Arxiv
22 Noyabr 2021, 08:42 | REPORTAJ
Unudulan deputatlar: Hicablı parlamentari, hacı xanım... - FOTOLAR

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.

Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Əsmətxanımın Məmmədovadır.

Əsmətxanım Məmmədova vaxtilə Milli Məclisdə Bakıdakı 17 saylı Sabunçu - Əzizbəyov seçki dairəsini təmsil edib. O, I və II çağırış Milli Məclisin (1995-2005-ci illərdə) deputatı olaraq, 10 il ali qanunverici orqanda çalışıb.

Parlamentin bitərəf deputatı I çağırışda Mədəniyyət məsələləri komissiyasının, II çağırışda Regional məsələlər daimi komissiyasının üzvü kimi fəaliyyət göstərib.  

O, Milli Məclisin hicablı deputatı kimi də yadda qalıb.


Əsmətxanım Bəyəhməd qızı Məmmədova 1941-ci il martın 5-də Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub. 1958-ci ildə həmin qəsəbənin C.Cabbarlı adına 187 saylı orta məktəbini əla qiymətlərlə bitirib. 1958-1960-cı illərdə “Bolqarıstan” sovxozunda əmək stajı toplayıb. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) Şərqşünaslıq fakültəsində ali təhsil alıb.
1965-1966-cı illərdə ADU-nun Şərqşünaslıq fakültəsinin Yaxın Şərq dilləri kafedrasında baş laborant işləyib.
1966-1969-cu illərdə AMEA-nın Şərqşünaslıq İnstitutunun aspirantı olub. 1967-1968-ci illərdə Leninqrad Dövlət Universitetinin Rus dili kafedrasının Eksperimental Fonetika Laboratoriyasında stajçı olub.
1969-cu ildən BDU Şərqşünaslıq fakültəsində müəllim kimi çalışmağa başlayıb.

O, fars, rus, ərəb, əfqan və ingilis dillərini bilir.

Əsmətxanımın Məmmədova bu il martın 5-də 80 yaşını tamam edib.

Şərqşünas alim, filologiya elmləri namizədi Ə.Məmmədova hazırda Bakı Dövlət Universitetində (BDU) İran filologiyası kafedrasının dosentidir.

Əsmətxanım Məmmədova hələ 10-cu sinfi bitirəndə fars və ərəb dillərini mükəmməl bilən, öz dövrünün tanınmış ziyalısı, repressiya qurbanı, ana babası Əbdülqasım Şəkərzadənin əziz və niskilli xatirəsinə ehtiram olaraq şərqşünas olmağı qərara alıb.
Bu məqsədlə sənədlərini ADU-nun (indiki BDU-nun) Şərqşünaslıq fakültəsinə təqdim edərək yüksək balla fars şöbəsinə qəbul olunub.

O zaman Şərqşünaslığa qəbul olunan 6 tələbədən biri olan Əsmətxanım tələbəlik illərində elmi-tədqiqat işlərinə böyük maraq göstərib, Tbilisi, Moskva universitetlərinin elmi konfranslarında müxtəlif məruzələrlə çıxış edib. 1963–cü ildə III kursda olarkən “Fars ədəbi dili və Tehran dialektində feillərdə baş verən fonetik dəyişikliklər” məruzəsinə görə Moskva Dövlət Universitetinin “Fəxri fərmanı” və  “Fəxri tələbə bileti” ilə təltif olunub.

1965-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Əsmətxanım Məm­mədova Elmi şuranın qərarı ilə ali məktəbdə saxlanılıb. Bir il sonra isə AMEA nəzdindəki Şərqşünaslıq İnstitutunun əyani aspiranturasına daxil olub, 1972-ci ildə “Fars dili söz vurğusunun  fonetik təbiəti və yeri” adlı nami­zədlik dissertasiyasını müdafiə edib.  Bu günə qədər Əsmətxanım Məmmədovanın fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis, leksika, üslubiyyata aid olmaqla, 200-ə qədər məqaləsi ölkə daxilində və respublikadan kənarda işıq üzü görüb. Onun fars vurğusunun təbiətinə aid eksperimentə əsaslanan 60 səhifəlik məqaləsi İranda müxtəlif illərdə 4 dəfə çap olunub. Alimin elmi axtarış və düşüncələrini özündə ehtiva edən bu tədqiqat işləri fars dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.

2007-ci ildə çap etdirdiyi “Fars dilində vurğu” adlı eksperimental tədqiqat işi yalnız fars dilçiliyi üçün deyil, həm də ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr və təcrübi nəticələrlə zəngindir. Təsadüfi deyil ki, həmin kitab 2007–ci ildə Milli Elmlər Akademi­yasının nailiyyətləri olan kitablar siyahısına salınıb. Onun “Fars dilinin orfoqrafiyası” adlı  başqa bir kitabı da 2011–ci ildə işıq üzü görüb. “Lətifələr, yumoristik hekayələr və tapmacalar” adlı ədəbi dil və danışıq dili ilə müqayisə əsasında (disklə birlikdə) çap etdirdiyi dərs vəsaiti fakültə tarixində ilk təcrübədir. Bu kitabda Əsmətxanım 150 lətifə, yumoristik hekayə və 40 tapma­canın iranlı diktorların tələffüzündə səsləndirməklə yanaşı, Tehran dialektində verilmiş söz və tərkibləri ədəbi dilə çevirərək, tələbələrə kömək məq­sə­dilə müqayisəli şəkildə verib.
         

