- Kamilə xanım, parlamentin son iclaslarından birində çıxışınız zamanı korrupsiyaya qarşı mübarizə ilə bağlı kəskin çıxış etdiniz və bir sira nazirlikləri, dövlət komitəsi və idarələrini korrupsiyada suçladınız. Eyni zamanda, hakim partiya təmsilçisi olduğunuza görə, sizin bu çıxışınız geniş rezonansa səbəb oldu. Bu baxımdan bilmək istərdik ki, əlinizdə bu yöndə konkret faktlar varmı, yoxsa?..
- Əvvəla, mən deməmişəm ki, nazirlər şəxsən rüşvət alır, çünki o faktları sübut edə bilmərəm. Mən sadəcə, demişəm və bir daha təkrar edirəm ki, bəzi nazirliklərdə, dövlət komitələrində işçilərin, əməkdaşların rüşvət alması halları olur və həmin dövlət qurumlarının rəhbərləri o insanları yalnız işdən çıxarılma ilə cəzalandırırlar. Axı, hansı Cinayət Məcəlləsində qeyd olunur ki, rüşvət alan şəxsin cəzası işdən çıxarılma ilə yekunlaşır? Mən məlum çıxışım zamanı bunları demişəm, steneoqrammaya baxsalar, bir daha buna əmin ola bilərlər. Ancaq çox təəssüflər olsun ki, bəzi müxalifət qəzetləri mənim fikirlərimi kontekstdən çıxararaq təhrif ediblər. Bu isə məni həm təəccübləndirdi, həm də təəssüfləndirdi. Mən çox istəyirəm ki, həmin qəzetlər və yazarlar ucuz sensassiya naminə belə hallara yol verməsinlər. Onu da deyim ki, “Azadlıq” radiosunun əməkdaşı bu haqda bir daha məndən fikirlərimi öyrəndi və heç bir təhrifə yol vermədən də onu yayımladı...
- Sözlərinizdən belə başa düşmək olarmı ki, siz korrupsiya və rüşvət hallarına yol verən insanların işdən çıxarılma ilə kifayətlənilməsinin deyil, daha sərt şəkildə cəzalandırılmasının tərəfdarısınız...
- Tamamilə doğrudur. Mənim bir vətəndaş, bir millət vəkili kimi şəxsi fikrim belədir ki,ümumiyyətlə, Cinayət Məcəlləsində rüşvət alan şəxslərə qarşı daha ciddi tədbirlərin seçilməsi nəzərdə tutulmalıdır. Yəni, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin effektli olması üçün daha sərt cəza tədbirləri nəzərdə tutulmalıdır, yəni, təkcə işdən azad olunma ilə kifayətlənilməməlidir. Eyni zamanda, onu təklif etdim və təkrar vurğulamaq istəyirəm ki, qoy həmin nazirlər, komitə sədrləri gəlsinlər, millət vəkilləri qarşısında hesabat versinlər ki, onlar rüşvətxorluğa və korrupsiyaya qarşı hansı mübarizə üsullarından istifadə edirlər və edəcəklər. Mən bu iki təklifdən ibarət fikirlərimi səsləndirmişəm və yenə də həmin fikirlərimin üstündə qalıram...
- Bildiyiniz kimi, bir neçə gündən sonra parlamentdə hökumətin hesabatı olacaq. Bu zaman səsləndirdiyiniz məlum fikirləri birbaşa onların üzünə deyəcəksinizmi?
- Bilirsiniz, mən heç vaxt deməmişəm və demirəm ki, şəxsən hansısa nazir yaxud komitə sədri rüşvət alıb. Bu, mənim fikrim deyil. Amma yenə onu deyirəm ki, həmin nazirlik və dövlət komitələrində, idarələrində bəzi əməkdaşlar tərəfindən rüşvət alma halları var. Bu mövqeyimin, fikirlərimin üstündə dayanıram və onu harada lazımdırsa, yenə də deməyə hazıram, o cümlədən hökumətin hesabatı zamanı.
-Amma bir məsələ də var ki, həmin nazirlər, komitə və idarə rəhbərləri öz əməkdaşlarının qanunsuz əməllərinə görə ən azı mənəvi məsuliyyət daşıyırlar və daşımalıdırlar...
- Əlbəttə, məsuliyyət daşımalıdırlar, başqa cür də ola bilməz. Elə mənim məlum fikirləri səsləndirməkdə məqsədim o idi ki, həmin rəhbər şəxlər özləri də mənəvi məsuliyyət daşıyırlar və onlar qanunsuz əməllərə yol verən işçilərini yalnız işdən azad etməklə öz işlərini başa çatmış saymamalıdırlar, onlar daha ciddi tədbirlərin görülməsinə baş vurmalıdırlar. Yəni, digər əməkdaşlara, işçilərə də dərs olsun.
-Yeri gəlmişkən, belə fikirlər də səslənir ki, korrupsiyaya qarşı son günlər aparılan mübarizə tədbirləri kampaniya xarakterlidir, çox çəkməyəcək?
-Mən belə fikirləşmirəm və bu yöndə səslənən fikirləri tam əsassız hesab edirəm. Bu, kampaniya deyil. Cənab prezident tərəfindən başladılan və həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Onu da deyim ki, Azərbaycanda rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə indi başlamayıb, bu, hələ mərhum dövlət başçımız Heydər Əliyevin ilk dəfə-1969-cu ildə hakimiyyət başına gəldiyi dövrdən başlayıb, indi də ölkə prezidenti tərəfindən davam etdirilir.
