalışamsaydım, mütləq ya müəllim, ya da həkim olmaq istərdim. Öyrənmək və öyrətmək  mənim canımda var. Bir də insanların dərdlərinə çarə tapmaq, kömək etmək istəyi. Bu yəni içdən gələn bir şeydir. Xəmirim belə yoğrulub. 


- Jurnalist kimi televiziyada daimi baxdığınız veriliş, mətbuatda izlədiyiniz imza varmı?

 

- Daim izlədiyim veriliş, imza yoxdur. Maraqlı fikirlər olanda dinləyirəm, izləyirəm. 



- Bir neçə gün öncə deputat Musa Quliyevin açıqlaması həm mətbuat adamları, həm də siravi vətəndaşlar arasında müzakirələrə səbəb olub. Sizin bu təklif barədə sizin düşüncələriniz necədir? 


- Musa müəllim Azərbaycan qadınlarına əməlli başlı stimul verdi. Hələ 10 il öncə xarici mətbuatdan oxumuşdum ki, evdar  xanımlara maaş veriləsi olsa, bu  təxminən aya 10000 dollar etməlidir. O hesabla indi bu məbləğ dəfələrlə artmış olmalıdır. İndiki bu, sadəcə halda təklifdirə və reallaşacağına inanmıram.

 

Amma tutaq ki, kişilər bu müavinəti verəsi oldu, hansı meyarlarla veriləcəkdi? Tənbəl və qoçaq qadınları kim müəyyən etməlidi? Kişilərin öz xanımlarına aylıq maaş verməsi məsələsi əməlli-başlı ailə içi problemlər yarada bilərdi. Düşünürəm ki, yaddaşlarda qalacaq  maraqlı bir zarafat oldu. 


-
Mətbuatının indiki durumunu necə qiymətləndirirsiniz? 


- Azərbaycanda mətbuat peşəkar və qeyri-peşəkarlar olmaqla iki qrupa bölünür. Maraqlıdır ki, bu işi öz şəxsi maraqları naminə görən qeyri-peşəkarların səsi daha çox çıxır, özlərini az qala korifey elan edirlər.

 

Sosial şəbəkələrdə at oynadan “reketlər”i, müxtəlif blogerləri, şəxsi səhifələrdə hansısa yollarla populyarlıq qazanan “internet fenomenləri”ni sadə vətəndaşlar çox zaman peşəkar jurnalistlərlə qarışıq salırlar. Bu üzücüdür. Yaxşı qələm sahiblərimiz az deyil. Sadəcə, dəyər verilməlidir ki, itib-batmasınlar. Amma zərin də qədrini yalnız zərgər bilər. Hər kəs dəyərini bilənin yanında qiymətlidir.

 

- Son olaraq jurnalist həmkarlarınıza nə deyərsiniz?

 

- Söz adamlarına nə arzulamaq olar? Sözləri dəyərli olsun. Allah dünyanı “ol” əmriylə, yəni sözlə yaratdı. Hamımıza sözü urvatda saxlamağı arzu edirəm ki, söz də bizi urvatlı eləsin.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yük maşını təyyarə ilə toqquşdu 7 Dekabr 2021, 00:49 Eşşəyə sillə vurdu, həbs edildi 7 Dekabr 2021, 00:41 İlon Maska böyük rəqib 7 Dekabr 2021, 00:22 Türkiyə-Qətər: Regional tərəfdaşlıqdan strateji əməkdaşlığa 6 Dekabr 2021, 23:50 Finlandiya F-35-i seçdi 6 Dekabr 2021, 23:44 ABŞ Pekin Olimpiadasını boykot etdi - YENİLƏNİB 6 Dekabr 2021, 23:27 İtaliyada vaksinlə bağlı “super yaşıl passport” 6 Dekabr 2021, 23:13 Türkiyədə koronavirusla bağlı son vəziyyət 6 Dekabr 2021, 22:48 Rusiyada hər 5 nəfərdən 1-i SSRİ-nin açılışını bilmir 6 Dekabr 2021, 22:36 Türk Dövlətləri Təşkilatı Afrika ölkələrinə peyvənd BAĞIŞLADI 6 Dekabr 2021, 22:17 XİN rəhbərinin müavini IFRC Baş katibini qəbul etdi 6 Dekabr 2021, 22:01 Koronavirus xəstəsi KÜÇƏDƏ 6 Dekabr 2021, 21:43 Rusiya Tacikistandakı bazaya yeni tanklar göndərir 6 Dekabr 2021, 21:12 Ceyhun Bayramov Dövlət Katibinin köməkçisi ilə DANIŞDI 6 Dekabr 2021, 21:02 İlham Əliyev: “Bizə tarix versinlər, Zəngəzur dəhlizi nə vaxt açılacaq” 6 Dekabr 2021, 20:46 “Bizim şərtlərimizi qəbul etməlidirlər” - Prezident 6 Dekabr 2021, 20:42 Qubanın Qonaqkənd qəsəbəsində yeni Mədəniyyət Evi inşa olunub 6 Dekabr 2021, 20:29 Yaponiyadan müdafiə ilə bağlı yeni addım 6 Dekabr 2021, 20:13 Zakir Həsənovdan Pakistana BAŞSAĞLIĞI 6 Dekabr 2021, 19:58 İham Əliyev Quba-Qonaqkənd yolunun açılışında 6 Dekabr 2021, 19:56 Müdafiə nazirinin müavini Moskvaya getdi 6 Dekabr 2021, 19:52 Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi - FOTO 6 Dekabr 2021, 19:40 Qeyri-neft ixracı 44 faiz ARTIB 6 Dekabr 2021, 19:33 “Quba ABAD Factory” müəssisəsi açıldı - FOTOLAR 6 Dekabr 2021, 19:23 Ukraynada silahlı qüvvələr günü 6 Dekabr 2021, 19:16 Prezident və ailəsi Quba Olimpiya İdman Kompleksində - FOTOLAR 6 Dekabr 2021, 19:08 Rusiya və Hindistan arasında hərbi saziş 6 Dekabr 2021, 18:55 AŞPA rəsmiləri Gürcüstana gəlir 6 Dekabr 2021, 18:46 Sahibə Qafarova Kobitski ilə GÖRÜŞDÜ 6 Dekabr 2021, 18:35 Pakistanda helikopter qəzası - İki zabit öldü 6 Dekabr 2021, 18:24 Prezident və ailə üzvləri Qubada - YENİLƏNİB (FOTOLAR) 6 Dekabr 2021, 18:23 Almaniyada koalisiya müqaviləsi imzalanacaq 6 Dekabr 2021, 18:19 Nazir qalmaqallı müavinindən danışdı: "Yüksək təcrübəyə malik mütəxəssisdir" 6 Dekabr 2021, 18:14 DİN adından istifadə edən dələduza hökm oxundu 6 Dekabr 2021, 18:09 "İdeal"ın keçmiş sahibi məhkəməyə etiraz etdi 6 Dekabr 2021, 18:04
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?