Əsmətxanım Məmmədovanın başqa bir kitabı “Oxu və tərcümə materialları” adlanır. Bu dərs vəsaitini müəllif müasir fars ədəbiyyatından seçilmiş hekayələr əsasında tərtib edib.  

Əsmətxanım Məmmədova bir çox jurnalların redaksiya heyətinin üzvü və elmi ekspertidir.

Əsmətxanım Məmmədovanın yaradıcılığının başqa bir qolunu da onun fars dilindən etdiyi tərcümələr təşkil edir. O, müasir fars nəsrinə dair 10-dan çox kiçik və böyük həcmli  kitabın mütərcimidir.

Əsmətxanım Məmmədovanın xidmətləri dövlət orqanları tərəfindən qiymətləndirilib, “Qabaqcıl təhsil işçisi” fəxri nişanı, 3-cü dərəcəli “Əmək” ordeni, “2019-cu il BDU-nun 100 illiyi yubuley medalı”, Yazıçılar İttifaqının “Qızıl Qələm” diplomu və  müxtəlif fəxri fərmanlarla  təltif edilib.

Əsmətxanım Məmmədova 4 övlad anası, 11 nəvənin nənəsidir.

Keçmiş millət vəkili bir neçə dəfə Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olub. O, 1990-cı illərdən hicab bağlamağa başlayıb.


Ə.Məmmədova deyir ki, 1995-ci ildə deputat seçiləndə Milli Məclisə getməzdən əvvəl rəhbərliyə parlamentə hicabla gələcəyi barədə xəbər göndərib:

“Əvvəlcədən öz mesajımı göndərmişdim ki, Məşhədə getmişəm, Kərbəla, Həcc ziyarətlərində olmuşam, başımı bağlayacam. Onda ulu öndər Heydər Əliyev demişdi ki, elə hicabla da gəlib parlamentdə otursun, bu, Konstitusiyamızda da təsbit olunub”.

Beləcə o, Milli Məclisin ilk və yeganə hicablı deputatı kimi yadda qalıb.

55 ildən çox pedaqoji staja malik Əsmətxanım Məmmədova tələbələrin sevimli müəllimlərindəndir. O, tələbələrin yaddaşında əsl müəllim simasını yaşadan və canlandıran xanım obrazıdır. Bunu Ə.Məmmədova ilə bağlı sosial şəbəkədə açılmış bir müzakirəyə yazılmış tələbə şərhlərindəndə müşahidə etdik.

Keçmiş deputatın özü də tələbələrinə övladları kimi yanaşdığını qeyd edir:

“Kitablarım, tələbələrin həyatımdakı sərvətlərimdir. Tələbələrimə həmişə öz övladlarım kimi yanaşmışam. Vaxt olub ki, onlardan bəzilərini evimə aparmışam, günlərlə bizdə qalıb, ailəmin üzvünə çevrilib. Evimə apardığım tələbələrim arasında hətta əcnəbilər də olub”.

Təsadüfi deyil ki, Əsmətxanım Məmmədovaya övlad məhəbbəti bəsləyən Rikardo adlı kubalı tələbəsi evləndikdən sonra oğluna müəlliminin böyük oğlu Fəridin adını verib.


Yeri gəlmişkən, Əsmətxanım Məmmədovanın böyük oğlu Fərid I Qarabağ Müharibəsinin veteranıdır.

“Oğlum Fərid 1992-ci ildə Xocalı faciəsindən 2 gün sonra 6 nəfərlik qrupla birgə cəbhəyə getdi. O, onda universitetin 2-ci kurs tələbəsi idi. Yaxşı yadımdadır, universitetdə idik. Quranı əlimə götürüb, oğlum da daxil həmin 6 tələbəni müqəddəs kitabın altından keçirib, cəbhə bölgəsinə yola saldım. Onlar Cəbrayıl-Qubadlı bölgəsində döyüşdülər”,-deyən sabiq deputat 19 yaşında Qarabağ savaşında könüllü vuruşmuş oğlu Fərid Məlikovla bu gün də fəxr edir.


Qeyd edək ki, keçmiş millət vəkilinın qızı - BDU-nun Azərbaycan dili kafedrasının müəllimi işləyən Fərəh Həsənova 2015-cilin dekabrdında dünyasını dəyişib. 

Hacı Əsmətxanım Məmmədova deyir ki, ötən il 44 günlük Vətən müharibəsinin qələbə ilə yekunlaşdığı 10 noyabr tarixini həyatının ən sevincli günü sayır.