-Son olaraq, məlum fikirlərinizdən sonra sizə qarşı partiyanız və ya digərləri tərəfindən hansısa təzyiqlər olmadı ki?
-Tam səmimi şəkildə deyirəm ki, yox. Axı, burada təzyiqə səbəb olacaq nə var ki? Sadəcə, mənim fikirlərim bəzi müxalifət qəzetləri tərəfindən təhrif olunaraq verilib. Mən öz dediklərimə cavabdehəm və yalnız öz fikirlərimə məsuliyyət daşıyıram. Buna görə mənə qarşı da hansısa təzyiqdən söhbət belə gedə bilməz.
Kamil HƏMZƏOĞLU
7 mart 2011, 16:17 | MÜSAHİBƏ
Deputat Kamilə Əliyeva: “Rüşvətxor məmurlar təkcə işdən çıxarılmamalıdırlar..."
YENİ AZƏRBAYCAN PARTİYASİNDAN (YAP) OLAN MİLLƏT VƏKİLİ HESAB EDİR Kİ, RÜŞVƏTXORLUĞA VƏ KORRUPSIYAYA QARŞI MÜBARIZƏNIN EFFEKTLI OLMASI ÜÇÜN DAHA SƏRT CƏZA TƏDBIRLƏRI NƏZƏRDƏ TUTULMALIDIR
Bizi sosial şəbəkələrdə izləyin
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv








































Goranboy və Qazaxda mərmilər aşkarlandı - FOTO
28 Yanvar 2021, 03:33
“Real Madrid”in vəziyyəti pisləşir
28 Yanvar 2021, 02:45
“Barselona” İspaniya Kubokunun 1/4 finalına yüksəldi
28 Yanvar 2021, 02:22
Azərbaycanlı Kubada vəfat edib
28 Yanvar 2021, 01:01
Bayden bu iki ölkəyə silah satışını dayandırdı
28 Yanvar 2021, 00:56
Kann Film Festivalı yenidən təxirə salındı
28 Yanvar 2021, 00:51
Baş həkim işdən çıxdı - FOTO
28 Yanvar 2021, 00:44
Türkiyə Super Kubokunun qalibi məlum oldu
28 Yanvar 2021, 00:35
Britaniyanın ardınca ABŞ-dan Azərbaycana ZƏFƏR TƏBRİKİ
28 Yanvar 2021, 00:22
Tehran Mənsimov Şuşa əməliyyatından danışdı
28 Yanvar 2021, 00:06
AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox, Şuşa”
27 Yanvar 2021, 23:51
AŞPA QHT-lərə məhdudiyyətlərlə bağlı qətnamə qəbul etdi
27 Yanvar 2021, 23:43
Rusiya ABŞ-a nota verdi
27 Yanvar 2021, 23:28
FED-dən uçot dərəcəsi ilə bağlı qərar
27 Yanvar 2021, 23:14
Ərdoğan amerikalı milyarderlə kosmik əməkdaşlığı müzakirə etdi
27 Yanvar 2021, 23:01
Misir Hava Yollarının yeni rəhbəri müsahibə zamanı öldü - FOTO
27 Yanvar 2021, 22:50
Naftalan sakini ayağını laqonda ilə kəsdi
27 Yanvar 2021, 22:36
Dilçilik İnstitutunun "Qaynar xətt"i yenidən işə başlayır
27 Yanvar 2021, 22:24
Səməd Seyidov AŞPA-nın yeni prezidenti ilə görüşdü - FOTO
27 Yanvar 2021, 22:13
Bakıda ata və oğlunu maşın vurdu
27 Yanvar 2021, 22:02
“Növbəti pandemiya on dəfə daha ağır ola bilər” - Bill Qeyts
27 Yanvar 2021, 21:49
Universitet tələbəsi dəm qazından öldü
27 Yanvar 2021, 21:34
Azay Quliyev Azərbaycanın “altılıq platforması” təşəbbüsündən danışdı - VİDEO
27 Yanvar 2021, 21:27
“WhatsApp”da virus yayılır
27 Yanvar 2021, 21:15
“Aeroflot” Moskva-Bakı reyslərini ləğv edəcək
27 Yanvar 2021, 21:04
Vəkillər Kollegiyasına yeni üzvlər qəbul edildi - SİYAHI
27 Yanvar 2021, 20:53
Ermənilər Qubadlıda qəbiristanlığı belə dağıdıb - FOTO
27 Yanvar 2021, 20:41
Naxçıvan dəhlizi bu tarixdə müzakirəyə çıxarılacaq
27 Yanvar 2021, 20:28
“Ermənistan Azərbaycan və Türkiyə əməkdaşlığından faydalana bilər” - Hikmət Hacıyev
27 Yanvar 2021, 20:15
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılov dəfn olundu - FOTO
27 Yanvar 2021, 20:02
Rza Diqqəti Natəvanın məqbərəsində törədilən vandalizmlə bağlı paylaşım etdi - FOTO
27 Yanvar 2021, 19:46
Anar Kərimov Fransanın dövlət katibi ilə görüşüb - FOTO
27 Yanvar 2021, 19:38
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
27 Yanvar 2021, 19:30
Qusarda Vəkil Bürosu yaradıldı
27 Yanvar 2021, 19:23
“Azərbaycan xalqına kiçik də olsa, siqnal verirdim ki...” - İlham Əliyev
27 Yanvar 2021, 19:15



_555.jpg)