A.Qorxmaz

***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR 
Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!” 
Unudulan deputatlar: sərxoş sürücünün badına gedən Hikmət həkim…
Unudulan deputatlar: Elçibəyə rəqib olan, kabinetini AXC-yə verən, Heydər Əliyevin təriflədiyi Xalq YAZIÇISI 
Unudulan deputatlar: “Uşaqlarımdan muğayat olun” deyib vəfat edən partiya sədri - FOTOLAR 
Unudulan deputatlar: Səlahiyyətlərini başa vura bilməyən məşhur ƏLİYEVÇİ - FOTOLAR
Unudulan deputatlar: Heydər Əliyev məktəbinin yetirməsi, eks-Baş prokurorun əmisi… - FOTOLAR 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
BirKart hədiyyə qazandırır  6 Dekabr 2021, 12:15 “Azərbaycanlı alimlərlə işləmək planım yoxdu” 6 Dekabr 2021, 12:12 Vətən müharibəsinin qazi müəllimi insultdan öldü 6 Dekabr 2021, 12:10 Prezident Vüqar Gülməmmədovla bağlı sərəncam İMZALADI 6 Dekabr 2021, 12:05 “Vətənpərvərlik qazanc yeri deyil” - Əkrəm Əylisli 6 Dekabr 2021, 12:00 Azad olunmuş ərazilərdə maliyyə-bank xidmətləri yaradılır 6 Dekabr 2021, 12:00 “Qarabağda yıxılmayan bir bina görmədim” 6 Dekabr 2021, 11:58 Azad edilmiş ərazilərdə daha 30 mina AŞKARLANDI 6 Dekabr 2021, 11:55 İlham Əliyev 9 nəfərə fəxri ad verdi - SƏRƏNCAM 6 Dekabr 2021, 11:50 “Türk dünyası güclü olarsa, nə masada, nə də meydanda məğlub olar” – Aziz Sancar   6 Dekabr 2021, 11:45 Prezident bu şəxsləri təltif etdi - SİYAHI 6 Dekabr 2021, 11:40 “Amerikada zəncilər alt təbəqədir” - Nobel mükafatçısı 6 Dekabr 2021, 11:36 Prezident olmaqdan könüllü imtina etdim - Nazarbayev 6 Dekabr 2021, 11:30 Helikopter qəzasında şəhid olan hərbçilərin vərəsələrinə veriləcək sığorta ödənişlərinin həcmi AÇIQLANDI 6 Dekabr 2021, 11:24 “Arzu etmişdim ki, Şuşada namaz qılım” - Aziz Sancar 6 Dekabr 2021, 11:18 426 nəfər xarici vətəndaş Azərbaycanda yaşamaq istəyir 6 Dekabr 2021, 11:12 13 yaşlı oğlan Qusarda dağdan yıxılıb ÖLDÜ 6 Dekabr 2021, 11:06 Azərbaycan daha iki beynəlxalq sənədə qoşulur 6 Dekabr 2021, 11:00 Qarabağda 10 seysmik stansiya qurulacaq 6 Dekabr 2021, 10:55 Qarabağda yaşayıb-işləyəcək şəxslərə vergi güzəştləri olacaq 6 Dekabr 2021, 10:50 Şəhidin övladları himayəyə götürüldü - FOTO 6 Dekabr 2021, 10:44 Gürcüstanda 63 nəfər virusdan öldü 6 Dekabr 2021, 10:38 Şabranda qardaş bacısını BIÇAQLADI 6 Dekabr 2021, 10:32 Evində toy etdi - CƏRİMƏLƏNDİ 6 Dekabr 2021, 10:26 Rəisi Azərbaycan və Türkmənistanla imzalanan müqavilənin əhəmiyyətindən DANIŞDI 6 Dekabr 2021, 10:20 Azərbaycan - Türkiyə birgə universiteti Bakıda yaradılacaq - Gəncədə, Şuşada filialları olacaq 6 Dekabr 2021, 10:15 Bölgələrdə fermerlərə səyyar XİDMƏT 6 Dekabr 2021, 10:10 Messinin oteli sökülür 6 Dekabr 2021, 10:05 Qalmaqallı nazir müavini TƏYİNATINDAN DANIŞDI 6 Dekabr 2021, 10:00 Kəndlisini bıçaqla ÖLDÜRDÜ 6 Dekabr 2021, 09:54 Neft bahalaşdı 6 Dekabr 2021, 09:50 ƏDV-ni geri al kampaniyasında DƏYİŞİKLİKLƏR OLUR 6 Dekabr 2021, 09:46 281 nəfər toylara buraxılmadı 6 Dekabr 2021, 09:40 Kəlbəcərin Keçiliqaya kəndindən VİDEO 6 Dekabr 2021, 09:36 Azərbaycanda gündə 50-60 zəlzələ qeydə alınır - Rəsmi 6 Dekabr 2021, 09:30
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?